Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-517/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-517/2019 04 fevral 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan «İddiaçı» ASC-nin vəkili X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2018-ci il tarixli 2(103)-8 456/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «İddiaçı» ASC-ti Cavabdeh qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 71.066,50 ABŞ dolları əsas, 6741,18 ABŞ dolları faiz, 4521,47 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 82.329,15 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus olan «Mercedes Benz ML63» markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və borcun ödənilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Məzahir Sadıqov) 21 fevral 2018ci il tarixli, 2(007)-139/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, 71066,50 ABŞ dolları əsas borc, 6741,18 ABŞ dolları faiz borcu, 100,0 ABŞ dolları dəbbə pulu (cərimə) olmaqla, cəmi 77.907,68 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus olan və banka ipoteka qoyulmuş ** GP *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz ML 63 minik» markalı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, məhkəmə xərcinin cavabdehə aid edilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışd ır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Rafael Eyvazov, hakimlər Sənan Hacıyev, Fuad Talışınkı) 14.08.2018-ci il tarixli 2(103)-8456/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(007)-139/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X5 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, m addi və prosessual hüquq normalarının tələbi pozulmuş, həm birinci instansiya, həmdə apellyasiya instansiyası məhkəmələri işə baxarkən iş üzrə əhəmiyyət kəsb edən faktlara hüquqi qiymət verməmişlər, qətnamə birtərəfli, yəni iddiaçı tərəfin maraqlarına uyğun qəbul edilmiş, iddiaçı məhkəməyə müraciət edərkən 27.12.2016-cı il tarixli, 02-07/8941-16 saylı arayış təqdim etmiş və ona əsasən ödənilmiş kredit və faiz məbləğlərini göstərməklə ödənilməmiş əsas, faiz borcu və dəbbə pulu hesablamış, lakin bankla cavabdeh arasında müqavilə bağlanarkən 08.04.2013-cü il tarixli 27/2013 saylı ödəniş cədvəlindəki kredit ödənişləri və faizlərinə baxdıqda arayışla cədvəl arasında ciddi fərqlər ortaya çıxmış, belə olan halda isə, cavabdehin borcu özündən asılı olmayan səbəbdən artırılmış, o isə bunu məhkəmədə sübut etmək hüququndan məhrum olmuşdur. Məhkəmələr işi tam, obyektiv və hərtərəfli araşdırmamış nəticədə yanlış qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən ləğv prosesində olan «İddiaçı» ASC-nin vəkili X3 apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparıldığını, sübutlara düzgün qiymət verildiyini qeyd edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8456/2018 nömrəli iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh və onun vəkili işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, cavabdehin vəkili K.Aşirov məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən mə hkəmə iclasında iştirak edə bilməyəcəyini, cavabdeh R.Mührabovun da işdən icazə ala bilmədiyi üçün prosesdə iştirak edə bilmədiyini göstərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Ərizəyə hər hansı bir sübut əlavə edilmədiyindən məhkəmə kollegiyası məhkəmə iclasının təxirə salınması barədə vəsatəti təmin etməmiş və Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında müvafiq kredit və ipoteka müqavilələrinin bağlanması, cavabdehə 60 ay müddətinə, illik 18 faiz hesablanmaqla 130000 ABŞ dolları kredit verilməsi, öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.01.2018-ci il tarixli 68 saylı rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin əsas borcu 71.090,49 ABŞ dolları, faiz borcu isə 9694,39 ABŞ dolları təşkil edir. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayət inin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək və Mülki Məcəllənin, 385.1, 386, 442, 439 və 739-ci maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Eyni zamandacavabdeh tərəfdən ABŞ dolları məbləğində ifadə olunan kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablamaqla məhkəmənin düzgün nəticəyə gəldiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın təl əb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425- ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədi yi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator borcun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir möt əbər sübut təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2018-ci il tarixli 2(103)-8456/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-517/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-517/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver