Məhkəmə qərarları › İş №2(102)-5166/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5166/2019

20.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5166/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdehl Cavabdeh5 tərəfindən verilmiş kassasi ya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbinə dair iddiası qismən təmin edilmiş, “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 17.867,70 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 9.897,79 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 727,06 ABŞ dolları, cəmi isə 28.492,55 ABŞ dollarının (ödəniş gününə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddianın verilməsi üçün öd ənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat pulun, “Tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat, xidmət haqqına görə ödənilmiş pulun əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdeh5 iddiaçı Bankın xeyrinə tutulmasını; tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini; mənzilin ilk satış qiymətinin 80.000 manat müəyyən edilməklə mənzilin açıq hərracdan satılmasını və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun Banka ödənilməsini; qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və H.Həmidov) Sabunçu rayon Məhkəməsinin 1 6 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh5 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 avqust 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğluna kredit müqaviləsi üzrə yaranmış borcun ödənilm əsi və sair tələbinə dair iddia verərək onunla Cavabdeh5 arasında bağlanmış 30.01.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədilə 17.867,70 ABŞ dolları, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 9.897,79 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən borcalana tətbiq edilmiş cəriməni (dəbbəni) təşkil edən 727,06 ABŞ dolları olmaqla, cəmi 28.492,55 ABŞ dolları, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “Tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və xidmət haqqının əvəzi kimi 20 manat məbləğində pulun Cavabdeh5 tutularaq Banka ödənilməsi, tələbin Cavabdeh5 məxsus o lan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən 12 №-li evin 34 №-li mənzilinə (bundan sonra – mənzil) yönəldilməsi; mənzilin ilkin satış qiymətinin 41.000 manat müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsaitinin yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsi; satışdan əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması; satıldığı halda mənzilin 1 ay sonra boşaldılması, cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilə n qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bank ilə cavabdeh Cavabdeh5 arasında bağlanmış 30.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh5 36 ay müddətinə illik 26 faizlə 19.185 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh5 arasında 30.01.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən qeyd edilən kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 12 saylı evin, 34 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü et mişdir. Cavabdeh5 ktedit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh5 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini la zımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh5 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi özünə məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülm üş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar