Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5163/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli 2(103)8279/2018 saylı qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.R.Mustafayev, iş 2(002)-4925/2017) iddiaçı “xxxx” BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, C avabdeh5, Cavabdeh6 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası qismən təmin edilərək, MMC ilə Cavabdeh3 arasında 05.09.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinin” (əsas öhdəliyin məbləğinin artırılmasına dair 10.01.2014-cü il tarixli “Saziş” də daxil olmaqla) ləğv edilməsi, həmin müqaviləyə əsasən yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 34.409,34 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.123,48 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 12,15 ABŞ dolları, cəmi 40.544,97 ABŞ dolları (rəsmi məzənnəyə uyğun olaraq Azərbay can manatı ilə), ödənilmiş dövlət rüsumlarının əvəzi - 83,40 manat məbləğində pulun Cavabdeh3 və onun MMC qarşısındakı öhdəliklərinin icrasına zamin durmuş digər cavabdehlər Cavabdeh1 və Ndan tutularaq MMC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh6 məxsus N saylı evin 33 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə oluna biləcək pul vəsaiti kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh6 tutulması, satışdan əldə oluna biləcək pul vəsaiti borc məbləğindən artıq olduqda, artıq qalan məbləğin Cavabdeh6 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, M.A.M əmmədov və A.N.İmanov) cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək hazırkı iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı “xxxx” BOKT MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiası qismən təmin edilmiş, iddiaçı “xxxx” BOKT MMC ilə Cavabdeh3 arasında 05.09.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi”nin (əsas öhdəliyin məbləğinin artırılmasına dair 10.01.2014-cü il tarixli “Saziş” də daxil olmaqla) ləğv edilməsi, həmin müqaviləyə əsasən yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 34.40 9,34 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.123,48 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 12,15 ABŞ dolları məbləğində pulun (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh3 onun öhdəliklərinin icrasına zamin durmuş digər cavabdehlər Cavabdeh6 və Cavabdeh1 tutularaq “xxxx” BOKT MMC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh6 məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən 13 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 105.000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, satışdan əldə oluna biləcək pul vəs aiti hesabına “xxxx” BOKT MMC-yə olan borc məbləğinin ödənilməsi, mənzil satıldığı halda 1 aydan gec olmayaraq boşaldılması qət edilmişdir. Həmin qətnamə ilə həmçinin ödənilmiş sığorta haqqının əvəzi olaraq 192,93 manat, “tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat, ödənilmiş notariat xidməti haqqının əvəzi olaraq 23,40 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, dövlət rüsumlarının ödənilməsi ilə bağlı tutulmuş xidmət haqqının əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdeh3 və onun öhdəliklərinin icrasına zamin durmuş digər cavabdehlər Cavabdeh6 və Cavabdeh1 tutularaq “xxxx” BOKT MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət ed ilmişdir. İşin halları: İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 05.09.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 14 faiz olmaqla 60 ay müddətinə 35.000 ABŞ dolları məbləğində kredit verilmiş, 10.01.2014-cü il tarixli sazişə əsasən kreditin məbləği 152.600 ABŞ dolları, müddəti 120 ay və faiz dərəcəsi illik 30 faiz müəyyən edilmiş, həmin tarixli razılaşmaya əsasən borcalana verilmiş kredit məbləği maliyyələşdirilərək illik 15 faiz dərəcəsi hesablanmaq və 60 ay müddətinə qaytarılması şərti ilə 60.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 07.09.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh3 öhdəliklərinin təminatı kimi Cavabdeh6 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən 13 nömrəli evin 33 nömrəli mənzi li ipoteka ilə yüklü edilmişdir. 10.01.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh6 və Cavabdeh1 borcalan Cavabdeh3 MMC qarşısında götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. 2017-ci ilin avqust ayında iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kreditin lazımınca ödənilməməsi səbəbindən yaranmış 61.784,82 ABŞ dolları məbləğində borcun cavabdehlərdən birgə qaydada tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən olunması və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: İşə kassasiya icraatı qaydasında baxılarkən tərəflər kollegiyaya 24.07.2019-cu il tarixli barışıq sazişi təqdim edərək qətnamənin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və barışıq sazişinin təsdiq olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kollegiya tərəflərin kollegiyaya təqdim etdikləri barışıq sazişinin şərtlərini müzakirə edib, barışıq sazişinin təsdiq olunmasını xahiş edən tərəflərin izahatlarını dinlədikdən sonra hesab edir ki, qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməklə barışıq sazişinin təsdiq olunmasına dair qərar qəbul edilməlidir. Barışıq sazişinin məzmunundan görünür ki, tərəfl ər aşağıdakı şərtlərlə mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəlmişlər.
1. Borc məbləği və ödəniş qaydası: 1.1. Tərəflər cavabdehlərin 05.09.2011-ci il tarixli kredit müqaviləsinin (əsas öhdəliyin ölçüsünün artırılmasına dair 10.01.2014-cü il tarixli Saziş də daxil olmaqla) tərkib hissəsi olan 10.01.2014-cü il tarixli Razılaşma üzrə iddiaçıya olan ümumi borc məbləğini 29.000 ABŞ dolları məbləğində müəyyən edirlər. Bu məbləğ üzərinə faiz hesablanmır. 1.2. Razılaşdırılmış 29.000 ABŞ dolları məbləğində borc 2019-cu ilin avqust ayından başlayaraq 48 təqvim ayı ərzində, hər təqvim ayı azı 600 ABŞ dolları olmaqla, cababdehlər tərəfindən 2023-cü ilin avqust ayının sonunadək birgə qaydada iddiaçıya qaytarılmalıdır. 1.3. Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqv im gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən aylıq 600 ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq.
2. Öhdəliklərin tam icra olunma şərtləri. 2.1 Bu Sazişlə qaytarılması razılaşdırılmış 29.000 ABŞ dolları bu sazişin 1.2-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra cavabdehlərin 05.09.2011-ci il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan 10.01.2014-cü il tarixli Razılaşma üzrə iddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti ipoteka ilə yüklülükdən azad ediləcəkdir.
3. Öhdəliklərin lazımınca icra edilməməsi 3.1 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1.Cavabdehlər borcu 29.000 ABŞ dolları kimi qəbul edir və cavabdehlərin ödənişləri nəzərə alınmaqla, onlardan birgə qaydada 29.000 ABŞ dollarının ödənilməmiş qalığı və 2.000 ABŞ dolları məbləğindəki borcun tutulma gününə olan qalıq məbləği iddiaçının xeyrinə tutulur. 3.1.2. Tutma ipoteka predmeti olan Cavabdeh6 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən 13 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilir, mənzilin ilkin satış qiyməti tərəflərin razılığı ilə 90.000 manat məbləğində müəyyən edilir və açıq hərracdan satılır, məcburi boşaldılır və rəsmi qeydiyyatda olanlar mənzildən çıxarılır və satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir.
4. Sazişin icraya yönəldilməsi. 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. (191.1.) Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəf lərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (191.2.) Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.(191.3.) Barışıq sazişinin şərtləri tərəflərin iradəsinə uyğun olmaqla başqa şəxslərin hüquqlarını pozmadığından, eləcə də, onun iştirakçıları müqavilənin hüquqi nəticələrini dərk edərək onu imzaladıqlarından, kollegiya hesab edir ki, barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar kollegiya hesab edir ki, qətn amə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1 -261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261, 262, 416- 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə tərəflər arasında bağlanmış 24 iyul 2019-cu il tarixli barışıq sazişi təsdiq edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli q ətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.