Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-517/2025 14.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Ali Məhkəməsi İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X1 ibarət hakimlərin qarışıq tərkibi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2264/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC-nin kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.20 19-cu il tarixli borc müqaviləsi və onun əlavələrinə əsasən 783015 manat məbləğin, 1074 manat ödənilmiş dövlət rüsumu, 300 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 784389 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçı fiziki şəxs İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Məhkəməsinin 2(009)-2264/2024 nömrəli iş üzrə 16 dekabr 2024-cü il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə ərizə rədd edilmişdir.
3. Cavabdeh MMC həmin qərardaddan kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Maddə 263.1. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəmə si tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
4. Hakimlərin qarışıq tərkibi iş materiallarını araşdıraraq belə qərara gəlir ki, şikayətin icraata qəbul o lunmasından imtina edilməli və iş şikayətlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə geri qaytarılmalıdır.
5. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2264/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPMnin 269.3-cü maddəsi müzakirə olunmadan şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir.
6. Halbuki həmin maddənin tələbinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqd an sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir.
7. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3cü maddəsinin tələbləri pozulmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə riayət edilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır.
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 269, 403-1.5, 404-1, 408.1-ci maddələrini rəhbər tutaraq QƏR ARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2264/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə riayət edilməsi üçün şikayət mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın.