Məhkəmə qərarları › İş №2(102)-5164/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5164/2021

28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5164/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə (işdə iştirak etməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə maraqlarına toxunan şəxs oğlu) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi və ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili X7, 3-cü şəxsin vəkili X8 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-46/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə maraqlarına toxunan şəxs ф oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" MMC ilə X9 arasında bağlanmış və cəmiyyətin direktoru Q.Ə.Məmmədovun imza və möhürü ilə təsdiq edilmiş 30 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili X2. 30 sentyabr 2006-cı il tarixli maliyyə arayışından görünür ki, X9 tərəfindən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili almaq üçün 30 sentyabr 2006-cı il tarixdə "xxxx" MMC-yə 24 408 ABŞ dollar ödənilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən iki otaqlı mənzilin bir kv. metrinin dəyəri 300 ABŞ dolları müəyyən edilməklə ümumi satış qiyməti 24 408 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqaviləyə əsasən mənzil alıcının (X5) mülkiyyətinə verir, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəyir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti – 2007-ci ildir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış və cəmiyyətin direktoru Tağıyev.A.S –nın imza və möhürü ilə təsdiq eduilmiş 30 iyun 2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili İddiaçı satmışdır. Həmin müqavilənin 2-ci bən dinə əsasən iki otaqlı mənzilin bir kv. metrinin dəyəri 420 manat müəyyən edilməklə ümumi satış qiyməti 34440 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti – 2014-cü ildir. 30 iyun 2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili almaq üçün 30 iyun 2006-cı il tarixdə "xxxx" MMC -yə 24 381manat ödənilmişdir. 30 iyun 2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili almaq üçün 30 iyun 2014-cü il tarixdə "xxxx" MMC -yə 2000 manat ödənilmişdir. 01 oktyabr 201 4-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili almaq üçün 01 oktyabr 2014-cü il tarixdə "xxxx" MMC -yə 6000 manat ödənilmişdir. 24 dekabr 2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili almaq üçün 24 dekabr 2014-cü il tarixdə "xxxx" MMC -yə 2000 manat ödənilmişdir. Mülki işin materiallarında olan sorğudan görünür ki, məhkəmə ünvan 2 ünvanında inşa edilən yaşayış binasında 100 kv.m qeyri yaşayış sahəsinin İddiaçı təhvil verilib verilməməsi barədə məlumat verilməsi üçün 27.07.2017-ci tarixdə "xxxx" MMC –nin rəhbərliy inə sorğu göndərmiş, lakin həmin sorğuya cavab alınmadığı üçün təkrar olaraq 16 oktyabr 2017-ci il tarixdə sorğu verilmiş, sorğu verilən Cavabdeh MMC-nin rəhbərliyi Azərbaycan Respublikası MPM-nin 78.2, 78.3, 78.4, 78.5 maddələrinin məsuliyyəti ilə xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə baxışının sonuna kimi məhkəmənin sorğusuna cavab verilməmişdir. Abşeron rayon məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qərardadı ilə ünvan 3 ünvanında, 14 mərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən İddiaçı məxsus 111 saylı mənzil haqqında və orada yaşayan şəxslər barədə məhkəmə tərəfindən tələb edilən məlumatın Abşeron rayon icra şöbəsinin icra məmuru vasitəsilə götürülməsinə dair qərardad çıxarılmış və icraya yönəldilmiş, icra məmurunun 15 noyabr 2017-ci il tarixli qərar ı ilə icraata başlamaq qərara alınmış, lakin icra məmurunun 07 mart 2018-ci il tarixli qərarı ilə 31 oktyabr 2017-ci il tarixli icra vərəqəsinin icrasının mümkün olmadığını Cavabdeh MMC-nin fəaliyyətinin dayandırıldığını bildirib icra sənədi Abşeron rayon məhkəməsinə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh-yə mənzilin ona təhvil verilməsi, ziyanın ödəniləsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh-nin direktoru tərəfindən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi r. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən Cəlilabad rayonunun Alar kəndində yaşayan X10 "xxxx" MMC-nin ünvan 4 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 81,36 kv.m olan, 2 otaqlı, 46 saylı mənzili 24408 (iyirmi dörd min dörd yüz səkkiz) ABŞ dollarına almışdır. Sonra yuxarıda qeyd edilən mənzili, Lənkəran rayonu Boladı kəndində qeydiyyatda olan İddiaçı adına keçirilməsinə razılıq vermiş və "xxxx" MMC-nin razılığı ilə satmışdır. Ancaq onlar mənzili bacısının adına aldıqdan sonra MTK-nın rəhbərliyi təmir işləri aparmaq üçün səbəbini izah etmədən onları tam dəyərini ödədikləri mənzilə buraxmamışdır. Bir müddət keçəndən sonra müxtəlif şəxslərə qarşı dələduzluq cinayəti törətdiyinə görə "xxxx" MMCnin direktoru Qasım Məmm ədova qarşı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılmış və cinayət işinin istintaqı zamanı bir neçə vətəndaşın, o cümlədən onların aldadıldığı fakt müəyyən olunmuşdur. Bu səbəbdən onlara və digər vətəndaşlara dəyərini tam ödədikləri mənzillərin qaytarılması barədə MMC rəhbərliyinə göstəriş verilmiş, 2014-cü ilin iyun ayında onu mənzil tikinti işləri aparılan yerə çağırmışlar. Həmin vaxt "xxxx" MMC, "xxxx" MMC adlanırdı, yəni "xxxx" MMC-nin sadəcə olaraq adı dəyişdirilmişdir, o cümlədən X14 "xxxx" MMC-yə yeni direktor təyin edilmişdir. 30 iyun 2014-cü il tarixdə Azər müəllimlə görüşmüş, 30 sentyabr 2006-cı il tarixdə aldıqları iki otaqlı mənzilin dəyərinin tərəflərindən tam ödənilməsinə və həmin mənzilə görə heç bir borcunun olmamasına dair "xxxx" MMC tərəfindən imzalanaraq və möhürlənərək kassa mədaxil orderinin qəbzi verilməsinə baxmayaraq, MMC-nin yeni təyin olunmuş sədri Azər Tağıyev onlara bildirdi ki, əlavə olaraq 13050 manat pul ödənilməsə onunla mənzilə dair yeni müqavilə imzalamayacaq. Birinci mənzili qeyri qanuni yolla əlindən alındıqdan sonra Azər Tağıyevin tələb etdiyi məbləği verməsə heç nəyə nail ola bilməyəcəyindən qorxaraq onun tələb etdiyi məbləği çox çətinliklərlə toplayaraq ona vermiş, Azər Tağıyev onunla yeni müqavilə bağlamış, əvvəlki mənzili ilə eyni ölçüdə olan iki otaqlı 111 saylı mənzilin açarlarını ona təqdim etmişdir. O, mənzilə baxmış, yeni müqaviləyə əsasən ona verilmiş mənzilin giriş qapısını dəyişdirmiş, 2015-ci ilin əvvəllərində mənzilin hissə-hissə təmirinə başlam ışdır. Yaşayış binasının kommendantı vəzifəsində işləyən Sadiq təmirə başladığına görə ondan 250 manat pul almışdır. (tel: *** *** ** **). Tikinti materiallarını 9 mərtəbəyə qaldırarkən əlavə olaraq 350 manat xərci çıxmışdır. Bundan əlavə tikinti materiallarına 6000 manata kimi pul xərcləmiş - 500 manat da usta və fəhlələrə ödəmişdir. Bunların hamısına dair qəbzləri var. 2016-cı ilin sentyabr ayının 20-də təmir işləri üçün alçipan və sair tikinti materiallarını gətirmişdir. Bu zaman MMC-nin komendantı Sadiq onu mənzilinə buraxmayaraq gətirdiyi materialları mənzilə qaldırmağa qoymamışdır. Səbəbini soruşduqda binanın mərtəbələrində tikintidə təhlükəsizliyə nəzarət edən komissiyanın işlədiyini, materialları binanın həyətinə boşaltmağı, onları özlərinin qaldıracağını bildirmişdir. Bir neçə gün sonra təmir işləri görmək üçün mənzilə gələn Bayram adlı usta (tel: *** *** ** **) mənzilin qapısının dəyişdirildiyini görüb bu barədə ona telefonla xəbər vermiş və o mənzilinin yerləşdiyi binaya gəlmiş, kommendant Sadiqlə görüşmüş, görüş zamanı o anlaşılmazlıq baş verdiyini, bir həftəyə kimi mənzilin boşaldılacağını bildirmişdir. Bundan sonra ən azı 3040 dəfə MMC-nin direktoru Azər Tağıyevlə, komendant Sadiqlə görüşmüş, hər görüş zamanı Azər ona ən geci 5-6 günə mənzilin açarlarlarını ona verəcəyini vəd etmiş, lakin vədinə əməl etməmişdir. 2017-ci ilin may ayının 5-də Azər ona zəng edərək gəlib açarı götürməsini dedikdə, təkrar onunla görüşərkən o mənzilin Qarabağ müharibəsi iştirakçısı olan Feyzulla adlı (*** *** ** **) bir şəxs tərəfindən zəbt edildiyini və qapının onun tərəfindən də yişdirildiyini bildirmişdir. Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova, iş № 2(012)-642/2018) iddia qismən təmin edilərək, CavabdehMMC-nin rəhbərliyi ilə İddiaçı arasında bağlanmış 30 iyun 2014-cü il tarixli müqavilə üzrə öhdəliklər Cavabdeh-nin rəhbərliyi tərəfindən yerinə yetirilməsi, ünvan 3 ünvanında, 14 mərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən 111 saylı mənzilin İddiaçı təhvil verilməsi, iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə ünvan 5 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 81,36 m2 olan, 2 otaqlı, 46 saylı mənzilin haqqını tam ödədiyinə görə o, həmin mənzilə sahiblik və istifadə etmək hüququ əl də etmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli mənzilin dəyərini tam şəkildə ödəmiş, heç bir borcu qalmamışdır. Başqa sözlə, onun tərəfındən mənzilə dair müqavilənin şərtlərinin pozulması işin faktiki halları ilə təsdiq olunmur. Cavabdeh "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehnin rəhbərliyi məhkəmə iclasında iştirak etməməklə, məhkəmənin mübahisəli mənzilin hüquqi vəziyyəti və həmin mənzili zəbt etmiş şəxsin şəxsiyyəti barədə məlumat verilməsinə dair sorğusuna cavab verməməklə iddiaçı qarşısında yaranmış öhdəlikdən yayınmaq istəyir. Məhkəmə iddianın cavabdehin ona vurduğu 10850 manat ziyanın iddiaçının xeyrinə tutulmasına dair hissəsinə qiymət verərkən iddiaçı tərəfindən iddian ın təmin edilməsi üçün kifayət qədər sübutların məhkəməyə təqdim edilməməsi səbəbindən rədd edilməsi qənaətinə gəlir. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, maraqlarına toxunan şəxs qismində ф oğlu apelyasiya şikayəti verərək göstərmişdir ki, "xxxx" MMC ilə 24 sentyabr 2005-ci il tarixdə Cəmiyyətin tikilməkdə olan binasında mənzil almaq haqqında onunla müqavilə bağlanmış, ünvan 2 ünvanında inşa edilən binadan 111 saylı mənzilin və həmin tarixli qeyri-yaşayış sahəsi almaq haqqında müqaviləyə əsasən 18,0 kv.m-lik sahədən ibarət qeyri-yaşayış (qaraj) sahəsinin payçı kimi ona verilməsini öhdəsinə götürmüşdür. Ayrılmış 111 saylı mənzilə dair 20400 ABŞ dolları ( doxsan üç milyon iyirmi dörd manat), qeyri yaşayış (qaraj) hissəsinə dair isə 11.40 0 (on bir milyon dörd yüz min) manat nəzərdə tutulmuş pul vəsaitini tam şəkildə ödəmişdir və ona müvafiq qaydada mədaxil xəzinə orderi verilmişdir. Həmin gündən tikiləcək mənzilə gözlənilən mülkiyyət hüququ əldə etmişdir. Tez bir zamanda "xxxx" MMC həmin binanın 3 blokunda tikinti işlərini aparmış və ünvan 2 ünvanında inşa edilən binasından 111 saylı mənzil ona ayrılmışdır. Nəzərdə tutulmuş digər blokların tikintisində çatışmamazlıqlar olduğundan, 2009-cu ildə MMC-nin hərəkətlərindən şikayətlər edilmiş və mübahisələr yaranmışdır. 2016-cı ildən məhkəmə qərarı icra olunan günədək o, həmin mənzildə yaşamışdır Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev, iş № 2(105)46/2021) maraqlarına toxunan şəxs ф oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-642/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflər arasında bağlanmış müqaviləyə qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, cavabdeh binanı vaxtın da təhvil verməmiş, iddiaçı isə mənzilin haqqını ödəmişdir. Beləliklə cavabdeh aralarında olan razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli mənzilin dəyərini tam şəkildə ödəmiş, heç bir borcu qalmamışdır. Başqa sözlə, onun tərəfındən mənzilə dair müqavilənin şərtlərinin pozulması işin faktiki halları ilə təsdiq olunmur. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən (Fuad LTD-nin hüquqi varisi)məhkəmə kollegiyasına təqdim edilmiş Abşeron rayon İH başçısının 27 iyun 2006-cı il tarixli 185 saylı sərəncamından görünür ki, "xxxx" MMC-yə Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 ünvanda mülkiyyət hüququna dair 000685 nömrəli 19.05.2003-cü il tarixli şəhadətnamə ilə cəmiyyətə məxsus 0,48 ha sahədə birinci və ikinci mərtəbələri qeyri yaşayış olan 9 (d oqquz) bloklu, 14 (on dörd) mərtəbəli yaşayış evinin layihələndiriliməsinə və tikintisinə icazə verilmişdir. ф oğlunun məhkəməyə təqdim etdiyi "xxxx" MMC ilə ф oğlu arasında mənzil almaq haqqında Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ünvanında inşa edilən binasından 111-li mənzilin və qeyri yaşayış(qaraj) sahəsinin ayrılmasına dair bağlanmış müqavilədə tarix isə 24 sentyabr 2005-ci il göstərilmişdir. Müqavilənin bağlanması tarixi ilə yaşayış evinin layihələndirilmə və tikintisinə icazəyə dair sərəncam arasında 9 ay fərq yaranmışdır. Yəni "xxxx" MMC ilə ф oğlu arasında mənzil almaq haqqında müqavilə bağlanarkən hazırki mübahisə predmeti olan binanın layihəsi və tikintiyə icazəsi mövcud olmamışdır. Məhkəməyə təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2019-cu il ta rixli 15480 saylı ekspert rəyində,Cavabdeh MMC tərəfindən 30 iyun 2014-cü il tarixli müqavilə əsasında İddiaçı satılmış mənzilin müqavilə üzrə binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşdiyini və sahəsinin isə 81,36 m2 olduğu göstərilmişdir. Faktiki vəziyyət üzrə isə təqdim olunan mənzilin sahəsi 80,8 m2, olmaqla binanın 11-ci mərtəbəsində yerləşir. Binanın ilk iki mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğu və müqavilədə mərtəbənin nömrəsi yaşayış üçün nəzərdə tutulmuş mərtəbələr üzrə satıldığı halda, təqdim olunan mübahisəli mənzilin 30. iyun 2014-cü il tarixli müqavilə ilə İddiaçı satılmış mənzil olduğu müəyyən edilir. Mənzilin müqavilədə sahəsi ilə faktiki sahəsi, demək olar ki, eynidir. 24 sentyabr 2005-ci il tarixli müqavilə ilə X1 mənzilin müqavilə üzrə sahəsi (74,19 kv.m) mübahisələndirilən mənzilin sahəsinə uyğun deyil və müqavilədə mərtəbənin nömrəsi göstərilmədiyinə görə həmin mənzilin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş təkrar Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2021-ci il tarixli 10/170 saylı ekspert rəyində göstərilmişdir ki, Qərardadın birinci və ikinci sualları üzrə Mənzillərin yerləşməsini əks etdirən layihə sənədlərinin müqavilələrə əlavə edilməməsi səbəbindən, "xxxx" MMC tərəfindən 24 sentyabr 2005-ci il tarixli müqavilə əsasında 20400 ABŞ dollarına ф oğluna satılmış 74,19 kv.metrlik 111 saylı mənzillə, Cavabdeh MMC tərəfindən 30 iyun 2014-cü il tarixli müqavilə əsasında İddiaçı 34381 manata satılmış 81.36 kv.metrlik (9-cu mərtəbə) 111 saylı mənzillərin eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İnşaat Norma və Qaydaları’nın 2.08.01-89-un müvafiq (ikinci və altıncı) bəndlərinə əsasən mənzillərin ümumi sahəsinin hesablanması mənzillərin döşəmə səviyyəsindən ayrı-ayrı divarların üst səthləri arasındakı məsafə ölçülməklə hesablanır. Həmin tələblərə əsasən tədqiq olunan ünvan 6 ünvanca 2-ci blokun 9-cu mərtəbəsində yerləşən 111 saylı mübahisəli mənzilin ümümi sahəsi 80.8 kv. metr təşkil edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İşdə iştirak etməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə maraqlarına toxunan şəxs ф oğlu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt A pelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-46/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli 2(105)-46/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması və ф oğlunun kassasiya şikayətinin təmin ed ilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 3-cü şəxsin vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İddiaçının vəkili X12 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun nümayəndəsinn iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən 3-cü şəxs kassasiya şikayəti vermişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi 3-cü şəxsin şikayətində irəli sürdüyü dəlillər əsasında yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəl ləsi 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və lə ğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə mtulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədik də isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 427.2 maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1 maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədə n imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 67-ci maddəsinəəsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa vəöhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsindəəşyanın hissəhissəödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən vəödəməkdən imtina edirsə, satıcı öz seçimi iləəşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzr ə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüqu q normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İşdə iştirak etməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə maraqlarına toxunan şəxs ф oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-46/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar