Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5172/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qətnamənin qanuniliyinin apellyasiya şikayətinin dəlilləri həddində yoxlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(106)1343/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında sonuncuya 100000 ABŞ dolları məbləğdə kredit ayrılması barədə 17 aprel 2014-cü il tarixdə kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsində borcun faizləri və ödənilmə şərtləri göstərilməmişdir. 2. həmin kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh2 ilə 17 aprel 2014-cü ildə, Cavabdeh3 ilə 17 aprel 2014-cü ildə və Cavabdeh4 Talış oğlu ilə 13 avqust 2015-ci ildə zaminlik müqavilələri bağlanmışdır. 3, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 13.08.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsas ən sonuncuya 24 ay müddətinə aylıq 1,875 faizlə 25000 ABŞ dolları məbləğdə kredit verilmişdir. 4, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 yanvar 2016-cı il tarixli müqavilə əsasında 13.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş planına dəyişiklik edilərək son ödəniş müddəti 15.08.2017-ci il müəyyən edilmiş, daha sonra 09 dekabr 2016-cı il tarixli müqavilə ilə 15.01.2018-ci il müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 11393,15 ABŞ dolları əsas, 7742,74 ABŞ dolları faiz borcu, 3601,46 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22737,35 ABŞ dolları məbləğdə pulun tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir. 6, İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilə üzrə öhdəliklərini tam icra etməmiş və iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır.
7. Cəbrayıl Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(072)-60/2020 saylı qətnaməsi ilə (hakim Mehman Nuriyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə hesablanaraq 11393,15 ABŞ dolları kredit borcu, 7742,74 ABŞ dolları faiz borcu, 360 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19495,89 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmi şdir.
8. Məhkəmə gəldiyi nətcəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.2.1, 448.1, 472.1, 472.2, 501, 739.1 və 741-ci maddələrinə və iş üzrə keçirilmiş ekspertizanın rəyinə istinad etməklə əsaslandırmış, həmçinin hesab etmişdir ki, 3.601,46 ABŞ dolları məbləğində dəbbə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksəkdir və borclunun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olur. Ona görə də dəbbə pulu azaldılaraq 360 ABŞ dolları məbləğində müəyyən edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apelyasiya şikayəti üzrə aparılmış araşdırmaya uyğun olaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 29 aprel 2021-ci il tarixli, 2(106)-1343/2021 saylı qətnaməsi ilə (hakimlər İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və T.X.Heydərov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsinin kredit borcunun müştərək qaydada zaminlərdən tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çat dığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə hazırkı kredit müqaviləsinin müddəti 17.04.2016-cı il tarixdə başa çatdığından bundan sonra bir il ərzində kreditor zaminə qarşı idda irəli sürməmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminliyi bu müddətdən bir il sonra, yəni 17.04.2017-ci il tarixdə bitmiş olmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas götürməklə mülki iş materiallarını tədqiq edərkən iddia tələbinin Cavabd eh2, Cavabdeh3 və Cavabdeh4 qarşı təmin edilməsi üçün əsasların aradan qalxdığını müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid hissədə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iş üzrə mübahisəyə əsassız olaraq Mülki Məcəllənin 477.0.4-cü maddəsini tətbiq etmişdir. Belə ki, zaminin öhdəliklərinin qüvvədə olma müddəti məhkəmə tərəfindən nəzərə alınmamış və Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə üzrə müddət ilkin olaraq 2024-cü ilin aprelinə və 2025-ci ilin avqust ayına kimi müəyyən edilmişdir. Məhkəmənin qeyd olunan maddənin müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsi barədə gəldiyi qənaətlə bağlı bildirilir ki, iş materiallarına əlavə olunmuş 27 fevral 2018-ci il tarixli 002R15225G1129SC saylı sazişlə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı həmin sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş planına uyğun olaraq 04.05.2020-ci il tarixi müəyyən edilmişdir. Kreditor tərəfindən isə həmin öhdəliyin bitmə tarixindən 5 ay əvvəl yəni 10.12.2019-cu il tarixdə əsas borclu və zaminiərə qarşı iddia tələbi irəli sürərək məhkəməyə müraciət etmişdir. Məhkəmə kredit razılaşmasını və həmin razılaşmaya əlavə edilmiş sazişləri nəzərə alınmamış, düzgün təhlil və tətbiq etməmişdir. Belə ki, sözügedən maddənin 1-ci cümləsinin məzmununa görə, “zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir”. İddiaçı ilə cavabdehlər-zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə müddət müəyyən edilmiş və iddiaçı tərəfindən irəli sürülən tələb isə həmin müddətlər daxilində olmuşdur. Odur ki, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilən zaman Azərbaycan Respublikası MM- nin 477.0.4-ci maddəsinin pozuntusuna yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hü ququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
399. Müqavilənin qüvvəsi 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vi cdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin ed ilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsini qətnaməsi zaminlərə aid hissədə mübahisələndirildiyinə görə məhkəmənin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya şikayətinin dəlillərindən kənara çıxdığına görə qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissədə ləğv edilməli, Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 24 Məhkəmə kollegiyası, Cavabdeh3 qarşı iddianın təmin edilməməsi barədə gəlinən nəticənin qanunsuzluğu barədə kassasiya şikayətində qeyd edilən dəlillərə münasibətdə bildirir ki, həmin hissədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
25. L akin apelyasiya instansiyası məhkəməsi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissədə qətnaməni ləğv edərək onlara aid tələbin təmin olunmaması barədə nəticəyə gələrkən, apellyasiyanın hədlərindən kənara çıxmışdır.
26. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Onun digər cavabdehlərin adından apelyasiya şikayəti vermək səlahiyyəti olmamışdır.
27. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmə lə gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur.
28. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.
29. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.
30. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin di spozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
31. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir.
32. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bil ər, ərizəçinin maraqları ikinci plana kecirilə bilməz.
33. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
34. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
35. MPM-in 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikd ə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.
36. Bu müddəadan göründüyü kimi, qanunverici apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirir.
37. Baxılan işdə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Talış oğluna qarşı mübahisənin predmeti bölünməz deyil.
38. Mövcud vəziyyətdə qətnamənin ləğv olunmuş hissədə, yəni Cavabdeh2 və Cavabdeh4 aid hissədə yeni qərar çıxarılmasına və ya həmin hissədə yenidən baxıl ması üçün göndərilməsinə zərurət yoxdur.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(106)1343/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissədə ləğv edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.