Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5174/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin icrası tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4166/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti nə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-106/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia qismən təmin edilərək, İddiaçı Şirinbala qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 9cu döngəsində yerləşən 416 saylı evin həyətyani torpaq sahəsindən Cavabdeh ASC tərəfindən çəkilmiş kanalizasiya xəttinin və kanalizasiya quyusunun həmin torpaq sahəsindən çıxarılması və bu işlərin yerinə yetirilməsinin Cavabdeh ASC-nin üzərinə qoyulması, Cavabdeh ASC-dən İddiaçı Şirinbala qızının xeyrinə vurulmuş ziyanın əvəzi kimi 417 (dörd yüz on yeddi) manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissədə əsassız olduğundan təmin edilməməsi, Cavabdeh ASC-dən dövlət nəfi nə keçirilmiş məhkəmə-tikinti ekspertizasının əvəzi kimi 50 (əlli) manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4166/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.M.Həsənov), Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-106/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya siste mlərinin yenidən qurulması layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində yenidənqurma işləri qəsəbənin Heydərbəy Mahmudbəyov küçəsi ilə yanaşı onun yaşadığı ünvanda da aparılmış və mövcud kanalizasiya xətti inşa olunan yeni kanalizasiya xətti ilə əvəz olunmuşdur. Qeyd olunan layihə çərçivəsində yenidənqurma işləri, yəni mövcud kanalizasiya xətti inşa olunan yeni kanalizasiya xətti ilə əvəz olunarkən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakının-torpağının 3 sotu yararsız hala düşmüş və inşa olunan yeni kanalizasiya xəttinin altında qalmışdır. 20 ildir ki, həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. O, özü 2-ci qrup əlil və xərçəng xəstəsidir. Ömrünün sonuna nə qədər vaxt qaldığını, bundan sonra nə qədər yaşayacağını bilmir. Artıq 59 yaşı var, həyat yoldaşı Azəri Azər 2 də fə infarkt keçirib və 2-ci qrup əlildiir. Çox acınacaqlı bir şəraitdə yarayırlar. 15 ilə yaxındır ki, mülkiyyətində olan ünvan 2 ünvanında, yəni ona məxsus xüsusi mülkiyyətində olan evinin həyətyanı sahəsindən Badamdar qəsəbəsinin kanalizasiya xətti keçir və kanalizasiya quyusu yerləşir. Kanalizasiya quyusunun qapağı birbaşa onun həyətində yerləşmişdir. Kanalizasiyanın iyi, qoxusu, səsi ona və ailəsinə ciddi narahatlıq törədir. Dəfələrlə kanalizasiya xətti dolub, daşıb və onların həyətlərində üfunət, ciddi narahatlıqlar, problemlər yaradıb. Hazırda yaşadıqları Badamdar qəsəbəsində kanalizasiya xəttinin yenidən bərpası həyata keçirilir. Bundan əlavə evlərinin həyətindən keçən kanalizasiya lyukunun qapağı açıqdır. Layihəyə əsasən çəkilən kanalizasiya xətləri onların küçəsindən deyil, digər k üçədən keçməlidir. Həmçinin, digər küçədə yaşayan qonşular və aidiyyəti üzrə kanalizasiya idarəsinin rəhbərliyi bu səbəbdən yenidən həyətinə gələrək, onu məcbur etmişlər ki, kanalizasiya xətti onun həyətindən keçməlidir. 15 ildən çoxdur ki, evinin həyətində olan kanalizasiya xəttinin iyisindənqoxusundan əziyyət çəkir. Artıq səhhətləri də bu əzab-əziyyətləri çəkməyə yol vermir. Hətta bu layihənin icra edilməsində cavabdeh olan şəxslər qonşulara kompensasiya ödəmiş, lakin ona kompensasiya ödəməkdən imtina etmişlər. Dəfələrlə aidiyyəti orqanlara şifahi və yazılı müraciətlərinə baxmayaraq tədbir görülməmiş və ona kompensasiya ödənilməmişdir. Hesab edir ki, Cavabdeh ASC-nin qanunsuz hərəkətləri nəticəsində, yəni onun tərəfindən çəkilmiş kanalizasiya xətti və kanalizasiya quyusu mülkiyyətində ol an ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakından-torpağından çıxarılmalı, 15 ildən çox müddətdə kanalizasiya xətti və kanalizasiya quyusunun çəkilməsinə görə 3 sot torpağını yararsız hala saldığı üçün bunun əvəzi olaraq 15.000 manat və həmçinin 3 sot torpağını zəbt etdiyi üçün 150.000 manat kompensasiya ödənilməlidir. Ona məxsus ünvan 1 ünvanında yerləşən 3 sot torpağını zəbt etdiyi üçün dəyəri ədalətli şəkildə qabaqcadan ödənilmək şərti ilə dövlət ehtiyacları üçün alına bilər. Cavabdeh tərəfindən onun mülkiyyət hüquqları kobudcasına pozulmuşdur. Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində mülkiyyət hüququ haqqında şəhadətnamə ilə ona məxsus əmlak tikinti altına düşdüyündən kompensasiyanın ödə nilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməlidir. Yəni qanunvericiliyin tələbinə görə mülkiyyətində olmuş əmlakın hər sotu üçün 50.000 manat hesablanmaqla müəyyən edilməlidir. Bundan əlavə, bu növ işlərdə qanunun analogiyasını tətbiq edərək ona məxsus mülkiyyətində olmuş torpaq sahəsinin və onun üzərindəki tikilinin bazar qiymətinin 20 faizi miqdarında satınalma qiyməti də ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanunsuz hərəkətləri nəticəsində, yəni onun tərəfindən çəkilmiş kanalizasiya xətti və kanalizasiya qoyusu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakından-torpağından çıxarılmalı, 15 ildən çox müdddətə kanalizasiya xətti və kanalizasiya quyusunun çəkilməsinə görə 3 sot torpağını yararsı z hala saldığı üçün bunun əvəzi olaraq 15.000 manat, 3 sot torpağını zəbt etdiyi üçün 150.000 manat kompensasiya və həmçinin daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalınma qiymətinə əlavə haqq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şi kayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası tərəflər arasındakı həqiqi münasibətlərə və faktlara əsaslanmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edi lməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəç əkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-12286H seriyalı, KOD 00400016 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri 41 saylı X4 xx.xx.2004-cü il tarixli 4Ə/3-389 saylı alqı-satqı müqaviləsi ilə satılmış Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X1 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ba kı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngədə yerləşən 416 saylı ev X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Səbail rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, hal-hazırda Cavabdeh ASC tərəfindən Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi həyata keçirilir. Yenidən qurma işləri çərçivəsində qəsəbənin Heydərbəy Mahmudbəyov küçəsində inşa olunan yeni kanalizasiya xəttinin Cavabdeh ASC-yə məxsus mövcud və istismarda olan kanalizasiya xəttinə birləşdirilməsi məqsədəuyğun hesab edilmişdir. Gələcəkdə baş verəcək qəzaların aradan qaldırılması məqsədilə mövcud kanalizasiya xəttinin yenisi ilə ə vəz olunması qərara alınmışdır. Məlumat üçün bildirirlər ki, İddiaçı və həyat yoldaşının iştirakı ilə Səbail rayon Sukanal İdarəsinin, podratçı şirkəti “xxxx” MMC və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən əraziyə baxış keçirilmişdir. Baxış nəticəsində məlum olmuşdur ki, həyətindən D400 asbest-sement kanalizasiya xəttinin bir hissəsi keçir və bu xəttin üzərində kustar üsulla bir quyu tikilmiş və evin kanalizasiya xətti həmin quyuya birləşdirilmişdir. Alternativ variantların mümkün olmadığı aşkarlanmış və onun razılığı ilə həyətin hasarı sökülmüş (sonrakı əvvəlki vəziyyəti bərpa olunmuşdur), mövcud kanalizasiya xəttinin bir hissəsi, o cümlədən həyətdəki xətt, yenisi ilə əvəz olunmuşdur. Yeni inşa edilən kanalizasiya xəttinin qüsursuz işləməsi məqsədilə onun razılığı ilə hə yətdəki kanalizasiya quyusunun da yenisi ilə əvəz olunması üçün hazırlıq işlərinə başlanmışdır. Lakin məlum olmayan səbəblərdən sonradan İddiaçı fikirləri dəyişmiş və yeni quyunun inşası yarımçıq qalmışdır. Hal-hazırda həmin ərazidə tikinti-quraşdırma işləri yekunlaşmış və evlər yeni inşa edilmiş su təchizatı və kanalizasiya sisteminə qoşulmuşlar və bu yaranmış problemlərə görə ərazinin qazılmış yerlərində asfalt örtüyünün bərpası hələ də təmin olunmamışdır. Qeyd olunanları nəzərə alaraq kustar üsulla tikilmiş kanalizasiya quyusunun yerində yeni quyunun tikilməsi işlərinin davam etdirilməsinə şərait yaradılması tövsiyyə olunmuşdur. Əks halda yeni inşa edilən kanalizasiya sistemində baş verəcək qəzalara görə məsuliyyət İddiaçı üzərində qalacaqdır. İş materiallarında olan məhkəmə tikinti-tex niki ekspertizasının xx.xx.2019-cu il tarixli 17801 №-li rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanının həyətyanı torpaq sahəsindən kanalizasiya xətti keçir və həmin ərazidə kanalizasiya quyusu mövcuddur. Həmin torpaq sahəsindən keçən kanalizasiya xətti və kanalizasiya quyusunun mövcudluğu iddiaçının istifadəsində olan torpaq sahəsində çalanın yaranmasına səbəb olmuşdur. Həmin çalanın doldurulması üçün görüləcək təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 417,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahə də tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması ilə əlaqədar torpaqlar dövlət ehtiyacları alına bilər. Həmin Qanunun 4.1-ci madəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edi lmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi kanalizasiya xətti çəkilərkən dövlət ehtiyacları üçün alınmadığından və buna görə iddiaçıya hər hansı kompensasiya ödənilmədiyindən, iddiaçı həmin kanalizasiya xəttinin mülkiyyətindəki torpaq sahəsindən çıxarılmasınə tələb etməkdə tam haqlıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, tərəflər arasındakı həqiqi münasibətlərə və faktlara əsaslanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və t ərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4166/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5174/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5174/2020
03.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver