Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5161/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 qızma, Cavabdeh2 və Cavabdeh3 qızma qarşı kredit müqaviləsi yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: cavabdehin ölümü ilə əlaqədar ona aid hissədə iş üzrə icraat xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1747/2021 nömrəli iş üzrə 16 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Samir Murzadzadə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1299,27 manat əsas, 373,71 manat faiz, 869,58 manat cərimə, 194,76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 deka br 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 2737,32 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Firdovsi Əliyev) 18 fevral 2021-ci il tarixli, 2(050)415/2021 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilməsi qərar a alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazirki iş üzrə iddiaçının iddia ərizəsi 26 noyabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, Cavabdeh1 isə 19 may 2020-ci ildə ölmüşdür. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 58.1 və 261.0.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, hüquq varisliyinə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. Lakin, hazırkı işdə olan materiallardan göründüyü kimi, Cavabdeh1 19 may 2020-ci il tarixdə ölmüş, lakin iddiaçı tərəfindən verilmiş iddia ərizəsi 26 noyabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Halbuki, qanunvericiliyin tələbinə əsasən ölmüş şəxsə qarşı iddia tələbi yönəldilə bilməz. Belə olan halda hazırkı iddia tələbi ölmüş şəxsə qarşı yönəldiyindən Cavabdeh1 aid hissədə iş üzrə icraat a xitam verilməlidir. Masallı Rayon Məhkəməsinin (hakim Firdovsi Əliyev) 18 fevral 2021-ci il tarixli, 2(050)415/2021 saylı qətnaməsi ilə digər cavabdehlərə aid hissədə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayətləri verərək Masallı Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadının ləğv edilərək şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedivisi Əmanətlərin Sığortalanması Fondunun Masallı Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(050)-415/2021 saylı qərardadından şikayəti həmin məhkəmənin 18 mart 2021-ci il tarixli 2(050)-415/2021 saylı qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraa t Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Elşad Əliyev və Zəki Babayev) 16 may 2021-ci il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedivisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməyərək Masallı Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(050)-415/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedivisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2021-ci il tarixli qərardadını ləğv edərək şikayətin təmin edilməsini və ya işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı olaraq Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 vəfat etməsi barədə heç bir məlumatı olmamışdır. İş üzrə Cavabdeh1 vəfat etsə belə iş üzrə icraata xitam verilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə iş üzrə icraatı dayandırılmalıdır. Lakin məhkəmə mülki iş üzrə vəfat etmiş şəxsin vərə səsi olub-olmadığını müəyyən etmək üçün aidiyyətı orqanlara sorğu vermədən iş üzrə icraata xitam vermişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin maddi və prosessual normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə mülki iş üzrə Cavabdeh1 vəfat etdiyinə görə Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsini tətbiq edərək iş üzrə icraatı dayandırmalı olduğu halda Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsini tətbiq edərək iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam vermişdir Lakin Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbindən də göründüyü kimi şəxs vəfat edərsə icraatı dayandırmaq vəzifə olaraq məhkəmənin üzərinə qoyulmuşdur. Həmçinin qanunvericiliyin tələblərinə əsasən məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.” Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə iş üzrə icraatı dayandırılmalıdır. Subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxs işə baxılması nın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməs inin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəti cələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayəti əsasında qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən, 26.11.2020-ci ildən əvvəl - 19.05.2020-ci il tarixdə vəfat e tmişdir. Ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığından ona qarşı iddia irəli sürülə və belə iddia icraata qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Halbuki Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 261. 0-cı və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıya izah olunmalıdır ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sı radan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə iddia üzrə cavabdeh kimi göstərilmiş şəxs isə tərəf kimi qəbul edilə bilməz. Çünki o, iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırkı işdə tərəf statusunu əldə etməmişdir. Həmçinin göstərilən səbəblərdən iş üzrə icraatın dayandırılması üçün də əsas yoxdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sa yır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1747/2021 nömrəli iş üzrə 16 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5161/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5161/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver