Məhkəmə qərarları › İş №2(102)-5177/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5177/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5177/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Vəkil1, Cavabdeh1 vəkili Cəfərov Fərman Dəmir oğlunun, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh3, onun vəkili X6 iştirakları ilə, İddiaçı və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(103)-3238/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(003)-712/2019 saylı qətnaməsi ilə (hakim H.İ.Hüseynli) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab olunması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 19.10.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komit əsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, *** saylı bağ evinin alınması məqsədi ilə ödənilmiş 105.000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(103)3238/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(003)-7 12/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və alqısatqı müqaviləsinin onunla bağlanmış hesab olunması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə q arşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən *** saylı bağ evinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair sənədin ləğv olunması və 19 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab olunması barədə qətnаmə çıхаrılmаsını хаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, *** saylı bağ evini almaq üçün evin mülkiyyətçisi Cavabdeh2 və onun oğlu Cavabdeh3 ilə danışıqlar aparmış və nəticədə onlar həmin bağ evinin alqı-satqısına dair razılığa gəlmişlər. Onlar bağ evinin 105.000 ABŞ dolları məbləğində alqı-satqısına razılaşmışlar. Həmin puldan 5000 ABŞ dollarını nəqd ödəmiş, qalan 100.000 ABŞ dollarını isə Rusiya Federasiyasından Cavabdeh2 oğlu Cavabdeh3 bank vasitəsilə göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 qeyri-qanuni olaraq həmin bağ evini Cavabdeh2 alqı-satqı müqaviləsi ilə öz adına almış və öz mülkiyyətinə keçirmişdir. Həmin müqavilə etibarsızdır, çünki əsl alıcı o idi və pulları bağ sahibinə o ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətna məsinin ləğv edilib AN-İ№ ******* saylı,19 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, *** saylı bağ evinin Cavabdeh1 adına qeydiyyatdan keçməsi barədə sənədin ləğv edilməsi və AN-İ№ ******* saylı,19 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin İddiaçı ilə bağlanmış hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işə qeyri-qanuni baxmaqla iddiaçının hüquqlarını pozmuş, 19 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin sadəcə adını çəkməklə və həmin müqavilənin tarixini yazmaqla kifayətlənmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Cəfərov Fərman Dəmir oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh3 və onun vəkili X8 ədalətli qərar qəbul edilərək məsələnin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll olunmasını xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Bakı şəhəri 7 saylı Notariat Kontorunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin nümayəndələri üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Vəkil1, Cavabdeh1 vəkili Cəfərov Fərman Dəmir oğlunun, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh3, onun vəkili X6 izahatl arını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əs asında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh2 19 oktyabr 2017-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi *** saylı bağ evini Cavabdeh1 Ağabağır oğluna 50.000 manata satmışdır. Cavabdeh1 Ağabağır oğlu 29.11.2017-ci il tarixdən həmin bağ evinə mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. İş materiallarında olan pul köçürmə sənədlərindən görünür ki, “Zolotaya korona” pul köçürmə sistemi vasitəsilə Rusiyadan 25.08.2010-cu il tarixdən 30.03.2012-ci il tarixə kimi müxtəlif vaxtlarda İddiaçı, X1, X4, X7 və X3 adından Cavabdeh3 adına bir dəfə 4900 ABŞ dolları, 19 dəfə isə 5000 ABŞ dolları olmaqla cəmi 99.900 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarından görünür ki, İddiaçı 22.12.2018-ci il tarixli notarial qaydada ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 937B saylı bağ evinin onun razılığı ilə Cavabdeh3 tərəfindən Cavabdeh1 satıldığını, buna qarşı heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Hazırkı iş üzrə məhkəmə baxışının gedişində iddiaçı 22.01.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş, həmin ərizə əsasında iş üzrə icraata xitam verilmiş, daha sonra həmin qərardad iddiaçının müraci əti əsasında ləğv edilmişdir. 14.02.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən Əhmədov Fərhad Ağabağır oğluna bağışlanmışdır. Hazırkı mübahisə edilən alqı-satqı müqaviləsinin bağlanması zamanı qanunvericiliyin tələbləri gözlənilmişdir. İddiaçının evin dəyəri kimi pulu ödəməsi əqdin etibarlılığını şübhə altına almır. Bundan başqa iddiaçı notarial qaydada ərizə verərək həmin evin onun razılığı ilə Cavabdeh1 satıldığını bildirmiş, hətta vurğulamışdır ki, bu barədə bir daha iddiası olmayacaqdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia əsassız olduğundan, rədd edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi evin dəyərinin məhz iddiaçı tərəfindən ödənilməsi nəticəsinə gəlsə də, heç bir hüquqi əsas olmadan qeyd etmişdir ki, bu əqdin etibarlılığını şübhə altına almır. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi yalnız formal mülahizələrə əsasən qeyd etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışının gedişində iddiaçı 22.01.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş, bundan sonra 14.02.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi əsasında digər b aşqa bir ev, yəni Bakı şəhəri, Şağan qəsəbəsi, Mirzəağa Əliyev küçəsi,1-ci döngə, ev 30 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən Əhmədov Fərhad Ağabağır oğluna bağışlanmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələblərinin hüquqi əsaslarına qiymət verməyərək, iddiadan imtinanın yenidən əsaslarını araşdırmışdır ki, bu da qanuna ziddir. Belə ki, qətnamənin özündə qeyd olunduğu kimi iddiadan imtinanın qəbul edilməsi haqqında qərardad sonradan iddiaçının müraciəti əsasında ləğv edilərək öz hüquqi qüvvəsini itirmişdir. Apelyasiya instansiyası məhkəməsi faktiki olaraq bu nəticəyə gəlmişdir ki, tərəflər arasında sonradan razılıq əldə olunaraq mübahisələndirilən evlə başqa evin dəyişdirilməsinə dair razılıq əldə olunmuşdur. Lakin bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin maddi hüquqi əsasını göstərməmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəflər arasında evlərin dəyişdirilməsinə dair işin faktiki hallarını tam araşdırmadan düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, kassasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli, 2(003)-3348/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdehlər Akhmedov Farkhad Agabagır oğluna və Bakı şəhəri 07 saylı Notariat Kontoruna qarşı onunla Akhmedov Farkhad Agabagır oğlu arasında 14 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Şağan qəsəbəsi, Mirzəağa Əliyev küçəsi, 1-ci döngə, ev 30-a dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın və həmin ünvanda yerləşən 0.05465 ha torpaq sahəsinə dair Akhmedov Farkhad Agabagır oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir.Həmin qətnamə ilə kassa mədaxil orderlərinə əsasən müəyyən edilmişdir ki, digər mübahisələndirilən evin alınması üçün İddiaçı tərəfindən 10.04.2007-ci il tarixdən 17.08.2007-ci il tarixədək bank vasitəsi ilə 88.600 ABŞ dolları Mübarizə və onun arvadı Vüsaləyə göndərilmişdir. Həmin qətnamədən görünür ki, cavabdeh Əhmədov Fərhad Ağabağır oğlunun nümayəndəsi kimi İddiaçı və Vəkil1 iştirak etmişlər. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən “Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslə rə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir”. Lakin apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələbinə tam əməl etməmiş və nəticədə işin faktiki hallarını tam araşdırmadan yuxarıda qeyd olunan qətnamənin mövcudluğunu müəyyən etməmişdir. Bundan əlavə, Bakı şəhəri 07 saylı Xüsusi Notariat Kontoru tərəfindən təqdim olunmuş notariat işində Cavabdeh1 tərəfindən həmin Notariat Kontoru tərəfindən qeyd olunan bankın depozit hesabına bağ evinin dəyəri kimi mübahisəli müqavilədə göstərilən (38.000 və 12.000) pul vəsaitinin ödənilməsini rəsmi təsdiq edən kassa mədaxil və məxaric qəbzləri mövcud deyildir. Lakin apelyasiya instansiyası məhk əməsi tərəfindən bunun səbəbləri aydınlaşdırılmamış, bunun nəticəsi olaraq işə baxmış hakimlər tərəfindən təqdimat verilib-verilməməsi məsələsi müzakirə edilməmişdir. Belə ki, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanunun 98-ci maddəsinə əsasən hakimlər qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək hüququna malikdirlər. Bununla əlaqədar həmçinin təqdim olunmuş notariat işində mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən alıcının fotoşəkili qeyd olunan müqavilədə öz əksini tapsa da, amma satıcının fotoşəkilinin olmamasının səbəbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəll əsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı m ünasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımında n düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(103)-3238/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar