Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-516/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, kredit borcunun tutulması, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün faiz ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavab deh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5280/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 24% ödəmək şərti ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 33000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə görə Cavabdeh1 24 dekabr 2021-ci il tarixədək hər ay 1277,42 manat ödəməyi öhdəsinə götürmüşdür. 2. 24 dekabr 2018-ci il tarixli kredit müqa viləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə ipoteka qoyan (həmçinin borcalan) Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan “LEXUS GS350” minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmeti 67000 manat dəyərində qiymətləndirilmişdir. 3. “LEXUS GS350” minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC-nin xeyrinə yüklülüyü daşınar əmlakın rəsmi reyestrində AA seriyalı 138439 nömrəli çıxarışla 21 avqust 2018-ci il tarixdə qeydə alınmışdır.
4. Zamin Cavabdeh2 ilə kreditor İddiaçı ASC arasında bağlanmış 24 dekabr 2018ci il tarixli, 11/0454/KBK nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclu Cavabdeh1 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 5. 20 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə 20060,42 manat əsas, 8243,54 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanan 717,03 manat faiz borcu olmaqla, cəmi 29020,99 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20060,42 manat məbl əğində əsas borcun, 8243,54 manat məbləğində faiz borcunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 717,03 manat faiz borcunun - cəmi 29020,99 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan “Lexus GS350” minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddiaçı tələbini onunla ə saslandırmışdır ki, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və kredit üzrə borcunu ödəməmişdir. xx.xx.2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 29020,99 manat təşkil edir. Bundan 20060,42 manat əsas, 8243,54 manat faiz və Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 717,03 manat borcu təşkil edir.
8. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/1456 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabd an çıxarış məlumatları, 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 20405,90 manat, faiz borcu 0 manat olmaqla, cəmi borcu 20405,90 manat müəyyən edilmişdir.
9. Cavabdeh1 iddianı qismən, yəni ekspert rəyinə uyğun qəbul etdiyini bildirmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-965/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 20060,42 manat əsas borc və gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 717,03 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 20777,45 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,72 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsu munun qalan hissəsi yəni, 50,28 manat məbləğin iddiaçıya aid edilməsi, tutmanın Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş “LEXUS GS350” minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə realizə edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 20777,45 manat pulun iddiaçıya ödənilməsi, artıq qalan vəsaitin mülkiyyətçi X1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 200 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə tə min edilməməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə ipoteka qoyan və borclu Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı tarixli kredit və eyni tarixli ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında, lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaç ıya ödəməlidir.
12. Məhkəmə əsas və faiz borcu tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsinə əsasən 20060,42 manat əsas, 8243,54 manat faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanan 717,03 manat faiz borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 10 may 2023-cü il tarixli, 9/1456 nömrəli rəyindən görünür ki, 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 20405,90 manat, faiz borcu 0 manat olmaqla, cəmi borcu 20405,90 manat müəyyən edilmişdir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Bununla belə məhkəmə hesab etmişdir ki, ekspert rəyində 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabd eh1 banka olan əsas borcunun məbləği 20405,90 manat müəyyən edilsə də, iddiaçı tələbində 20060,42 manat əsas borcun tutulmasını tələb etdiyindən, əsas borc iddiaçının tələbinə uyğun olaraq 20060,42 manat məbləğində tutulmalıdır. Ekspert rəyinə əsasən, Cavabdeh1 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə müqavilə müddəti üzrə ödənilməmiş faiz borcu olmadığından, iddia tələbi 8243,54 manat faiz borcunun tutulması hissəsində təmin edilməməlidir.
13. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 717,03 manat məbləğində faiz məbləğinin tutulmasını tələb etməkdə haqlıdır və iddia təmin hissədə də təmin edilməl idir.
14. Məhkəmə digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, Cavabdeh2 zaminliyinə xitam verildiyindən o, kredit müqaviləsi üzrə alınmış məbləğin ödənilməsi üçün məsuliyyət daşımır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, 24 dekabr 2018-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinə Cavabdeh2 qeyd olunan kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. İddiaçı zamin Cavabdeh2 qarşı 24 dekabr 2022-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir i l müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçı tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddianın faiz borcunun tutulması hissəsində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi ekspert rəyinə etiraz etmiş (audio-video yazısında əks olunmuşdur), rəyin açıq şəkildə əsassız olması izah edilmiş və təkrarən mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırılmış, lakin məhkə mə vəsatəti təmin etməyərək faiz borcunu cavabdehdən tutmamaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin faiz borcu olduğu halda, məhkəmə qeyd edilən maddi hüquq normasını pozaraq faiz borcunun silinməsi barədə əsassız nəticəyə gəlmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi cavabdeh t ərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən, ekspertiza rəyinə əsaslanmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən ekspert qarşısında xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə əsas borc və faiz borcunun nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş ekspert rəyindən görünür ki, ekspert faiz borcunu qərardad üzrə göstərilən müddətə deyil, xx.xx.2020-ci il tarixə hesablamışdır. Lakin iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, ümumi kredit borcu xx.xx.2022-ci il tarixə hesablanmışdır. Məhkəmələr tərəfindən təyin olunan ekspert rəyində olan uyğunsuzluğa baxmayaraq, məhkəmə natamam olan ekspert rəyini əsas sübut kimi qəbul etmiş və mülki iş üzrə tam araşdırma aparmadan qərar qəbul etmişdir. Məhkəmə ilkin növbədə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa və ödəniş cədvəlinə nəzər yetirməli idi. Belə olan halda, məhkəmə ekspert rəyində yönləndirilməni görə bilər və təkrarən mühasibatlıq ekspertizası təyin edərdi. Belə ki, ekspert kredit müqaviləsinin 3.1.5-ci maddəsinə əsasən 2 ay gecikməyə istinad edərək, xx.xx.2020-ci il tarixdən faizlərin hesablanmasını dayandırmışdır. Məhkəmə ekspert rəyində təqdim edilmiş cədvəldə faiz borcunun hesablanmasının xx.xx.2020-ci il tarixdə dayandırıldığını ziddiyyətli sübut kimi təsdiq edərək səhv nəticəyə gəlmişdir. xx.xx.2023-cü il tarixli, 9/1456 nömrəli rəyi t əqdim etmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Rövşən Cəlilovun digər məhkəmə işi üzrə rəyi əldə edilmişdir. Şikayətə əlavə etdikləri ekspert Rövşən Cəlilovun xx.xx.2023-cü il tarixli, 9/2445 rəyində kredit müqaviləsinin 3.1.5-ci maddəsi və müddətin sonuna olan məbləğlər barədə iki istiqamətdə nəticə vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5280/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, 8243,54 manat məbləğində faiz borcunun cavabdehlərdən müştərək qaydad a tutulması barədə iddiaçının dəlilini əsaslı hesab etməmişdir.
20. Kollegiya qeyd etmişdir ki, iddiaçı 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışı təqdim edərək, cavabdehlərin 8243,54 manat faiz borcunun olduğunu göstərmiş olsa da, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 10 may 2023-cü il tarixli, 9/1456 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan faiz borcu 0 (sıfır) manat təşkil edir.
21. Kollegiya hesab etmişdir ki, iş materialları ilə ekspert rəyini təkzib edəcək hər hansı əsaslı sübut müəyyən edilmədiyindən, məhkəmə haqlı olaraq ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmişdir.
22. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəf ekspert rəyi üzrə hesablamanın 25 may 2020-ci il tarixə qədər aparıldığını qeyd etsə də, rəydən görünür ki, ekspert məhz məhkəmə qərardadı ilə qoyulmuş vaxta uyğun hesablama aparmış və rəydə göstərilən nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və faiz borcunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə məbləğin hesablanmasında səhv nəticəyə gəlmiş və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Məhkəmə qərar qəbul edə rkən, yenə də ekspert rəyini əsas götürmüşdür. Ekspert rəyindən görünür ki, ekspert kredit borcunu qərardad üzrə göstərilən müddətə deyil, xx.xx.2020-ci il tarixə qədər hesablamışdır. Ekspert rəyində müqavilənin 3.1.5-ci bəndinə istinad edərək xx.xx.2020-ci il tarixdən faizin hesablanmasını dayandırmışdır. Halbuki kredit müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. Ödəniş qrafikindən göründüyü kimi, müqavilənin qüvvədə olduğu müddətdə 12987 manat məbləğində faiz ödənişini etməlidir. Lakin ekspert rəyində müqavilə müddəti ərzində 8899,41 manat faiz ödənişi edildiyi, sonuncu ödəniş tarixindən müqavilə müddətinin sonuna qədər 472 gün gecikməyə yol verməsi müəyyən edilsə də qanunsuz o laraq faiz borcunun olmadığı göstərilmişdir. Belə olan halda tərəflərin nəinki ekspert rəyinə münasibətini öyrənmək, dərhal təkrar mühasibatlıq ekspertizası təyin edilməsi və ya ekspert rəyinin sübut növü kimi qiymətləndirilməməsi lazım idi. Lakin məhkəmələr ekspert rəyinə düzgün qiymət verməmiş və ekspertin yanlış olan rəyini əsas sübut kimi qəbul edərək yanlış nətiəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 440.4. Borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
32. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
33. Maddə 739.2. Borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.
34. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 24 dekabr 2014-cü il tarixli qərarı...Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanun vericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqə li şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
45. Maddə 418.3. Pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. İddia çı birinci instansiya məhkəməsinin qətnaməsini 8243,54 manat məbləğində faiz borcunun təmin edilməməsi hissəsində mübahisələndirilmişdir və apelyasiya instansiyası məhkəməsi də həmin hissədə qətnaməni yoxlamışdır. Hazırkı kassasiya şikayətində qətnamənin ləğvi tələb olunduğuna görə apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
49. Belə ki, kassasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsi, kreditdən istifadəyə görə ödənilməsli olan 8243,54 manat məbləğində faiz borcunun tutulmasının rədd edilməsinə aid hissədir.
50. Nəzərə alınmalıdır ki, tərəflər arasında yaranan münasibətlər ===
51. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2-ci bəndində kreditdən istifadəyə görə illik 23 % dərəcəsi şərtləşdirilmişdir.
52. Mülki Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
53. Həmçinin kredit müqaviləsinin 4.1-ci bəndində faizlərin borc yarandığı tarixdən başladığı və kredit borcunun tam ödənildiyi tarixə başa çatdığı əksini tapmışdır.
54. İddiaçı kredit müqaviləsinin 4.1 və 4.2-ci bəndlərində nəzərdə tutulmuş şərtlərə əsaslanaraq, kreditdən istifadəyə görə ödənilməsli olan faiz borcunun ödə nilməsini tələb edir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 24 dekabr 2014-cü il tarixli qərarına görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
56. Göründüyü kimi iddiaçının müqavilə müddəti bitənədək olan dövr üçün faizlərin ödənilməsini tələb etmək hüququ vardır və iddiaçı cavabdehə 8243,54 manat məbləğində faiz borcu hesa blamışdır.
57. Lakin məhkəmələr 8243 manat faizin ödənilməsi barədə iddia tələbini təmin etməmiş və gəldiyi nəticəni ekspert rəyi ilə əsaslandırmışlar.
58. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə faiz borcun nə qədər olması barədə suala cavab olaraq ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixə faiz borcu yoxdur (sıfıra bərabərdir).
59. Ekspert rəyin əsaslandırıcı hissəsində bu nəticəni belə izah etmişdir ki, Cavabdeh1 cari hesabından çıxarış məlumatlarına əsasən ödəniş cədvəli üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə iki dəfə ardıcıl gecikmə olmuşdur. Bundan başqa xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdən sonra kredit müqaviləsi üzrə faiz hesablanması təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmir. Beləliklə hazırki tədqiqat la kredit müqaviləsi üzrə borc qalığının müəyyən edilməsi müqavilə şərtlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən faiz hesablanması dayandırılmaqla aparılır.
60. Ekspertin bu əsaslandırmasının qanunauyğunluğu məhkəmələr tətəfindən araşdırılmamışdır. Halbuki, iddiaçı tərəf birinci instansiya məhkəməsində ekspert rəyinin bu hissəsi ilə razı olmadığını bildirmiş, mövqeyini əsaslandırmaqla təkrar ekspertiza təyin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi təkrar ekspertiza təyin edilməsindən imtina etmiş, ekspert rəyinin məhkəmə üçün məcburi olmadığını bildirmiş, lakin faiz borcunun olmaması barədə nəticəyə gələrkən yenə də ekspert rəyinə istinad etmiş, buna baxmayaraq, faizin olmaması ilə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır. Yəni məhkəmə, təkrar ekspertiza təyin olunması barədə vəsatəti rədd edərkən, ekspert rəyinin sübut kimi qəbul edilməsi üçün rəyi qiymətləndirəcəyini bildirdiyi halda, ekspert rəyinin əsaslılığını araşdırmadan sübut kimi qəbul etmişdir.
61. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayətində faiz borcunun olmaması barədə ekspert rəyinin əsassızlığı barədə dəlili ətraflı araşdırmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab edib ki, iş materialları ilə ekspert rəyini təkzib edəcək hər hansı əsaslı sübut müəyyən edilmədiyindən məhkəmə haqlı olaraq ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmişdir.
62. Halbuki, iddiaçının dəlili üzrə ekspert rəyinin qiymətləndirilməsi üçün məhkəmənin müəyyən etməli olduğu hal - kreditdən istifadəyə görə şərtləşdirilmiş faizlərin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdən sonrakı dö vr üçün (müqavilə müddəti bitən xx.xx.2021-ci ilədək) hesablanmalı olub olmamasından ibarət idi. Bunun üçün əlavə sübuta ehtiyac yox idi və ehtiyac olsa belə, iddiaçı ilə işin hallarını müzakirə edərək hansı sübutu təqdim etməsi ona təklif olunmalı idi. Məhkəmə isə bu cür araşdırma aparmamışdır.
63. Ekspertin rəyi təhlil olunduqda görünür ki, cavabdehin əsas borcu xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlər üçün 21885,38 manat, xx.xx.2020-ci il tarixə 20405,90 manat, müqavilə müddəti bitən xx.xx.2021-ci il tarixədək də 20405,90 manat təşkil etmişdir. Yəni cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək qeyd olunan məbləğdə kreditdən istifadə etməsinə baxmayaraq, ondan kredit müqaviləsinin 41.1 və 4.2-ci bəndlərinə şərtləşdirilmiş faiz məbləğini tutulmamışdır. Məhkəmələr bunun qan unun müddəalarına və ya tərəflərin arasında bağlanmış müqavlənin şərtlərinə uyğunluğunu əsaslandırmamışdır.
64. Göründüyü kimi məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
65. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
66. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
68. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
69. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olara q iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5280/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.