Məhkəmə qərarları › İş №2(102)-5176/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5176/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5176/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(104)-550/2020 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim, İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, pul tələbi, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi, evdə qeydiyyatda olan şəxslərin evdən istifadə hüququnun ləğv edilməsi və çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 mart 2015-ci il tarixli ƏH/2200 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 12741.0 ABŞ dolları əsas borc, 3879.0 ABŞ dolları faiz borcu, 500.0 ABŞ dolları cərimə olmaqla, cəmi 17120.0 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30.0 manat dövlət rüsumunun tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın 05 mart 2015-ci il tarixli 64 saylı ipoteka müqaviləsinə əsasən t am mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmış məxsus ünvan 1 ünvanında istifadədə olan 0.04 ha torpaq sahəsində yeləşən 1 mərtəbəli, 4 otaqlı, 199.4 kv.m ümumi, 93.6 kv.m yaşayış, 105.8 kv.m köməkçi sahədən ibarət 144 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması ilə borcun ödənilməsinə, evdə qeydiyyatda olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin evdən istifadə hüquqlarına xitam verilməsi və ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirabov, iş № 2(043)-50 8/2017) iddia tələbi qismən təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 mart 2015-ci il tarixli ƏH/2200 №-li kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 mart 2015-ci il tarixli ƏH/2200 №-li kredit müqaviləsinə əsasən 12741.0 (on iki min yeddi yüz qırx bir) ABŞ dolları əsas borc, 3879.0 (üç min səkkiz yüz yetmiş doqquz) ABŞ dolları faiz borcu, 50.0 (əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 16670.0 (on altı min altı yüz yetmiş) ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə ödənilməsi şərtilə alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, Cavabdeh1 iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi ilə əlaqəd ar ödənilmiş 30.0 (otuz) manat dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, 05 mart 2015-ci il tarixli ƏH/2200 №-li kredit müqaviləsi üzrə cəmi 16670.0 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə ödənilməsi və 30.0 manat dövlət rüsumunun ödənilməsi "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında istifadədə olan 0.04 ha torpaq sahəsində yeləşən 1 mərtəbəli, 4 otaqlı, 199.4 kv.m ümumi, 93.6 kv.m yaşayış, 105.8 kv.m köməkçi sahədən ibarət 144 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 50000.0 (əlli min) manat müəyyən edilməsi, evin satışından əldə olunan puldan 16670.0 (on altı min altı yüz yetmiş) ABŞ do lları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə ödənilməsi şərtilə və 30.0 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, evin satış pulundan qalan hissəsinin Cavabdeh2 qaytarılması, fərdi yaşayış evi satıldıqdan sonra, ən geci 1 ay müddətində ünvan 1, 144 №-li fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Bayramov (sədrlik edən və məruzəçi), R.Mamedov, Ə.Abdullayev) Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(043)-508/2017 saylı qətnaməsi qismən, yəni faiz borcunun məbləğinə aid hissədə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissədə dəyişdirilməsi, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulacaq faiz üzrə borcun məbləği 2660.77 (iki min altı yüz altmış ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 199.4 kv.m ümumi, 93.6 kv.m yaşayış, 105.8 kv.m köməkçi sahədən ibarət 144 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti dəyişdirilərək, 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pulun iddiaç ı və cavabdehlərdən müştərək qaydada alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, m/h Az41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(104)-550/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. 4 08.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci madd əsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddəti ndə kasasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kasasiya şikayəti müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. İşdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(104)550/2020 nömrəli qətnamənin surətini cavabdeh 29 fevral 2020-ci il tarixdə poçt vasitəsilə qəbzi imzalamaqla qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2(104)-550/2020 nömrəli qərardadı ilə Cavabdeh4 kasasiya şikayəti tərtib edilməsi üçün dövlət hesabına vəkillə təmin olunmuşdur. Qeyd olunan qətnamədən kasasiya şikayəti 25 yanvar 2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Ali Məhkəməni Mülki Kollegiyasının 06 apre l 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilməmişdir. Тəkrar 16 iyun 2021-ci il tarixdə kasasiya şikayəti verilmişdir. Lakin bu vəziyyətdə nəzərə alınmalı idi ki, cavabdeh tərəfindən artıq birinci kassasiya şikayəti verilərkən müddət ötürülmüşdür. Bundan əvvəl edilmiş müxtəlif prosessual hərəkətlər isə artıq bitmiş müddətin hər hansı əsasla buxarılmamış hesab edilməsi üçün imkan yaratmır. Bu halda işin yenidən kassasiya məhkəməsinə göndərilməsi yalnız kassasiya şikayəti verən şəxsin eyni zamanda vermiş olduğu müddətinin bərpasına dair vəsatətinin təmin olunması halında mümkün ola bilədi ki, hazırkı işin halları baxımından isə belə vəsatətin verilməsi və məhkəmə tərəfindən təmin olması müəyyən edilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, kassasiya şikayəti q anunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(104)-550/2020 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar