Məhkəmə qərarları › İş №2(102)-5165/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5165/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5165/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2546/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.M.Həsənov, iş 2(007)-194/2019) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun un Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı ASC-nin xeyrinə Cavabdeh cəmi 1.294.091,24 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) Fondun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxx 2012-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik istifadə dərəcəsi 9 faiz olmaqla 24 ay müddətinə 1.250.000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2014-cü il, xx xxxx 2015-ci il və xx xxxx 2016-cı il tarixli əlavə müqavilələrlə kredit müqaviləsinin müddəti xx xxxx 2017-ci il tarixə kimi uzadılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. 2018-ci ilin iyul ayında bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən banka cəmi 1.435.312,50 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehdən bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yux arıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bankın ləğvedicisi kassasiya şikayəti verərək məhkəmə tərəfindən borcun məbləğinin düzgün aparılmamış ekspert rəyi əsasında müəyyən edilməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mü mkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, bankın ləğvedicisi cavabdehin borcunun cəmi 1.435.312,50 manat olmasını iddia edərək ondan həmin məbləği tələb etmiş, məhkəmə isə iddianı qismən - 1.294.091,24 manat həcmində təmin etmişdir. İddiaçıya görə məhkəməyə müraciət olunan günə cavabdehin əsas borcu 1.250.000 manat, faiz borcu 185.312,5 0 manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə görə kredit müqaviləsinin bitdiyi xx xxxx 2017-ci il tarixə əsas borc 1.217.109,09 manat, faiz borcu isə 76.982,15 manat təşkil etmişdir. İddiaçı tərəfindən kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan sonrakı dövr üçün də faizlər tələb edildiyindən məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına əsaslanaraq faizlərin yalnız müqavilənin bitdiyi günə qədər tutulmalı olması nəticəsinə gələrək cavabdehdən faizlərə görə iddia tələbində göstərildiyi kimi 185.312,50 manat deyil, ekspert rəyində gös tərildiyi kimi 76.982,15 manat tutmuşdur. Kredit müddətindən sonrakı dövr üçün yalnız vurulmuş zərərin ödənilməsi tələb oluna bilsə də, iddiaçı tərəfindən belə bir tələb irəli sürülməmişdir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar