Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-517/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi, mülki hüquq pozuntusunda təqsir, sübutetmə) Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5097/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxxxx 2019-cu il tarixdə saat 22:00 radələrində Cavabdeh1 etibarnaməsiz idarə etdiyi Cavabdeh2 məxsus “xxx” yük markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 dairəsi istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “xxx” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobilin sol təkərinə dəydiyindən toqquşma baş vermiş, toqquşma nəticəsində “xxx” yük markalı avtomobil hərəkət istiqamətini dəyişməklə yolun kənarında olan fərdi yaşayış evinə dəymişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 yolnəqliyyat hadisəsi nəticəsində xə sarət alması faktı əsasında toplanmış HK-1/51 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, yol-nəqliyyat hadisəsini “xxx” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi zaman törətmiş X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. Tədqiqat zamanı alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, “xxx” markalı **-HR*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 8,5-11,9 metrdən kiçik olmasının müəyyən olunması şəraitində Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərə kətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır; hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 8,5-11,9 metrdən böyük olmasının müəyyən olunması şəraitində Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; Cavabdeh1 avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; “xxx” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomo bilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; xxx avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət təqibini həyata keçirən orqan tərəfindən alınmış məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı İsa oğluna məxsus ünvan 1qəsəbəsi, mədən 1, korpus 28, 24 nömrəli fərdi yaşayış evində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2352 manat məbləğində təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının əmlakına vurduqları 2352 manat məbləğində zərərin və dövlət rüsumu kimi ödədiyi 30 manatın, cəmi 2382 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində Cavabdeh1 idarə etdiyi “xxx” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi qəsəbəsində hərəkətdə olarkən baş vermiş yol-nəqliy yat hadisəsi nəticəsində iddiaçının ünvan 1, korpus 28-də yerləşən 24 saylı evinə dəymişdir. Nəticədə yaşayış evinə və evə bitişik tikiliyə zərər dəymiş, jalüz darvaza əzilərək yararsız vəziyyət düşmüş, evin hasarı uçurulmuş, tikilinin beton örtüyü zədələnmişdir. “xxx” markalı, **-HR*** dövlət qeydiyyat nişanlı yük avtomobili mülkiyyət hüququ ilə digər Cavabdeh2 məxsus olmuş, o, avtomobili idarə etmək üçün Cavabdeh1 etibarnamə verməmişdir. xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən “xxx” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Eləcə də, sürücü Cavab deh1 “xxx” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən baş vermiş yolnəqliyyat hadisəsi zamanı evində əmələ gələn qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2352 manat məbləğində müəyyən edilmişdir. İddiaçı evinə dəymiş zərərin əvəzini cavabdehlərdən tələb etsə də, sonuncular evində görülməli olan təmir-bərpa işlərini aparmaqdan və vurulmuş zərəri ödəməkdən yayınmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)1461/ 2020 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının əmlakına vurduqları 2352 manat məbləğində zərərin və dövlət rüsumu kimi ödədiyi 30 manatın əvəzinin, cəmi 2382 manat pulun alınaraq, X2 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası MM-in 21.1, 21.2, 1096, 1097.1 və 1108.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-1461/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il t arixli, 2(103)-5097/2020 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və F.F.Babayevdən ibarət tərkibdə) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-1461/2020 nömrəli qətnaməsi ləğv olunmuş, iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, “xxx” yük markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya məxsus fərdi yaşayış evinə dəyməsinə “xxx” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 törətdiyi yol-nəqliyyat hadisəsi səbəb olmuş, hadisənin törədilməsində məhz sonuncu təqsirli bilinmişdir. İddiaçının evinə “xxx” yük marka lı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirli hərəkəti nəticəsində ziyan dəydiyi faktı sübuta yetirilmədiyindən, bu ziyana görə cavabdehlərin mülki hüquqi məsuliyyətinin yaranması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-5097/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iş üzrə hər iki instansiya məhkəmələri nəticə verərkən ekspert rəyinə istinad etmişlər. Həmin rəy isə özlüyündə tam və dolğun olmamış, ekspert qarşısında qoyulmuş sualara alternativ cavab verilmişdir. Nəticədə Cavabdeh1 həm təqsirli, həm də təqsirsiz olması məsələsi meydana çıxmışdır. Halbuki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 təqsirli olmamasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə tam rədd olunduğundan və iddiaçı həmin qətnaməni tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin maddi və prosessual hüquq nomalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zər ərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyəti nin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tə ləb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırki işdə iddiaçıya yol-nəqliyyat hadisəsi nəticəsində zərəri n vurulması mübahisə olunmayan hal kimi müəyyən edilsə də, zərərin məhz cavabdehlərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. Əksinə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, yol-nəqliyyat hadisəsinin törədilməsində “xxx” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 təqsirli olmuş və cinayət təqibini həyata keçirən orqanı tərəfindən məhz sonuncunun inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Ekspert rəyinin alternativ olmasına dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası izah edir ki, həmin rəyə uyğun Cavabdeh1 təqsirli olmasına, yəni onun hadisənin qarşısını almağa texniki imkanının olmasına dair sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Beləliklə, məhkə mə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-50 97/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-517/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-517/2021
01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver