Məhkəmə qərarları › İş №2(102)-5169/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5169/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5169/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi, öhdəlik münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1020/2022 nömrəli, 28 apre l 2022ci il tarixli qətnaməsindən Cavabdeh1 (vəkili Vəkil qızı) tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 28 sentyabr 2015-ci il tarixdə İddiaçı ASC-nin Salyan filialı ilə Cavabdeh1 arasında 762/15 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə bank borcalana illik 28% olmaqla, 36 ay müddətinə - 28 sentyabr 2018-ci ilə kimi 5.000 manat kredit vermişdir. 2. 28 sentyabr 2015-ci il tarixdə kredit müqaviləsinin təminatı kimi İddiaçı ASCnin Salyan filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 3. 18 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixə qeyd edilən müqavilə üzrə banka olan əsas borcu 4158.45 manat, faiz borcu 5444.49 manat, cərimə borcu 1130.35 manat, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz dərəcəsi üzrə 563.76 manat, cəmi 11297.05 manat borcu yaranmışdır.

4. İddiaçı 20 avqust 2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/8379 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, 762/15 nömrəli müqavilə üzrə Cavabdeh1 banka 28 sentyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borcu 4747,78 manat, faiz borcu 3392,81 manat, xx.xx.2021-ci il tarixə (maliyyə arayışı ilə hesablanmış tarixə) əsas borcu 4158,45 manat, faiz borcu 3963,14 manat borcu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Biri nci instansiya məhkəməsində icraat

6. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4158,45 manat əsas borc, faiz borcu üzrə 5444.49 manat, cərimə borcu 1130.35 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış borc 563.76 manat məbləğ olmaqla, cəmi 11297.05 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasın da bağlanmış 762/15 №-li 28 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istifadə üçün 36 (otuz altı) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdehə kredit verilərkən Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 3-cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 7-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Ona gör ə də 4158,45 manat əsas borc, 5444,49 manat faiz, 1130,35 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 536,76 manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Salyan Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(057)-112/2022 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4.158,45 manat əsas borc, faiz borcu üzrə 3.392,81 manat, hesablanmış cərimə borcuna görə 20 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzi ndə 20,10 manat müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun hesabına köçürülməsi, iş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 hesabına keçirilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 bankdan pul götürmüş, bir hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Cavabdehin 27 may 2021-ci il tarixə əsas borcu 4158.45 manat qaldığından məhkəmə əsas borca görə həmin məbləğin tutulmasını, faiz borcunun isə 3392.81 manat tutulmasını daha əsaslı hesab etmişdir.

10. Tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 4158.45 manata mütənasib olmadığından 113 0.35 manat məbləğində cərimə pulunun 20 manat məbləğində azaldılması məqsədəuyğundur.

11. Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 536,76 manat faiz borcu tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini konkret şəkildə əsaslandırmadığı və məhkəməyə müvafiq sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 449.1, 449.4, 467, 470.1, 472.2, 475.1, 739.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 107, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Salyan Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(057)-112/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin faiz və cərimə borcları hissələrində dəyişdirilməsini xahiş etmişdirlər.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüququ qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1020/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Samir Mayılov və İlham Əsədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(057)-112/2022 saylı qətnaməsinin qismən, Cavabdeh2 4158,45 manat əsas borc, faiz borcu üzrə 3392,81 manat, hesablanmış cərimə borcuna görə 20 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun hesabına köçürülməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Məhkəmə kollegyası qeyd etmişdir ki, borclu Cavabdeh1 xx.xx.2015-ci il tarixli 762/15 nömrəli kredit müqaviləsinə əsasən kreditor qarşısında götürdüyü öhdəliyi icra etməməklə kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələr i üçün kreditor qarşısında məsuliyyət daşıyır.

17. Məhkəmə kollegiyasının mövqeyinə görə xx.xx.2015-ci il tarixli, 762/15 nömrəli kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh1 bank qarşısında əsas öhdəliyinin icrasını təmin etmək üçün zamin Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Əsas öhdəliyin icrası müddətinin xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq zaminə qarşı kredit borcunun qaytarılması tələbi irəli sürülməmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtının xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu zamin Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 449.1, 449.4, 467, 470.1, 472.2, 475.1, 739.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 107, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instan siyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, 4.158,45 manat məbləğində əsas borc, 3392,81 manat faiz borcu, 20 manat cərimə borcu və 20.10 manat dövlət rüsumu ondan tutulması nəzərdə tutulan mülkiyyətidir və iddiaçıya bu qədəri ziyan dəyməsi qeyrimümkündür, ekspert rəyi tamamilə əsassızdır. O, iddianı qəbul etməmiş və bütün hallarda iddia müddəti ilə bağlı, müqavilənin şərtinin pozulmasına və ekspertiza təyin edilməsinə etiraz etməklə şikayət etməklə münasibət bildirmiş, ilkin etiraz və şikayətlərdə əsaslandırmışdır. Tərəfindən kredit müqaviləsi üzrə ödənişlər aparılsa da, nəzərə alınmamışdır. Həmçinin, məhkəmə iclası iştirakı olmadan keçirilməklə çəkişmə prinsipi pozulmaqla işə baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu kassasiya şikayətinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilən kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulduğu formal olaraq qeyd edilmişdir. Belə ki, cavabdeh kassasiya şikayətində “kredit müqaviləsi üzrə iddia müddətinin ötürüldüyünü və iddia tələbinə iddia müddətinin tətbiq olunaraq rədd edilməli olduğunu” qeyd etmişdir. Bununla bağlı qeyd edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 09.2015-ci il tarixli, 762/15 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 28% ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavil əsinin icra müddəti xx.xx.2018-ci ildə bitmiş və iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmədən Salyan Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bundan başqa, iddiaçı tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə cavabdeh tərəfindən məhkəmə qərarı çıxarılanadək verilmiş ərizə əsasında tətbiq olunur. Lakin Salyan Rayon Məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməyinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

22. Həmçinin cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 147-ci maddəsinin tələblərinin pozulması ilə qətnamə qəbul olunmuşdur. MPM-nin 147-ci maddəsi məhkəmədə iştirak edən ünvanını dəyişib məhkəməyə məlumat verən şəxslərə münasibətdə qeyd etmişdir ki, cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Lakin hazırkı ış üzrə məhkəmə tərəfindən cavabdehlərin rəsmi qeydiyyatda olduqları ünvana məhkəmə iclasının yeri və vaxtı barəsində bildiriş göndərilmişdir. Ona görə də, birinci instansiya və apellyasiya instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

23. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin kassasiya şikayətində istin ad etdiyi hallar tamamilə əsassız və qanunsuzdur. Tətbiq edilən hüquq Mülki Məcəllə 24. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 27. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 28.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şə klində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilm iş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şika yətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən də lillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

46. Cavabdehin kassasiya şikayətinin iddia müddətinin tətbiq edilməməsi dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində “kredit müqaviləsi uzrə iddia müddətinin ötürüldüyünü və iddia tələbinə iddia müddətinin tətbiq olunaraq rədd edilməli olduğunu” qeyd etmişdir.

47. Bununla bağlı qeyd edilməlidir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 09.2015-ci il tarixli, 762/15 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 28% ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Həmin kredi t müqaviləsinin icra müddəti xx.xx.2018-ci ildə bitmiş və iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmədən xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinə müraciət olunmuşdur.

48. Bundan başqa, iddiaçı tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə cavabdeh tərəfindən məhkəmə qərarı çıxarılanadək verilmiş ərizə əsasında tətbiq olunur. Lakin Salyan Rayon Məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməyinə baxmayaraq, yəni məhkəmə bildirişi xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə almasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

49. Apellyasiya instansiyası məhkəməsinə işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin hər hansı üzr lü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Bu isə həmin icraatda çəkişməyə imkan yaradılmaması ilə bağlı dəlilin əsassız olmasını təsdiq edir.

50. Borc məbləğinin düzgün hesablanmaması və ekspertiza rəyinin düzgün olmamasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, bunlar formal dəillər olmaqla mötəbər sübutlarla təsdiq olunmur.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1020/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar