Məhkəmə qərarları › İş №2(102)-5167/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5167/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5167/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, dispozitivlik prinsipi, preyudisiya, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-810/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayə tinə dair işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 23.04.2012-ci il tarixli KR-506924-782012 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 22.400 manat kredit verilmişdir. X8 və X5 hazırkı iş üzrə Cavabdeh qarşı qaydada pul tələbinə dair ayrı-ayrı iddialar qaldırmış və Bərdə Rayon Məhkəməsi iddialar bir icraatda birləşdirimişdir. Həmin Məhkəmənin 2(021)-388/390/2017 nömrəli iş üzrə 01 fevral 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 21.775 manat pulun alınaraq X3, 18.326 manat pulun alınaraq X6 verilməsi qət edil mişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1844/2017 nömrəli iş üzrə 05 iyun 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamə ilə müəyyən edilmişdir ki, 23 aprel 2012-ci il tarixdə Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq X2 23 aprel 2012-ci il tarixdə Banka 36 ay müddətinə depozitə qoyduğu 28.000 manat əmanət girov qoyulmuşdur. Eləcə də, 20 aprel 2012-ci il tarixdə Bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 15 % ödəmək şərti ilə 35 ay müddətinə 20.000 manat kredit verilmiş, həmin kreditin təminatı olaraq X4 20 aprel 2012-ci il tarixdə Banka 36 ay müddətinə depozitə qoyduğu 25.000 manat əmanət girovla yüklü edilmişdir. Cavabdeh k reditor qarşısında götürmüş olduğu hər iki müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən, xxxxxx əmanətindən 21.775 manat, xxxxx əmanətindən isə 18.326 manat silinmişdir. Eyni zamanda Bank cavabdehə və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20 aprel 2012-ci il tarixli, KR-506924-13622012 nömrəli kredit müqaviləsi üzrə 10.503,17 manat əsas, 140.16 manat faiz borcunun tutulması barədə iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-3649/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi müddətin keçməsi əsası ilə təmin edilməmişdir. Həmin qətnamədən Bank apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-871/2019 nömrəli iş üzrə 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia mahiyyəti üzrə əsassız olduğu üçün təmin edilməməlidir. Sonuncu qətnamə Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-7281/2019 nömrəli iş üzrə 02 dekabr 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8280.94 manat əsas borc və 3699.09 manat faiz borcu olmaqla, cəmi 11.980.03 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bərdə Rayon Məhkəməsinin (bundan son ra – birinci instansiya məhkəməsi) 15 dekabr 2016-ci il tarixli, 2(021)-7778/2016 nömrəli məhkəmə əmri ilə cavabdehdən Bankın xeyrinə 8280,94 manat əsas, 3699 manat faiz, cəmi 11.980,03 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qərara alınmışdır. Cavabdeh tərəfindən əmrə qarşı etiraz verilmiş və birinci instansiya məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qərardadı ilə həmin məhkəmə əmri ləğv olunaraq iş iddia icraatına keçirilmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən, tərəflər arasında bağlanmış 23.04.2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Banka 8280.94 manat əsas borc, 3699.09 manat faiz borcu mövcuddur. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, göstərmişdir ki, maddi imkansızlıqdan borcunu öd əyə bilməmişdir. Məhkəmədən faiz borcunun silinməsini xahiş etmişdir. İş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2020-ci il tarixli, 2337 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 23.04.2012-ci il tarixli KR-506924-78-2012 saylı müqavilə şərtləri nəzərə alınmaqla cavabdehin 23.11.2016-cı il tarixə Banka olan borcu 8277.16 manat əsas, 1962.38 manat faiz borcu təşkil edir. Bərdə Rayon Məhkəməsinin 2(021)-429/2020 nömrəli iş üzrə 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia qismən təmin edilmiş, cavabdehdən 8277.16 manat əsas borc, 1962.38 manat faiz bo rcu olmaqla, cəmi 10.239.54 manat və ödənilmiş 20 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 150 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bank müqavilə şərtlərinə əməl edərək müqavilədə nəzərdə tutulmuş məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə hesab etmişdir ki, tələb olunan əsas və faiz borcu ekspert rəyi ilə müəyyən olunmuş məbləğdə tutulmalıdır. Mə hkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İddiaçı eyni iddia tələbi ilə 2018-ci ildə Bərdə Rayon Məhkəməsində iddia qaldırmış və iddia tələbi təmin edilməmişdir. Bankla bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc məbl əği X1 arasında bağlanmış depozit hesabından silinmişdir. Bu hal əvvəlki qətnamələrdə də öz əksini tapmışdır. Bu səbəbdən də onun Bank qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyi qalmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-810/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və yeni qətnamə qəbul edilərək, Bankın cavabdehə və X6 qarşı iddiası rədd olunmuş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın iddiaçıdan al ınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2017-ci il tarixli, 2(104)-1844/2017 nömrəli qətnaməsinə istinadla qeyd etmişdir ki, hazırkı iş üzrə kredit müqaviləsi üzrə yaranmış borc xxxx depozit hesabında olan əmanətdən silinmişdir. Belə olan təqdirdə, 23 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Bank qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, iddia tələbi əsassızdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 279, 295, 385.1-ci, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (vəkil X11) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunsuz qətnamə qəbul etmişdir. Şikayətdə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 739.1, MPM-in 88, 101, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Banklar haqqında” Qanun) 1.0.9-cu maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə sözügedən müqaviləyə aid olmayan məhkəmə qərarlarını əsas tut maqla, Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə zidd olaraq borcun ödənildiyi qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi ekspert rəyini nəzərə almamış, cavabdehin digər kredit borcu üzrə olan məhkəmə qətnaməsini əsas tutmaqla iddianı rədd etmiş, bununla da MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur. Depozit hesabındakı əmanətin kredit borcuna silinməsi borcun tam bağlanması demək deyildir. Kredit bankın şərtlərinə əsasən faiz (gecikdirilən zaman cərimə) qarşılığında verilir. Cavabdehlə bağlanmış 23 aprel 2012-ci il tarixli KR506924-78-12 saylı kredit müqaviləsinə əsasən 24.04.2015-ci il tarixdə girov predmeti olan depozit hesabındakı 21.775.37 manat məbləğ kredit borcuna silinmişdir. Depozit hesabındakı 21.775.37 manat məbləğin 13.574.52 manatı əsas borca, 8200.85 manatı isə faiz borcun a silinmişdir. Cavabdehin Banka 8280.94 manat əsas, 3699.09 manat faiz borcu qalmışdır. Kredit borcundan ödənişlər və silinmələr izahlı şəkildə bank hesabından çıxarışda öz əksini tapmışdır. Məhkəmə isə “Banklar haqqında” Qanunun 1.0.9-cu maddəsini tətbiq etməmişdir. Bundan başqa, məhkəmə ekspert rəyinə MPM-in 88-ci maddəsinə uyğun olaraq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 27.04.2020-ci il tarixli ekspert rəyinə əsasən bütün ödənişlər və depozit hesabından silinmələr nəzərə alınmaqla cavabdehin Banka əsas borc və faiz borcunun olması müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c ) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində qətnamənin tam ləğvini xahiş etdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). MPM Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (maddə 218.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı hazırkı iş üzrə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İşə baxılarkən əlavə cavabdehin cəlb olunması barədə ərizə verilməmiş və bununla bağlı hər hansı müzakirə aparılmamışdır. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi həm məhkəmə iclas protokolunda, həm də məhkəmə qətnaməsində iş üzrə tərəf olmayan X7 cavabdeh kimi göstərmiş, iddia tələbini həmin şəxsə münasibətdə də təmin etməmişdir. Bununla da məhkəmə MPM-in 218.3-ci maddəsini n tələblərini pozaraq iddiaçının verdiyi tələbdən kənara çıxmış və mülki prosesin mühüm prinsiplərindən biri olan dipozitivlik prinsipinin tələblərini pozmuşdur. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddianı əsassız hesab edərkən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1844/2017 nömrəli iş üzrə 05 iyun 2017-ci il tarixli qətnaməsinə istinadla qeyd etmişdir ki, hazırkı iş üzrə kredit müqaviləsi əsasında yaranmış borc xxxx depozit hesabında olan əmanətdən silinmişdir. Belə olan təqdirdə, 23 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Bank qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Halbuki mülki prosessual qanunvericiliyin preyudisiallıqla bağlı normalarına əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar məhz həmin işdə iştirak edən şəxslər üçün preyudisiallıq kəsb edir (MPM-in 82.3-cü maddəsi). Əgər tərəflərdən biri qanuni qüvvəyə minmiş başqa işdə iştirak etməyibsə həmin tərəfin baxılan iş üzrə mübahisələndirdiyi hallar ümumi qaydada sübut edilməlidir. Lakin hazırkı iş üzrə iddiaçı olan Bank apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(104)-1844/2017 nömrəli işdə iştirak etməmişdir. Digər tərəfdən həmin iş üzrə məhkəmələr tərəfindən 23.04.2012-ci il tarixli KR-506924-78-2012 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh Banka hansı məbləğdə kredit borcunun yarandığı, girov predmeti olan əmanətin həmin borc öhdəliyinin tam icrası üçün yetərli olub-olmadığı barədə hallar müəyyən edilməmiş və ümumiyyətlə bu məsəl ə araşdırma predmeti olmamışdır. Həmin işə əmanətlərinə tutma yönəldilmiş girov qoyanların borclu Cavabdeh qarşı reqress tələbinə dair iddiaları əsasında baxılmışdır. Qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(104)-871/2019 nömrəli digər mülki işin də baxılan işlə hər hansı əlaqəsi olmamışdır. Çünki həmin işdə Bankın Cavabdeh və əslində hazırkı iş üzrə cavabdeh olmayan X6 qarşı hazırkı işə aidiyyəti olmayan 20 aprel 2012-ci il tarixli, KR-506924-1362-2012 nömrəli kredit müqaviləsi üzrə pul tələbinə baxılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməl i, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən işin halları prosessual qanunvericiliyin tələblərinə uyğun müəyyən edilməli və həmin hallara tətbiq edilməli olan maddi hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-810/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar