Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5161/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X22 oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, onun nümayəndəsi və vəkili X5 oğlunun, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhər X5 notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və Bakı şəhər X5 notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız, hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən 11 saylı mənzilə dair Cavabdeh2 nümayəndəsi X13 ilə cavabdeh X7 arasında Bakı şəhəri, X5 Notariat Kontorunda 08 yanvar 2019-cu ildə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili X5 oğlu məhkəməyə ərizə verərək, alqı-satqı zamanı Cavabdeh2 nümayəndə kimi təmsil edən X8 iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. İddia onunl a əsaslandırılmışdır ki, 1993-cü ilin dekabr ayının 11-də X16 ilə ailə qurmuş və xx xxxxxx 1994-cü ildə nikahlarından İddiaçı2 doğulmuşdur. Əvvəl X5 yerləşən 10 saylı evə gəlin köçüb yaşasa da, 1995-ci ildə yaşadıqları evi satıb ünvan 2 ünvana köçmüşlər. Həmin vaxtdan ailə üzvləri, yəni həyat yoldaşı, qızı və qaynanası İddiaçı2 ilə birlikdə həmin evdə yaşamışlar. Yaşadıqları mənzil həyət tipli 1 mərtəbəli Amerikanka tipli həyət evi olmuşdur. Sabunçu rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli qətnaməsi ilə nikahları pozuldu. Sonradan həyat yoldaşı və qaynanası onu evə qoymadıqlarına görə, o, məcbur olub məhkəmə qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət etdi. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürüldü və yenə də birgə yaşamağa başladılar. Onun bütün əmlakı həmin mənzildədir. Son bir ildə ailədə baş verən söz-söhbətlər nəticəsində o qızını da götürüb aranın sakitləşməsi üçün kirayəyə çıxmış, lakin bütün əmlakı və cehiz əşyaları həmin evdə qalmış, mütəmadi olaraq həmin mənzilə gedib-gəlmişlər. 2018-ci ilin noyabr ayının sonları-dekabrın əvvəllərində qızı ilə birlikdə qeydiyyatda olmaqla yaşadıqları evə gəlib qapını açmaq istəyərkən evdə 4-5 ustanın işlədiyini gördü və bununla maraqlananda bir nəfər özünü ev sahibi kimi təqdim edən orta yaşlı bir kişi onu evə buraxmadı. O ona evin yiyəsi olduğunu dedikdə, həmin şəxs onların işinin məhkəmədə olduğunu bildirərək evə buraxmaqdan imtina etdi. O bu barədə dərhal 102 qaynar xəttinə müraciət etdi. Bununla bağlı özünü 13-cü Polis bölməsinin əməkdaşı kimi təqdim edən şəxs bildirdi ki, «sizdən ərizə veri blər. Biz sizin işə baxmırıq». O onlara bildirdikdə ki, bütün əmlakı həmin evdə olduğu halda, qapının açarını kim dəyişib və əmlakının taleyi sual altındadır, həmin şəxs onu dinləmədən telefonu qapatdı. Bundan sonrakı müddətdə isə şikayəti ilə maraqlanan olmadı. O, bu barədə məhkəməyə getdikdə isə məlum oldu ki, qaynanası ona qarşı məhkəmədə yaşayış hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma barədə iddia qaldırıb, lakin təkrarən məhkəməyə gəlmədiyinə görə Sabunçu rayon Məhkəməsi iddianı baxılmamış saxlayıb. O, əmlakının oğurlanması və qeydiyyatda olduğu mənzilin qanunsuz və saxta sənədlərlə satılması barədə aidiyyəti üzrə Sabunçu RPİ-nin İ2-ci Polis Bölməsinə mütəmadi şikayətlər etdi. X21 və Ülvi adlı əməkdaşları onun xəbəri olmadan və şikayəti üzrə heç bir araşdırma aparmadan icraat a xitam verilməsi barədə qərarlar qəbul etmişlər. Uzun müddətli get-gəldən sonra nəhayət ki, həmin qərarların surəti rəsmi qaydada ona təqdim edildi. Onun həmin qərarlardan verdiyi şikayət Bakı şəhəri Sabunçu rayon Prokurorluğu tərəfindən təmin edilərək, qeyd olunan qərarlar ləğv edilərək, aidiyyəti üzrə baxılması üçün Sabunçu RPİ-yə göndərilmişdir. Hazırda şikayəti həmin idarənin müstəntiqi, polis kapitanı Elxan Hacıyevin icraatındadır. Bundan sonra, alqı-satqı müqaviləsinin hansı notariat kontorunda bağlanması barədə AR Ədliyyə Nazirliyinə edilmiş sorğuya verilən 14 may 2019-cu il tarixli 05/2959/2-14 saylı cavab məktubundan müəyyən olunmuşdur ki, 08 yanvar 2019-cu ildə etibarnamə üzrə nümayəndə X13 (mülkiyyətçi Cavabdeh2) tərəfindən qeyd olunan mənzil Cavabdeh3 satılmışdır. Halbuki, qey d olunan mənzildə pasport qeydiyyatında olmağını mülkiyyətçi və onun nümayəndəsi olan qızı Zeybə Hacıyeva bilirdi. Çünki, cavabdeh İddiaçı2 onların həmin 11 saylı mənzildən qeydiyyatdan çıxmaqları barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə iclaslarına getmədiklərinə görə iddia ərizələri baxılmamış saxlanılmışdı. Həmin şəxslər məhkəməyə müraciət etmələrinə baxmayaraq, sonradan saxta sənədlər əsasında mənzili başqa şəxsə satmışlar. Hazırkı mübahisədə isə onlar 2000-ci ildən əvvəlki müddətdə mübahisəli 11 saylı mənzildə pasport qeydiyyatında olmaqla yaşamaqları və Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2008-ci il tarixli X5 saylı qətnaməsi ilə onlar 11 saylı mənzilə köçürülməkləri barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda cavabd eh İddiaçı2 bilərəkdən məhkəmədə iddia qaldırdıqdan sonrakı müddətdə onların mənzilə olan qeydiyyatlarını ləğv etdirmədən və istifadə hüququnun itirilməsi barədə kompensasiya ödəmədən, eləcə də mənzildə olan əmlakının mövcudluğunu nəzərə almadan, mənzili üçüncü şəxsə satmasına dair nəticə hüquqi müəyyənlik prinsipinə uyğun gəlmir. Xüsusilə qeyd edilməlidir ki, onlar mənzilin kirayəçisinin ailə üzvü olmaqla təxminən 1996-cı ildən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaqları və həmin mənzilin onların qeydiyyatda olduqları yer olması, onları ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.Səmədov) 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən 11 saylı mənzilə dair Cavabdeh2 nümay əndəsi X13 ilə cavabdeh X7 arasında Bakı şəhəri, X5 Notariat Kontorunda 08 yanvar 2019-cu ildə bağlanmış Aİ-İ ********* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 21600 manat tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev - sədrlik edən və məruzəçi R.Qurbanov və A.Hüseyn) X5 nömrəli, 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatında olsa da, həmin ünvanda istifadə hüququ yaranmamışdır. 2009-cu ildən əvvələ təsadüf gəldiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən iddiaçıların istifadə hüquqları yaranmır. Mənzilə dair istifadə hüququ yaranmamış şəxs tərəfindən hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüquqları ol mamışdır. Bundan başqa daşınmaz əmlakın alqı-satqısı zamanı qeydiyyatda olan şəxsin razılığı notariat fəaliyyəti ilə tənzimlənir. Lakin əqdin etibarsızlığı mülki məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasında, Azərbaycan Respublikası Mülki Məcəlləsində mülkiyyətçi öz mülkiyyəti üzərində sərbəst sərəncam vermək hüququ müəyyən edilir, mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh3 mübahisədən məlumatı olmamış, həmin vaxt ümumiyyətlə hər hansı mübahisə olmamışdır. Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Qeyd olunduğu kimi işə apellyasiya instansiya məhkəməsi maddi hüquq və prosessual hüquq normalarının şərtlərini pozaraq əsassız və daxilən ziddiyyətli qərar qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və sonuncunun nümayəndəsi və vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlərə işə baxılmas ının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqı̇ məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* «Hüquqların Dövlət qey diyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 1 mənzil 11 02.11.2018-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. Sabunçu Rayon Məhkəməsinin 2(008)902/2008 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızı azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 1 saylı evin 11 saylı mənzilinə köçürülməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, iddiaçı həmin mənzilə qızı ilə köçürülərək qeydiyyata düşmüşlər. Həmin mənzildə onlardan başqa X14, Cavabdeh2, X1 Ruad Marif oğlu, X6, X15, X10, X5, X16 da qeydiyyatdadırlar. Həmçinin işin materiallarından görünür ki, 08 yanvar 2019-cu ildə etibarnamə üzrə nümayəndə X13 (mülkiyyətçi Cavabdeh2) t ərəfindən qeyd olunan mənzil Cavabdeh3 satılmışdır. İddiaçı qeyd olunan mənzildə pasport qeydiyyatında olmasının mülkiyyətçi və onun nümayəndəsi olan qızı Zeybə Hacıyevanın bildiyini, cavabdeh İddiaçı2 onların həmin 11 saylı mənzildən qeydiyyatdan çıxmaqları barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməsini, həmin şəxslərin məhkəməyə müraciət etmələrinə baxmayaraq, sonradan saxta sənədlər əsasında mənzili başqa şəxsə satdıqlarını göstərərək, ünvan 1 ünvanda yerləşən 11 saylı mənzilə dair Cavabdeh2 nümayəndəsi X13 ilə cavabdeh X7 arasında Bakı şəhəri, X5 Notariat Kontorunda 08 yanvar 2019-cu ildə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmişdir. İş materiallarında olan X5 Notariat ofisi tərəfindən verilmiş 13.07.2019-cu il tarixli məktubla 08.01.2019-cu il tarixdə 4Ə-13 nömrəli reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə bağlı sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 1 mənzil 11 02.11.2018-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. 08.01.2019cu il tarixdə AN-İ № ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 (mülkiyyətçi Cavabdeh2 etibarnamə ilə nümayəndəsi) tərəfindən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 1 mənzil 11 Cavabdeh3 21600 manata satmışdır. Notariat icraatında olan «Elektron notariat» X2 07.01.2019-cu il tar ixli çıxarışa əsasən Həmid Məmmədov küçəsi bina 1 mənzil 11 üzrə axtarış zamanı qeyd edilən ünvanda qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 560.2 və 337.1-ci, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu, «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddələrinə istinad etməklə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, Cavabdeh2 və onun qızı, hazırki iş üzrə 3-cü şəxs X13 göstərilən mənzili özgəninkiləşdirmə prosesinə başlayarkən və həyata keçirərkən iddiaçının qızı ilə həmin ünvanda qeydiyyatlarının olmasını və özgəninkiləşdirmə zamanı onların da mütləq yazılı razılığının olmasını bildikləri halda onlardan belə bir razılığı almadan mənzili yüklü vəziyyətdə digər Cavabdeh3 satmışlar. Halbuki, onlar arasında 08.01.2019-cu il tarixdə bağlanmış AN-İ № ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Göründüyü kimi, Cavabdeh2 və onun qızı, hazırki iş üzrə 3-cü şəxs X13 tərəfindən digər Cavabdeh3 da aldadılması halına yol verilmişdir. Bununla da satıcı tərəf hüquqdan sui-istifadə halına yol vermişlər. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, mübahisəli mənzilə dair alqısatqı müqaviləsi bağlanarkən həmin ünvanda heç kimin qeydiyyatının olmamasına dair notariat icraatında olan çıxarışın məzmunu həqiqəti əks etdirmir. İşin bu halı iş materiallarında olan ASAN 4 tərəfindən 06.09.2019-cu il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışının, tərəflərin adına şəxsiyyət vəsiqələrinin, Sabunçu qəsəbə bələdiyyəsinin 22.04.2008-ci il tarixli 97 saylı və 148 saylı MKİS-nin 29.07.2019-cu il tarixli 380 saylı arayışlarının məzmunu ilə təkzib edilir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu maddəsində göstərilir ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkə n, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları, bu qanun Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikasının müvafiq icra hakimi yyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu, «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddələrinə istinad etməklə iddianın əsaslı olmasına dair gəldiyi nəticə səhvdir. Belə ki, əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib ol maq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində s ərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları nın dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2004-cü il tarixli qərarında müəyyən edilən hüquqi mövqelərə əsasən hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Bundan başqa, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 15 8.4-cü maddələri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında göstərilir ki, "... mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür". Plenumun bu Qərarına müvafiq olaraq, MM-in 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, hətta mənzil üzərində şəxsi servitutun mövcudluğu ona dair sərəncam verilməsi imkanını aradan qaldırmır. Hazırki işdə isə iddiaçıların mübahisəli mənzildən istifadə hüququ (şəxsi servitut) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilməklə həmin hüquqi mövqelərin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsass ız olmuşdur. Kollegiya daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mənzilin alıcısı Cavabdeh3 mənzildə iddiaçıların qeydiyyatının olmasına münasibətdə vicdanlı olub-olmamasına da hüquqi qiymət verməmişdir. Belə ilk, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi 27.10.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün idd ialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hü quqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, MPMin 14, 77, 88, 217, 218, 372.1, 272.7-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 03 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5161/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5161/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver