Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5171/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, cavabdehin nümayəndəsi X1iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı bədbəxt hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindənverilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(002)-2956/2018, hakim T.Ə.Qurbanov)İddiaçı Cavabdeh MMC-yə qarşı bədbəxt hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2070/2019, sədrlik edən Z.Ə.Əliyev, hakimlər F.Ş.Talışinski, R.Ə.Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş,Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınamüraciət edərək şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası mə hkəməsi işə mahiyyəti üzrə baxarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmaqla, ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh MMC-yə qarşı bədbəxt hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən sağlamlığa vurulmuş zərərin əvəzi kimi 30.000 manat, əmək qabiliyyətinin itirilməsi və itirilmiş aylıq qazancın əvəzi kimi 50.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellya siya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə edilməyən hallarına görə İddiaçı 17.06.2014-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də qoşucu vəzifəsinə işə qəbul edilmişdir. 07.02.2017ci il tarixdə iş yerində istehsalat qəzası baş vermiş, nəticədə İddiaçı xəsarət almışdır. X2 tərəfindən yaradılmış təhqiqat komissiyasının qərarı ilə qanunvericiliklə nəzərdə tutulan qaydada akt tərtib edilmiş, həmin akt əsasında İddiaçı zərərçəkən şəxs kimi tanınmışdır. Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin rəyi ilə İddiaçı sağlaml ığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər aldığı təsdiqlənmişdir. Eyni zamanda, İddiaçı xəsarət alması faktı üzrə araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə 23.06.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Siyavuş Novruzov əmək qabiliyyətinin itirilməsinə və bu halın aldğı xəsarətdən əmələ gəlməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. H əmin Məcəllənin 81-ci maddəsi ilə sübutların mümkünlüyü əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə əlilliyin müəyyən edilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildi yi tarixdən əlilliyi olan şəxs hesab edilir. "Əlilliyin qiymətləndirilməsi qaydası"nın 1-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Deməli, iddiaçının əlilliyi, yəni “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərildiyi kimi, müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması,yalnız yuxarıda qeyd edilən orqan tərəfindən müəyyən edilərək təsdiq edilə bilər. Lakin, iddiaçı tərəfindən onun əmək qabiliyyətinin itirilməsi, yəni əlilliyini təsdiq edən sənədlər, o cümlədən bu halın aldığı xəsarət nəticəsində əmələ gəlməsinə dair məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən yalnız onun sağlamlığının pozulmasına səbəb olan istehsalat zədəsinin baş verməsini təsdiq edən akt təqdim edilmişdir ki, həmin sənəd də yuxarıda qeyd edilən Qaydalara əsasən istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxslərin peşə əmək qabiliyyətinin itirmə faizinin təyin edilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5171/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5171/2019
20.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver