Məhkəmə qərarları › İş №2(102)-5177/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5177/2021

09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5177/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-260/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Füzuli rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh törətdiyi cinayət əməli ilə ona vurulmuş ümumi dəyəri 17.134,00 (on yeddi min yüz otuz dörd) manat maddi ziyanın əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çı xarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-946/2020 saylı, 02 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilərək Cavabdeh vurduğu maddi ziyanın əvəzi 17.134,00 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-260/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-946/2020 saylı, 02 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətində apellyasiya məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nəd ən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Maddə 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.- 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tə ləblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.5-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.5, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRA RA ALDİM: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-260/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar