Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5178/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar X5 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5178/21 (Açar sözlər: su axıdılması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, ekspert rəyi) Bakı şəhəri, 25 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İddiaçılar X5 və İddiaçı1 Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 2(104)-207/2021 nömrəli,13 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları
1. İddiaçılar ər-arvaddırlar. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev, 6 mənzil 13 İddiaçı1 adına mülkiyyət hüququ ilə qeydə alınıb. İddiaçıların mənzili ikinci mərtəbədə yerləşir.
2. Cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev, 6 mənzil 15-in mülkiyyətçisidir. Cavabdehin mənzili üçüncü mərtəbədə yerləşir.
3. Mübahisə cavabdehin mənzilindən iddiaçıların yaşadıqları mənzilə dəymiş ziyan və həmin ziyanın ödənilməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar iddia ərizəsi ilə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsi nə müraciət edərək, cavabdehdən mənzilin təmiri üçün 3000 manat maddi, 500 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunu və 50 manat vəkil xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıların mənzilinə cavabdehin mənzilində yaşayan kirayəçi tərəfindən mütəmadi olaraq su axıdılır.
6. Növbəti dəfə 03 oktyabr 2018-ci ildə iddiaçıların mənzilinə su axıdılıb.
7. İddiaçılar cavabdehdən buna son qoyulmasını xahiş etsələr də, nəticəsi olmayıb.
8. Usta mənzilin təmiri üçün 3000 manat vəsait lazım olduğunu bildirib.
9. Bundan əlavə, su axıdılanda iddiaçıların əşyaları xarab olub, iddiaçılar uzun müddət rütubətli evdə yaşayıb, xəstəliyə tutulublar.
10. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri nə istinad etmişlər.
11. Birinci instansiya məhkəməsi dəymiş ziyanın məbləğin müəyyən etmək məqsədilə 10 dekabr 2018-ci il tarixli qərardadla iş üzrə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il tarixli 205 saylı rəyinə əsasən, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 6 saylı evin 13 saylı mənzilinə həmin evin 15 saylı mənzilindən su axmışdır. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 6, 15 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmayıb və bu səbəbdən 13 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmayıb. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 6, 13 saylı mənzilin mətbəx tikilisinin tavanı və divarları üzərində sarımtıl su sızma ləkələri, döşəmənin boyasının qabarması kimi h allar var. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 6, mənzil 13-də yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 1577.0 manat məbləğindədir. su sızması nəticəsində mənzildə olan əşyalara dəymiş ziyanla bağlı məlumat olmadığından, dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmayıb.
13. Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 2(044)-312/2019 nömrəli, 07 avqust 2019-cu il tarixli, qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1577 manat və dövlət rüsumu kimi 30 manatın tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, Cavabdeh ekspertiza tədqiqatının xərci olan 100 (bir yüz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçiri lməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Gündüz Şirinov)
14. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh qızına məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 6, 15 saylı mənzildən iddiaçılar X5 və İddiaçı1 yaşadıqları Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 6, mənzil 13-ə su axıdılması nəticəsində iddiaçıların yaşadıqları mənzilə 1577.00 manat məbləğində maddi ziyan dəymişdir.
15. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçıların əmlakına vurulmuş zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır.
16. Dəymiş zərərin məbləğini birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən müəyyən etmişdir.
17. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 1097.1, 1108.1 və 11 08.2-cu maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.
19. Apellyasiya şikayətinin dəlillər: - məhkəmə baxışında cavabdehin iştirakı təmin edilməyib; - ekspert rəyi düzgün deyil, ekspert onun mənzilinə baxmayıb; - qeyd edilən mənzildə yaşamır, mənzildə kirayəçi yaşayıb.
20. Apellyasiya məhkəməsi 12 noyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Lakin mənzilə baxış təmin edilmədiyi üçün ekspertiza keçirilməsi baş tutmamışdır.
21. Apellyasiya məhkəməsi 03 noyabr 2020-cu il tarixli qərardadı ilə iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını X3 həvalə etmişdir.
22. X2 15 fevral 2021-ci il tarixli məktubuna əsasən ekspertiza keçirilməsi baş tutmamış və səbəb kimi Cavabdeh ilə əlaqə saxlanıldığı, ona ekspertiza xidmətinin ödənişli olduğunun bildirildiyi, lakin cavabdeh tərəfin müxtəlif bəhanələr gətirərək ekspertizasının keçirilməsindən imtina etdiyi göstərilmişdir.
23. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-207/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli, 2(044)- 312/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1577 (bir min beş yüz yetmiş yeddi) manat v ə dövlət rüsumu kimi ödənilmiş 15 (on beş) manat pulun tutularaq iddiaçılar X4 və İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə ekspertiza tədqiqiatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul vəsaitinin Cavabdeh aid edilməsi qət edilmişdir. (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəşad, Mamedov)
24. Apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Çünki birinci instansiya məhkəməsi prosesin çəkişmə prinsipi əsasında aparılmasını təmin etməmiş, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda, bunu etməmişdir. Cavabdeh məhkəmə icla sının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Apellyasiya şikayəti bu xüsusat baxımından qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
25. İddia tələbi ilə bağlı apellyasiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 6, 13 saylı mənzilə cavabdehin mənzilindən su sızması nəticəsində ziyan dəymişdir.
26. Apellyasiya məhkəməsi qeyd edib ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla d a ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. İşin faktiki hallarına görə də cavabdehin iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıması müəyyən olunmuşdur.
27. Apellyasiya məhkəməsi cavabdehin təkrar ekspertiza tədqiqatında iştirak etməməsini əsas götürərək MPM-nin 97.5-ci maddəsinin nəticələrinin tətibiqini mümkün sayıb. Çünki məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi cavabdehin baxışın keçirilməsi üçün şərait yaratması və zəruri olan vəsaiti ödəməsindən asılı olduğu halda, cavabdeh buna şərait yaratmamış və vəsaiti ödəməkdən yayınmaqla ekspertiza keçirilməsini mümkünsüz etmişdir.
28. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 97.5-maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, əlavə olaraq göstərilib ki, X1 cavabdehə zəng olunub, cavabdeh xəstə olduğu üçün müalicəsi başa çatanadək ekspertizanın keçirilməsi üçün ekspertin gözləməsini xahiş etmişdir. Lakin xahişi nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları
31. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil kass asiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, ə mlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
38. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlillərini əsaslı sayıb.
39. İddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi barədədir.
40. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından da görünür ki, İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbə si, ev 6, 13 saylı mənzilə cavabdehin mənzilindən su sızması nəticəsində ziyan dəymişdir.
41. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normaları işin hallarına uyğun omuşdur. Çünki həmin normaların dispozitiv şərtləri iddianın təmini üçün əsas vermişdir.
42. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 24-27-cü bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən kassasiya şikayətində göstərilən həmin dəlillərə əlavə qiymət verməyə zərurət görmür.
43. Məhkəmə kollegiyası cavabdehin ekspertizada iştirak etməməsi ilə bağlı dəlillərini qəbul etmir. İşdən görünür ki, cavabdeh apellyasiya şikayətində məhz ekspertiza tədqiqatında iştirak etməməsini göstərd iyi üçün apellyasiya məhkəməsi təkrar ekspertiza təyin etmiş, cavabdeh təkrar ekspertizada da iştirak etməmişdir. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 95.7-ci maddəsinin tətbiqi və birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın rəyinə istinad edilməsi düzgün olmuşdur.
44. Məhkəmə kollegiyası cavabdehin ekspertizada xəstəliyi səbəbindən iştirak etməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini və bunun təsdiqi kimi kassasiya şikayətinə əlavə etdiyi sənədləri qəbul etmir. Çünki işdən görünür ki, cavabdeh sonuncu məhkəmə iclasında iştirak etmiş, cavabdehin ekspertizadan imtina etməsi barədə X2 məlumatı həmin iclasda elan edilmiş, cavabdeh həmin məktuba etiraz olaraq hazırda kassasiya şikayətində qeyd etdiyi dəlilləri və sənədləri a pellyasiya baxışında təqdim etməmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-207/2021 nömrəli,13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.