Məhkəmə qərarları › İş №2(102)-5164/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5164/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5164/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5, vəkili Vəkil2, Cavabdeh3 vəkili X3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-2972/2020 saylı qətnaməsindən Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5 və cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi X1 ayrı-a yrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(008)-04/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Z.Rzayev) İddiaçı-nin Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə və bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, ipoteka predmetlərinə tutuma yönəldikdən və satıldıqdan sonra onların ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetlərinin satışından əldə edilən vəsait qətnamənin icrasına yetərli olmadıqda qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması” barədə iddiası qismən təmin edilərək, borclu Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 99.445,64 ABŞ dolları, fai z borcuna görə 27.712,01 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.000 ABŞ dollar olmaqla, cəmi 129.157,65 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka predmeti olan X2 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə, həmçinin ipoteka predmeti olan Cavabdeh9 məxsus ilkin satış qiyməti 180.000 manat müəyyən edilən Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 362 “A” saylı bağ evinə yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına iddiaçı təşkilata olan cəmi 129.157,65 ABŞ dolları kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci bir ay ərzində həmin ipoteka predmetlərinin boşaldılması və qalan hissədə id dianın rədd olunması qət edilib. Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5 və cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi Fərid Abdullayev ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-2972/2020 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, A.Q.Hüsenov və V.N.sadıqov) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5 və cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi Fərid Abdullayev ayrı-ayrılıqda qətnamədən kasasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ödəniş günü milli manata məzənnədə əsas borca görə 99.445,64 ABŞ dolları, faiz borcuna görə 27.712,01 ABŞ dolları, hesablanmış cəriməyə görə 24.555,01 ABŞ dolları olmaqla, cəmi 151.712,66 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh4 məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə, həmçinin ipoteka predmeti olan Cavabdeh9 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 362 “A” saylı bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması yolu ilə əldə ediləcək vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetlərinə tutma yönəld ildikdən və onlar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetlərinin satışından əldə olunan vəsait qətnamənin icrası üçün yetərli olmadıqda qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5 və cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi Fərid Abdullayev eyni məzmunlu kasasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Hər iki kasas iya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5, vəkili Vəkil2 və Cavabdeh3 vəkili Pərviz Qurbanov kasasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər və vəkil Pərviz Qurbanov Cavabdeh3 münasibətdə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər İradə Baramova, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-c i maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi Fərid Abdullayev, vəkili Vəkil1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinin tələbinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən gəldiyi nəticəni belə əsaslandırıb ki, apelyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində mübahisələndirildiyi üçün qətnamənin qanuniliyi və əsaslılığı yalnız bu hissədə yoxlanılmalıdır. İpoteka predmetləri borclu Cavabdeh1 iddiaçı təşkilatdan götürdüyü kreditin təminatı kimi ipoteka qoy ulub. İpoteka qoyanlar Cavabdeh4 və Cavabdeh9 ilə birlikdə yaşayan ailə üzvləri ipoteka müqavilələri bağlanarkən ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka predmetlərini tərk etmələrinə dair üzərlərinə notarial qaydada təsdiq edilmiş öhdəlik götürmüşlər. Bu baxımdan apelyasiya şikayətlərinin dəlilləri əsassızdır və tutmanın ipoteka predmetlərinə yönəldilməməsi üçün qanuni əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 33, 59.3, 279, 295ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə qismən razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq n ormalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində yoxlayıb. Ona görə də kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığını kasasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə 28 dekabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh1 48 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 210.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh3lə iddiaçı təşkilat arasında 28 dekabr 2009-cu il tarixli zaminlik müqaviləsi, həmçinin Cavabdeh4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə və Cavabdeh9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 362 “A” saylı bağ evinə dair onlarla iddiaçı təşkilat arasında 08 yanvar 2010-cu il tarixli ipoteka və sonrakı ipoteka müqavilələri bağlanılıb. Sonradan ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçı təşkilatın adına qeydə alınıb. Bundan başqa, işdən görünür ki, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5 və Cavabdeh6 notariat orqanına yazılı ərizələr verərək, Cavabdeh4 mülkiyyətində olan sözügedən mənzilin iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulma sına etiraz etmədiklərini, ipoteka müqaviləsinin şərtləri ilə tanış olduqlarını, kredit borcu ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin mənzilə yönəldilməsinə razı olduqlarını və bu halda iddiaçı təşkilatın tələbinə əsasən mənzili könüllü boşaldacaqlarını öhdələrinə götürmüşlər. Eyni zamanda Cavabdeh2 də yazılı ərizə ilə notariat orqanına müraciət eədərək, arvadı Cavabdeh9 mülkiyyətində olan sözügedən bağ evinin iddiaçı təşkilatın xeyrinə təkrar ipoteka qoyulmasına etiraz etmədiyini bildirmişdir. Lakin, sonradan kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh1 və zamin Cavabdeh3 kredit borcunun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2015-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh4la iddiaçı təşkilat arasında bağlanmış 08 yanvar 2010-cu il tarixli ipoteka müqaviləsinin 2-ci vərəqinin üz tərəfinin aşağı hissəsində ortada olan imza, arxa tərəfində “ipoteka qoyan: qrafasında “Cavabdeh4” yazılarından aşağıda yerləşən imza onun özü tərəfindən icra edilmişdir. İşdən görünür ki, Cavabdeh9 07 iyun 2013-cü ildə, Cavabdeh4 16 oktyabr 2015-ci ildə, Cavabdeh2 isə 28 dekabr 2017-ci il tarixdə ölmüşlər və işə baxan məhkəmələr tərəfindən Cavabdeh5 mərhum Cavabdeh4, Fərid Abdullayev isə mərhumə Cavabdeh9 və mərhum Cavabdeh2 prosessual hüquq varisləri kimi tanınmaqla, sonrakı prosessual hərəkətlər Cavabdeh5 və Fərid Abdullayevlə davam etdirilmişdir. Əvvəla, apelyasiya instansiyası məhk əməsi işə baxarkən, işə baxılmasının vaxtı və yeri haqqıda cavabdehlər Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 lazımi qaydada xəbərdar etməmişdir və işdə, məhkəmə bildirişlərinin onlara rəsmi qaydada çatdırılmasına dair ümumiyyətlə heç bir mötəbər yazılı sübut yoxdur. Fərid Abdullayev və Cavabdeh5 göndərilmiş məhkəmə bildirişləri isə onlar tərfindən 20 fevral 2020-ci il və 27 fevral 2020-ci il tarixlərdə rəsmi qaydada alınsa da, onlar 03 mart 2020-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə yazılı vəsatətlər göndərərək, 04 mart 2020-ci il tarixə, saat 11:25-ə təyin edilmiş məhkəmə iclasını səhhətləri ilə bağlı gələ bilmədikləri üçün təxirə salınmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 134.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişlərini rəsmi qa ydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 376.1 və 376.2-ci maddələrinin tələblərinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallard a məhkəmə işin baxılmasını təxirə sala bilər. Sadalanan prosessual normaların mənasına görə məhkəmə işə baxılmasını o, halda təxirə sala bilər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş olsun; işdə iştirak edən şəxslər məhkəmə iclasına üzrlü səbəblərdən gəlməsin. Hazırki halda cavabdehlər Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmələri, eləcə də Fərid Abdullayev və Cavabdeh5 xəstə olmaları ilə bağlı məhkəmə iclasına gələ bilməmələrinə dair yazılı vəsatətlər göndərmələri mülki iş materialları ilə istisna olunmur. Apelyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər dar edilməmələrinə diqqət yetirmədən, Fərid Abdullayev və Cavabdeh5 isə məhkəmə iclasına gəlməmələrinin səbəblərini kifayət qədər araşdırmadan və bu səbəblərə görə işə baxılmasını təxirə salıb, cavabdehlərin, o cümlədən Fərid Abdullayev və Cavabdeh5 bilavasitə məhkəmə iclasında iştiraklarını təmin edib, həmçinin çəkişmə, tərəflərin bərabərliyi prinsipini gözləməklə, onların hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, elə birinci iclasında da tez-tələsik işə baxaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 9.1-9.3-cü maddələrinin mənasına görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştir ak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Eyni zamanda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. A pelyasiya instansiyası məhkəməsi cavabdehlərin ədalətli məhkəmə araşdırması hüquqlarını pozaraq, hazırki mübahisəli məsələ üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərmədən, iddianın mübahisələndirilən hissədə də əsaslı olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndində göstərilir ki, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Digər tərəfdən, işdən görünür ki, ipoteka qoyan Cavabdeh4 mülkiyyətində olan mənzildə 8 nəfər daimi qeydiyyatdıdır və onlardan 7 nəfər artıq yetkinlik yaşına çatmışlar, digər ipoteka qoyan Cavabdeh9 mülkiyyətində olan bağ evində isə qeydiyyatda heç kim olmasa da, əri Cavabdeh2 həmin bağ evinin təkrar ipoteka qoyulmasına yazılı razılıq vermişdir və hazırda həmin bağ evində mərhum Cavabdeh9 oğlu Fərid Abdullayev yaşayır. Birinci instansiya məhkəməsi ipoteka predmetləri olan qeyd olunan yaşayış sahələrinə tutmanın yönəldilməsini və onlar satıldıqdan sonra ən geci bir ay ərzində həm in yaşayış sahələrinin boşaldılmasını qət etsə də, kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını qətnamənin nəticə hissəsində göstərməmişdir, apelyasiya instansiyası məhkəməsi isə bu hala diqqət yetirmədən birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 220.5, 223.1, 365, 392-ci maddələrinin mənasına görə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərməlidir. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən, ilk növbədə iddia tələbinin yaşayış sahələrinin boşaldılması hissəsinin əsaslılığına sadalanan prosessual normaların tələbləri baxımından hüquqi qiymət verilməli və bu hissədə iddia tələbi əsaslı sayılarsa kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olması qətnamənin nəticə hissəsində konkret olaraq göstərilməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı Qərarının 6.8-ci bəndin də təsbit edilib göstərilib. Həmin bənddə qeyd edilir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Bundan başqa, “xxxx” MMC tərəfindən verilmiş 29 dekabr 2009-cu il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi” Aktına əsasən iddiaçı təşkilatla ipoteka qoyan Cavabdeh4 arasında bağlanmış 08 yanvar 2010-cu il tarixli ipoteka müqaviləsində sonunucunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin, 4 otaqlı, ümumi sahəsi 83,35 kv.metr olan 19-cu mənzilinin ilkin satış qiyməti 56.000 manat, həmin Cəmiyyət tərəfindən verilmiş 26 may 2009-cu il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi” Aktına əsasən isə iddiaçı təşkilatla ipoteka qoyan Cavabdeh9 arasında bağlanmış 08 yanvar 2010-cu il tarixli sonrakı ipoteka müqaviləsində sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 3 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 858,27 kv.metr olan 362 “A” saylı bağ evinin ilkin satış qiyməti 500.000 manat, eyni zamanda “Böyük Kredit Komitəsi” tərəfindən verilmiş 26 may 2009-cu il tarixli Protokolda isə sözügedən bağ evinin i lkin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilmişdir. Daha sonra, işə əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş qiymətləndiricinin rəyindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan mənzilin 18 iyul 2018-ci il tarixə ilkin satış qiyməti 94.000 manat, Cavabdeh9 mülkiyyətində olan bağ evinin 18 iyul 2018-ci il tarixə orta ilkin satış qiyməti isə 180.000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi işdə, sözügedən ipoteka predmetlərinin 2009 və 2018-ci illərə aid ilkin satış qiymətlərində biri-birindən kəskin şəkildə fərqlənən qiymətləndirici rəyləri vardır. Apelyasiya və kasasiya şikayətlərinin dəlillərindən, o cümlədən cavabdehlərin izahatlarından görünür ki, onlar ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə razı deyillər. Apelyasiya instansiyası məhkəməsi ipoteka p redmetlərinin qiymətləndirilməsinə dair 2009 və 2018-ci illərə aid qiymətləndirici rəyləri arasındakı kəskin qiymət fərqlərinə aydınlıq gətirmədən, nəyə görə birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinə qoyulmuş qiymətlərlə razılaşmasını qətnamədə əsaslandırmadan, bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi üçün ilk növbədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları təhlil edilməklə, hazırki mübahisəli məsələyə aydınlıq gətirilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin sa tış qiyməti- qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxtın məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. İqtisadiyyatda likvid dəyər və bazar dəyərinin arasında olan fərqin dəyəri konkret müəyyən olunmasa da, bu təqribən 20-30 faiz təşkil edə bilər. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən qanunvericiliyin yuxarıda qeyd edilən məqsədlərinə nail olmaq üçün ipoteka predmetini təşkil edən əmlakların qiymətləndirməsi zamanı yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də müəyyənləşdirilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipot eka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. Ümumiyyətlə, ipoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutma nın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apelyasiya qaydasında baxılarkən, ilk növbədə bu sahədə ixtisaslaşmış ekspertlərə və ya müstəqil qiymətləndiriciyə həvalə etməklə ipoteka predmetlərinin hazırki vaxta olan real bazar (likvid) qiymətlərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra iddia tələbinin bu hissəsinə yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Kasasiya instansiyası məhkəməsi, həmçinin kasasiya şikayətlərində göstərilən digər, yəni Cavabdeh5 mərhum atası Cavabdeh4 miras qalmış əmlakı qəbul etməməsi, ipoteka predmetini öz adına keçirməməsi və sair barədə dəlilləri ilə razılaşmayıb hesab edir ki, bu dəlillər mülki iş materialları ilə istisna edildiyindən əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM- nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəmə sinin qətnaməsi qismən- tutmanın ipoteka predmetlərinə yönəldilməsi, yəni X2 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə, həmçinin Cavabdeh9 məxsus ilkin satış qiyməti 180.000 manat müəyyən edilmiş Bakı şəhəri, Buzovna qəsəbəsi, 362 “A” saylı bağ evinə yönəldilməsi və ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci bir ay ərzində həmin ipoteka predmetlərinin boşaldılması hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalı və mübahisələndirilən qalan hissədə qətnamə kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci mad dələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5 və cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi X1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-2972/2020 saylı qətnaməsi qismən- tutmanın ipoteka predmetlərinə yönəldilməsi, yəni X2 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə, həmçinin Cavabdeh9 məxsus ilkin satış qiyməti 180.000 manat müəyyən edilmiş Bakı şəhəri, Buzovna qəsəbəsi, 362 “A” saylı bağ evinə yönəldilməsi və ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan son ra ən geci bir ay ərzində həmin ipoteka predmetlərinin boşaldılması hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın, və mübahisələndirilən qalan hissədə qətnamə kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar