Məhkəmə qərarları › İş №2(102)-5178/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5178/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5178/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh vəkili Feyzullayev Xəyal Yusif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2409/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(001)1063/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.H.Qasımov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2(103)-8605/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov, F.F.Babayev) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(001)- 1063/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli, 2(102)-7343/2019 saylı qərarı ilə (hakimlər G.A.Quliyev (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev, T.A.Qoldman) İddiaçı kassasiya şi kayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2409/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), X.A.Cəmilova, İ.K.Xəlilov) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli 2(001)- 1063/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 105.000 manat məbləğində əsas borc, 47.250 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 152.250 manat m əbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 105.000 manat məbləğində borc almış və həmin borcu 15 oktyabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hal-hazıradək həmin borc məbləği iddiaçıya qaytarılmamışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin lə ğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Feyzullayev Xəyal Yusif oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini m əhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Feyzullayev Xəyal Yusif oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələ binə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş material larından görünür ki, 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 105.000 manat məbləğində borc almış və həmin borcu 15 oktyabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. -377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axım ı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında imperativ qaydada qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə kredit müqaviləsində icra müddəti müəyyənləşdirildiyindən id dia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən həmin tarixlərdən başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, kredit müqaviləsi üzrə iddia müddəti 15.10.2018-ci il tarixdə bitdikdən sonra iddiaçı 19.10.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə vermişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit münasibətl ərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırkı mübahisə üzrə iddia müddətinin axımı bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İş materiallarından görünür ki, iddiaçı tərəf iddia müddətinin axımının kəsilməsinin təsdiqi kimi cavabdehin borcu etiraf etməsini əks etdirən mesajlara istinad etsə də, apelyasiya qaydasında təkrarən işə baxılarkən verdiyi izahatında İddiaçı həmin mesajların 105.000 manat məbləğində borca aidiyyətinin olmadığını, həmin mesajların 47.000 ABŞ dolları məbləğində borcla bağlı olduğunu bildirmişdir. Bundan əlavə, iş materiallarında həmin mesajların 01 oktyabr 2015-ci il tarixli müqavilə ilə bağlı olmasını təsdiq edən heç bir sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 01 oktyabr 2015-ci il tarixli müqavilə bağlandıqdan sonra 47.000 manat pulun qaytarılması barədə cavabdehin yazılı etirazındakı dəlillə bağlı İddiaçı izahatında göstərmişdi ki, cavabdehin bildirdikləri həqiqətə uyğun deyil, cavabdeh 105.000 manat borcdan ona ümumiyyətlə heç bir ödəniş etməmişdir. 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin Cavabdeh qalan nüsxəsində yazılmış və imzalanmış “Mən İddiaçı hal-hazırda Qəhrəman müəllimin mənə ödədiyi 47000$” sözlərinin isə 01 oktyabr 2015-ci il tarixli müqaviləyə aidiyyəti yoxdur. Həmin 47.000 ABŞ dolları onların arasında şifahi qaydada bağlanmış başqa bir borc müqaviləsi ilə bağlıdır. Qeyd olunan xüsusatla bağlı cavabdehin nümayəndəsi Xəyal Feyzullayev isə izahatında bildirmişdir ki, qeyd olunan 47.000 ABŞ dolları 15 oktyabr 2015-ci il tarixədək İddiaçı ödənilmişdir. Həmin dövrdə 1 ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi 1 manat 05 qəpik olduğuna görə tərəflər 47.000 ABŞ dollarını təxminən 47.000 manata bərabər götürmüşlər. Borcun 15 oktyabr 2015-ci il tarixədək geri qaytarılması barədə Cavabdeh apelyasiya məhkəməsinə təqdim etdiyi 20 iyun 2019-cu il tarixli etiraz və izahatında da qeyd etmişdir. Beləliklə, apelyasiya qaydasında yenidən işə baxılarkən cavabdeh tərəfindən iddia müddətinin axımının kəsilməsinə səbəb olan borcun etiraf edilməsini göstərən hərəkətlər etməsi sübuta yetirilməmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndəri lmiş mesajların tərəflər arasında bağlanmış 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi ilə bağlı olması təsdiq olunmadığından, habelə müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən həmin müqavilə üzrə hər hansı ödənişlərin edilməsi müəyyən olunmadığından apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi əsasına görə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası m əhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan s axlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2409/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar