Məhkəmə qərarları › İş №2(102)-5178/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5178/2022

27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5178/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi 27.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(105)-702/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına gör ə İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh ) arasında olan razılaşmaya görə onlar birgə fəaliyyət əsasında avtomobil ticarəti ilə məşğul olublar, Onların razılaşmasına əsasən avtomobillərin alınması üçün zəruri olan pul vəsaiti iddiaçı tərəfindən ABŞ-da olan cavabdehə göndərilməli, sonuncu tərəfindən həmin ölkədə (o cümlədən hərrac vasitəsilə) satılan avtomobillər müvafiq şirkətlər vasitəsilə alınaraq Azərbaycana göndərilməli idi. Göndərilmiş avtomobillərin qəbul edilməsi, rəsmiləşdirilməsi və satışının təşkil edilməsi iddiaçı tərəfindən həyata keçirilib. İddiaçı, birgə fəaliyyət üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu iddia edərək, aşağıdakı tələbləri irəli sürüb: 28 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 36 ay mü ddətinə illik 18 faiz olmaq şərti ilə 26.000 avro kredit verilib. 11 sentyabr 2012-ci il tarixli ipoteka (girov) müqaviləsinə əsasən "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 28 yanvar 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, istifadədə olan 0.1553 ha torpaq sahəsində yerləşən 13 saylı binanın 2 otaqlı ümumi sahəsi 47.6 kv.metr olan 100 saylı mənzil ipoteka qoyulub. “Ödəniş tapşırıqlarının surətinə” əsasən X1 tərəfindən iddiaçıya ümumilikdə 796.082 ABŞ dolları pul göndərilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 733.589 ABŞ dolları məbləğində ziyanın tutulub ona ödənilməsi barədə qətnamə çı xarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, ilkin dövrdə 36.000 ABŞ dolları pulunı cavabdeh, 121.800 ABŞ dollarını isə o, özü qoyub. Onlar ABŞ-dan hərraclardan iki cür avtomobillər gətiriblər. Bunun bir hissəsi təzə avtomobillər və digər hissəsi isə yüngül təmirə ehtiyacı olan avtomobillər olub ki, onu burda təmir edib realizə edirdilər. Ayrı-ayrı şəxslərin sifarişinə əsasən gətirilən avtomobillərdən komissiyon haqqı alırdılar. 2012-ci ildə cavabdehə cəmi 796.082 ABŞ dolları göndərmişdir ki, bundan 1.082.286 ABŞ dolları müştərilərə məxsus pul vəsaiti olub. Qalan 211.626 ABŞ dolları isə onun vəsaiti olub. Həmin pula ABŞ-dan 60 ədəd müxtəlif avtomobillər gətiriblər. Həmin avtomobillərə cavabdehin sənədi olmayan məlumatına əsasən 1.137.484 ABŞ dolları xərclənib. Beləliklə, cavabdehə göndərilən ABŞ dolları ümumi məbləğdən digər zəruri xərcləri çıxdıqdan sonra onun 2012-ci ilin sonuna 111.771 ABŞ dolları pul vəsaiti qalıb ki, həmin vəsait barədə bu günə kimi heç bir açıqlama vermir və dəfələrlə deyilməsinə baxmayaraq, bundan boyun qaçırır. Onlar 2013-cü ildə də eyni qaydada ABŞ-dan 49 ədəd avtomobillər gətiriblər. Həmin avtomobillər üçün cavabdehə 844.681 ABŞ dolları göndərib və bundan 702.718 ABŞ dolları müştərilərdən yığılan vəsaitdir. Avtomobillərə isə cavabdeh tərəfindən 693.849 ABŞ dolları pul xərclənib. Digər zəruri xərcləri çıxdıqdan sonra 2013-cü ilin yekununa cavabdehdə 135.832 qalıq vəsait qalmışdır ki, həmin vəsait haqqında da cavabdeh heç bir məlumat vermir və dəfələrlə deyilməsinə baxmayaraq, bundan boyun qaçırır. Ümumilikdə götürdükdə cavabde h tərəfindən ona 247.603 ABŞ dolları ziyan vurulmuşdur ki, həmin ziyanı ödəməkdən imtina edir. Bundan əlavə bütün avtomobilləri cavabdehin avtomobillərin alınması üçün işə qoşduğu Gürcüstan Respublikasının vətəndaşı "xxxx" Şirkətinin sahibi X e adlı gürcü milliyyətli şəxsin adına alınaraq ABŞ-dan gətirilib. Həmin avtomobillər ABŞ-dan "xxxx" Şirkətinin daşıyıcı şirkətlə bağladığı müqaviləyə əsasən daşınıb. 2013-cü ilin aprel ayında o, avtomaşınları götürməyə Gürcüstana gedən zaman ona demişlər ki, "xxxx" Şirkətinin daşıyıcı şirkətə borcu olduğundan avtomobillər ona verilməyəcəkdir. O, cavabdehə zəng edib belə bir hadisə baş verdiyini bildirib və bunun nə məsələ olduğunu soruşub. Cavabdeh də ona "xxxx" Şirkəti ilə daşıyıcı şirkət arasında belə bir məsələyə görə onların cavabdehlik daşımadıql arını və bu məsələləri onun özünün danışmalı olduğunu bildirib. Cavabdeh ona 75.000 ABŞ dolları aparıb verməsini və onun həmin pulu onlardan alacağını bildirib. O, həmin 75.000 ABŞ dollarını bank vasitəsilə cavabdehə göndərib. Həmin vaxt avtomobillərin 4 ədədini götürüb, qalan avtomobillər yenidən ona verilməyib. O, yenidən cavabdehə zəng edib və bildirib ki, avtomobilləri yenidən vermirlər. Ona bildirmişlər ki, gedib Gürcüstanda aidiyyəti orqanlara müraciət etsin. Bundan sonra Gürcüstanda aidiyyəti orqanlara və ordakı səfirliyə müraciət etsə də, ona bu məsələ ABŞ-da baş verdiyindən oraya müraciət etməli olduqları bildirilib. Cavabdeh yenidən ona gedib həmin pulu tapıb verməsini bildirib, gəlib vəkil tutaraq pulları alacağını bildirib. Eyni zamanda, daşıyıcı tərəfdən cavabdehə məktub gəlib ki, alınan avomobillərin cəmi dəyərinin 25 faizi məbləğində cərimə ödəməli və ondan sonra avtomobillər onlara veriləcəkdir. Onlar həmin pulu tapıb verənə kimi avtomobillərin gəmidə qalma xərci cəmi 120.000 ABŞ dolları olub ki, həmin pulu o, daşıyıcı Şirkət “X5”-a 120.000 ABŞ dollar ABŞ-a köçürdükdən sonra avtomaşınları götürüb. Sonradan cavabdehə gəlib Gürcüstanda vəkil tutub guya işlə məşğul olmaq bəhanəsi ilə müəyyən işlər aparsa da, sonradan vəkilə işi dayandırmağı tapşırıb. Bütün bunlardan belə nəticəyə gəlib ki, bu zərərin hamısı cavabdehin düşünülmüş hərəkətləridir. Bunu belə bir fakt da təsdiq edir ki, dəfələrlə tələb edilsə də, cavabdeh tərəfindən indiyə kimi alınan avtomobillərin alış qiymətinə dair sənədlər təqdim edilmir. Eyni zamanda cavabdeh tərəfindən 6 ədəd dəyəri 130.000 A BŞ dolları dəyərində avtomobillər mənimsənilib və həmin avtomobillər haqqında da məlumat verilmir. Artıq 4 ildir ki, onun pulunun faydasını cavabdeh görür və onun pulunu özündə saxlamaqla, onun əldə edəcəyi faydadan onu məhrum etmişdir ki, bu da ilə 5 faiz dərəcəsi ilə 114.520,6 ABŞ dolları edir. Bundan əlavə onun ziyan əvəzinə ödədiyi 195.000 ABŞ dollarını o, bankdan kredit götürüb və həmin kreditə görə 46.466 ABŞ dolları artıq faiz ödəyib. Həmin pulun ödənilməsində cavabdehin heç bir rolu olmayıb. Cavabdeh iddiaya etiraz edərək bildirib ki, birgə fəaliyyət üzrə hər hansı öhdəlik onun tərəfindən pozulmayıb. Əksinə, sifariş verilmiş avtomobillərin alınması üçün lazım olan pul vəsaitini iddiaçı göndərmədiyi üçün əlavə cərimə ödəməli olmuşlar. Onun iddiaçıya heç bir borcu yoxdur, əksinə onun iddiaçıdan alacağı vardır. Sumqayıt Şəhəri Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməyib və zərərin cavabdeh tərəfindən vurulmasını yalnız ehtimallara əsaslanaraq təsdiq etməyə çalışıb. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 449.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia təmin edilməsi barədə yeni qətnamə q əbul edilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov sədrlik edən, məruzəçi, A.Abbasov və T.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirməsi, minik avtomobillərinin alqı-satqısı ilə məşğul olmaları, iddiaçının bankdan kredit götürməsi, onun ABŞ-da olan bank hesabına köçürmələr etməsi işin mübahisəsiz halları olmasa da və iddiaçının ziyan tələbi iddia ərizəsində qeyd olunan məzmun daşısa da, o, iddianın əsasını təşkil edən hallar, yəni qabaqcadan razılaşdırılmış iş planı və ya müqavilə, yatırılan sərmayə və görüləcək işlər müqabilində əldə ediləcək gəlirlərdən tərəflərin pay haqqı, ABŞ-dan Gürcüstana, sonradan isə ölkə ərazisinə gətiriləcək avtomobillərin alqı-satqısı və ya daşınması xidmətindən istifadə, eləcə də ehtimal edilən ziyanla bağlı tərəflərin məsuliyyəti barəsində məhkəməyə hər hansı mötəbər və legitim sübutlar təqdim etməyib. İddiaçı tərəfindən təqdim edilmiş müxtəlif əlyazma sənədləri isə ciddi hesabat sənədi kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Mirzəliyev sədrlik edən, məruzəçi, T.Qoldman və G.Quliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında şifahi müqaviləyə əsasən iş birliyi olması işin mübahisəsiz halı olmasını qəbul edən məhkəmə, gəlir və ziyanın hansı nisbətdə olacağı barədə tərəfləri dindirməyib, birgə iş fəaliyyəti barəsindəki müqavilənin şərtlərini ətraflı araşdırmayıb. Bundan başqa, mübahisənin həlli üzrə xüsusi zərurət olmasına baxmayaraq, tərəflərə birgə fəaliyyət üçün iddiaçının bank hesabına hansı məbləğdə pul köçürülməsi, həmin pullara hansı qaydada sərəncam verilməsi, göndərilmiş pullara alınmış avtomobillərin dəyəri arasında fərq olubolmaması barədə sübutlar təqdim etməsini təklif etməyib və bununla da Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələblərini pozub. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.1, 77.3, 78.2, 106.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-c u il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilib. Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, 2012 və 2013-cü illərdəki fəaliyyət nəticəsində nə qədər dövriyyənin olmasını, həmin illərdə ayrı-ayrılıqda nə qədər avtomobil nəqliyyat vasitəsinin gətirilməsini, 2013-cü ildə vurulan ümumilikdə zərərin nə qədər olmasını, 2012-ci ildə göndərilmiş 1.293.912 ABŞ dolları vəsaitinə hansı məbləğdə və hansı sayda avtomobil göndərilməsini, 2013-cü ildə göndərilmiş ABŞ dolları vəsaitinə hansı məbləğdə və hansı sayda avtomobil göndərilməsini, ekspertizaya təqdim edilmiş sənədlərlə iddiaçı ilə cavabdehin bu işə (biznesə) qoyduqları sərmayənin (məbləğin) nisbətini, nəqliyyat vasitəsinin alınması xərci ilə onların Azərbaycan Respublikas ının Gömrük orqanlarında rəsmiləşdirilməsi qiymətləri arasındakı fərqin müəyyən edilməsini müəyyən etmək üçün vəsatətdə qeyd olunan sənədlər iş materiallarında mövcud deyildir. Lakin iş materiallarında elektron yazışmalar, (iş vərəqə 52, 53, 71, 72 və s.), invoys (iş vərəqə 248) öz əksini tapmışdır ki, həmin elektron yazışmalar və invoysda göstərilənlər nəzərə alındıqda iddia ərizəsində göstərilən cəmi 195.000 ABŞ dolları məbləğində cərimənin iddiaçı tərəfindən ödənilməsi müəyyən olunur. İş materiallarında iddiaçı tərəfindən ödənilmiş həmin cərimə məbləğinin ona qaytarılması ilə bağlı hər hansı bir sənəd öz əksini tapmayıb. Həmçinin mülki iş materiallarında 2012 və 2013-cü illərdə "xxxx" ASC tərəfindən iddiaçıya kreditin verilməsi ilə bağlı sənədlər (kredit müqaviləsi, ödəniş cədvəli və s. ) öz əksini tapıb. Verilmiş kreditin təyinatı dövriyyə vəsaitinin artırılması göstərilir. İş materiallarında kredit vəsaiti üzrə hansı dövriyyə vəsaitinin artırılması ilə bağlı sənədlər mövcud deyil. İş materiallarında yalnız avtonəqliyyat vasitələrinin gətirilməsi ilə bağlı məlumatlar mövcuddur. Həmin kredit vəsaitinə görə iddiaçı tərəfindən iş materiallarında olan ödəniş cədvəllərinə əsasən 38.628 avro faiz ödənilib. Beləliklə, bütün yuxarıda göstərilənlər nəzərə alındıqda iddiaçı tərəfindən əlavə olaraq 195.000 ABŞ dolları və 38.628 avro ödənilməsi müəyyən olunur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari sədrlik edən, məruzəçi, L.Məmmədova və F.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-cı il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, cavabdehdən ödəniş günü milli manata məzənnədə 195.000 ABŞ dolları və 38.628 avronun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən onlar birgə fəaliyyət göstərmək məqsədilə əvvəlcədən razılaşdıqları kimi qazanca və ziyana şəriki olmaqla avtomobillərin satışı ilə məşğul olmaq və bu fəaliyyətlərini həm sifariş verən şəxslərin sifarişləri, həm də öz vəsaitləri hesabına həyata keçirmək, cavabdehin üzərinə avtomobillərin ABŞ-dan alışını və onların ölkə ərazisinə gətirilməsini təşkil etmək, iddiaçı isə həmin avtomobillərin satışını reali zə etmək, bunun üçün bankdan pul götürərək ABŞ-da bank hesabı açıb və həmin hesaba müxtəlif vaxtlarda pul köçürməyi öhdəsinə götürüb. Tərəflərin birgə fəaliyyəti üçün iddiaçı müqavilənin şərtinə uyğun olaraq ABŞ-dakı bank hesabına ayrı-ayrı saytlara onun tərəfindən pulun köçürülməsi cavabdehin ona təxminən 1.000.000 ABŞ dolları məbləğində pulun göndərilməsini etiraf etməsi ilə, bu hissədə sübut etmə yükündən azad olunaraq, həmin vəzifənin cavabdehin üzərinə düşməsi, lakin iddiaçının iddia etdiyi məbləğdə pul vəsaitini göndərməsini təsdiq edən tutarlı sübutları məhkəməyə təqdim etməyib. Əksinə, cavabdeh ona göndərilmiş 1.000.000 ABŞ dollarının müqabilində 50-100 arası avtomobillərin alışını təşkil edərək iddiaçıya göndərdiyini, iddiaçı isə 2012-ci ildə 60 ədəd, 2013-cü ildə 49 ədəd avtomobi llərin göndərildiyini qeyd etməklə etiraf edib. Bundan başqa, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar formal mülahizə olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. İddia tələbinin 6 ədəd dəyəri 130.000 ABŞ dolları olan avtomobillərin cavabdeh tərəfindən mənimsənilməsi və 4 il ərzində 114.520,6 ABŞ dolları əldən çıxmış faydanın ödənilməsinə gəldikdə isə, bu halları sübut etmək yükü iddiaçının üzərinə düşür və bu hissədə o, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün bu hissədə iddia təmin edilə bilməz. Tərəflərin birgə fəaliyyəti üçün iddiaçı müqavilənin şərtinə uyğun avtomobillərin alınması üçün bank hesabına pul vəsaiti göndərib və müqavilənin digər tərəfi olan cavabdeh şərtləşdikləri kimi göndərilən pulun müqabilində müxtəlif ölkələrin istehsalı olan avtomobillərin həm alışını və həm də onların ABŞ-dan X2, oradan da ölkə ərazisinə gətirilməsini təmin etməli olsa da, lakin sifariş etdiyi daşıyıcı şirkətin göndərilən avtomobillərin təhvil verilməsi üçün iddiaçıdan əvvəlcə 75000 ABŞ dolları və sonradan 120.000 ABŞ dolları alaraq avtomobilləri iddiaçıya təhvil verib. İddiaçı isə həmin pulu bankdan götürdüyündən, əlavə faizlər ödəyib, lakin cavabdeh həmin məbləği iddiaçıya ödəməyib. Ekspertin rəyi, mülki iş materiallarında olan elektron yazışmalar və invoyslarla təsdiq olunur ki, iddia ərizəsində göstərilən cəmi 195.000 ABŞ dolları məbləğində cərimənin iddiaçı tərəfindən ödənilməsi müəyyən olunur, lakin həmin vəsaitin iddiaçıya ödənilməsi hər hansı bir sənədlə öz əksini tapmır. Bundan başqa, 2012 və 2013-cü illərdə "xxxx" ASC tərəfi ndən iddiaçıya dövriyyə vəsaitinin artırılması üçün kreditin verilməsi ilə bağlı sənədlər (kredit müqaviləsi, ödəniş cədvəli və s.) öz əksini tapır və həmin kredit vəsaitinə görə iddiaçı tərəfindən ödəniş cədvəllərinə əsasən Banka 38.628 avro faiz ödənilib. Bu baxımdan iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 405.1, 425.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kol legiyasının 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev sədrlik edən, məruzəçi, E.Şamayev və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmib və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, işdə mübahisəli cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yarandığına, bu avtomobillərin alınması və göndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunmasına, həmin vəsaitin tam olaraq cavabdehə göndərildiyinə dair mötəbər və kifayətedici sübutlar iddiaçı tərəfindən təqdim edilməyib. Tərəflərin bi rgə fəaliyyətinə və hesablaşmalarına dair xeyli həcmdə məlumat olsa da, mübahisənin bu hissəsinin düzgün həlli üçün zəruri olan yuxarıdakı hallar dəqiqliklə müəyyən edilməyib. Halbuki, kassasiya instansiyası məhkəməsi əvvəlki qərarında xüsusi olaraq vurğulamışdır ki, birgə fəaliyyət üçün iddiaçı tərəfindən bank hesabına hansı məbləğdə pul köçürülməsi, həmin pullara hansı qaydada sərəncam verilməsi, göndərilmiş pullara alınmış avtomobillərin dəyəri arasında fərq olubolmaması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmalıdır. Mübahisəli cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yaranması, bu avtomobillərin alınması və göndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunması, həmin vəsaitin iddiaçı tərəfindən cavabdehə göndərilib-göndərilmədiyi və i şin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar ekspertiza ilə müəyyən edilməyib. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 77.1, 217.1, 217.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə sədrlik edən, məruzəçi, T.Quliyev və E.Rəhimov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, cavabdehdən ödəniş günü milli manata məzənnədə 195.000 ABŞ dolları və 38.628 avronun tutulub iddiaçıya ödənilməsi, qalan hissədə iddianın r ədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflərin birgə fəaliyyəti üçün iddiaçı müqavilənin şərtinə uyğun avtomobillərin alınması üçün bank hesabına pul vəsaiti göndərib və müqavilənin digər tərəfi olan cavabdeh şərtləşdikləri kimi göndərilən pulun müqabilində müxtəlif ölkələrin istehsalı olan avtomobillərin həm alışını və həm də onların ABŞ-dan X2 oradan da ölkə ərazisinə gətirilməsini təmin etməli olsa da, lakin sifariş etdiyi daşıyıcı şirkət göndərilən avtomobillərin təhvil verilməsi üçün iddiaçıdan əvvəlcə 75.000 ABŞ dolları və sonradan isə 120.000 ABŞ dolları alaraq avtomobilləri iddiaçıya təhvil verib. İddiaçı həmin məbləği bankdan götürdüyündən, əlavə faizlər ödəyib, lakin cavabdeh həmin məbləği iddiaçıya ödəməyib. Cava bdeh müqavilə üzrə öz vəzifələrini icra edərkən öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyib və nəticədə avtomobilləri götürmək üçün iddiaçı əlavə olaraq 195.000 ABŞ dolları ödəmək məcburiyyətində qalıb. Eyni zamanda banka 38.628 avro faiz ödəyib. Kassasiya instansiyası məhkəməsində üçünçü icraat Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva sədrlik edən, məruzəçi, V.Həsənov və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv ed ilərək, iddianın 195.000 ABŞ dolları və 38.628 avro pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilib və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki qərarında şərh edilən göstərişlərə əməl etməyib. Belə ki, birgə fəaliyyət üçün iddiaçı tərəfindən bank hesabına hansı məbləğdə pul köçürülməsi, həmin pullara hansı qaydada sərəncam verilməsi, göndərilmiş pullara alınmış avtomobillərin dəyəri arasında fərq olub-olmaması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmayıb. Mübahisəli cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yaran ması, bu avtomobillərin alınması və göndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunması, həmin vəsaitin iddiaçı tərəfindən cavabdehə göndərilib-göndərilmədiyi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməyib. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 390.1, 425.1, 425.2, 442, 443.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində dördünçü icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Dəmirov sədrlik edən, məruzəçi, Z.Məmmədov və Z.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi iddia tələbinin 195.000 ABŞ dolla rının cavabdehdən tutulub iddiaçıya verilməsinin rədd edilməsi hissəsində ləğv edilib və cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə 195.000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər qazanca və ziyana şərik olmaqla avtomobillərin satışı ilə məşğul olmaq və bu fəaliyyətlərini həm sifariş verən şəxslərin vəsaitləri, həm də öz vəsaitləri hesabına həyata keçirmək barədə razılığa gəliblər. Belə ki, cavadeh üzərinə avtomobillərin ABŞ-dan alışını və göndərilməsini təşkil etmək, iddiaçının isə həmin avtomobilləri qəbul edib öz müştərilərinə çatdırmaq və satışını təşkil etmək olub. Cavabdeh tərəfindən bütün avtomobillər ABŞ- dan "xxxx" Şirkətinin sahibi gürcü milliyyətli X adlı şəxsin adına alınıb, həmin avtomobillər isə "xxxx" Şirkətinin daşıyıcısı Şirkətlə bağladığı müqavilələrə əsasən daşınıb. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, işin mübahisələndirilən halı ondan ibarətdir ki, "xxxx" Şirkətinin daşıyıcı Şirkətə olmuş başqa borcların bir hissəsinin iddiaçı tərəfindən daha çox ziyanın qarşısının alınması üçün ödənilməsi ilə bağlı ona vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsidir. Halbuki, tərəflər arasında “e-mail” yazışmaları iddia tələbinin hazırda mübahisələndirilən hallarını özündə əks etdirir. Məhkəmə kollegiyasının iclasında bununla əlaqədar cavabdehin nümayəndəsi cavabdeh tərəfindən “Elektron ünvan 1” “e-mail” ünvanından iddiaçıya göndərilmiş elektron yazışmaların cavabdehə m əxsus olmaması bildirilsə də, işin faktiki halları ilə bu təkzib edilir. Belə ki, məhkəmə kollegiyasının iclasında səsləndirilmiş həmin elektron ünvandan iddiaçıya ünvanlanmış səs yazısının açıq-aşkar cavabdehə məxsus olması cavabdehin nümayəndəsi tərəfindən təsdiq olunub və bu həmçinin X qarşı 2013-cü ildə Gürcüstan Respublikası DİN-nin Baş kriminal polis idarəsində başlanmış cinayət işi ilə bağlı işin faktiki halının məhkəmə kollegiyasının iclasında araşdırılmış halı ilə də müəyyən olunur. Bundan əlavə, elektron yazışmalarla əlaqədar məhkəmə iclası təxirə salınaraq şəxsən cavabdehin məhkəmə kollegiyasının iclasında iştirakı cavabdehin nümayəndəsinə təklif olunub, lakin növbəti məhkəmə iclasında cavabdeh iştirak etməyib, cavabdehin nümayəndəsi isə onun məhkəmə iclasına gəlməməsini cavabde hin atasının xəstə olması ilə izah etsə də, buna aid məhkəmə kollegiyasına heç bir sübut təqdim etməyib. Bununla əlaqədar cavabdeh daşıyıcı Şirkətin rəhbəri olan Kastilis adlı şəxslə olan 03 may 2013-cü il tarixli elektron yazışmasını tanış olmaq məqsədi ilə həmçinin öz şəriki olan iddiaçının elektron ünvanına göndərib. Cavabdeh əvvəllər verdiyi kassasiya şikayətində məntiqə zidd olaraq limanda qalmış avtomobillərə görə borc və cərimələrin yığılmasında məhz iddiaçının təqsirinin olduğunu göstərib. Beləliklə, iddiaçının cavabdehlə olan müqavilə münasibətlərindən kənar 195.000 ABŞ dolları məbləğində ziyana düşməsi mülki iş materialları ilə istisna olunmur. Belə ki, tərəflərin qarşılıqlı razılaşmasına əsasən cavabdeh avtomobillərin ABŞ-dan alışını və göndərilməsinin təşkili vəzifəsini öz üzər inə götürüb. Cavabdeh tərəfindən bütün avtomobillər ABŞ-da "xxxx" Şirkətinin sahibi gürcü milliyyətli X adlı şəxsin adına alınıb və buna görə sonuncunun hərəkət və hərəkətsizliyi ilə bağlı iddiaçı qarşısında məsuliyyəti cavabdeh öz üzərinə götürüb. X4 vasitəsi ilə cavabdehin ərizəsi əsasında X qarşı Gürcüstan Respublikası DİN Baş kriminal polis idarəsində cinayət işi başlanıb. Lakin, sonradan cavabdeh həmin vəkilin xidmətindən imtina edib. Cavabdeh bunun əksinə dair, yəni X qarşı aralarında yaranmış mübahisənin hüquqi müstəvidə həll edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Əksinə, 22 ədəd avtomobilin dəyərinə 25 faiz cərimə tətbiq olunmamışdan əvvəl cavabdehin iddiaçıya ünvanladığı səs yazısında məhz avtomobillərin daşıma xərcinə görə onun tərəfindən yenidən edilmiş ödəmə nin əsassız olmasına görə şəxsən Xə qarşı öz iradını bildirdiyini qeyd edib. Daha sonra cavabdehin həmin səs yazısında “Çikaqoya” gedərək 74.000 ABŞ dollarını ondan geri alacağından bəhs edilir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 77.1, 420-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- 38.628 avro məbləğində faizin tutulmasının rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qərar qə bul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə iddianı rədd etməklə səhv nəticəyə gəlib. Belə ki, maddi hüquq normalarının tələblərinə və işin tətdqiq edilmiş hallarına əsəsən iddiaçı qeyd edilən məbləği cavabdehdən tələb etməkdə tam haqlıdır. Kredit müqavilələrindən aydın olur ki, iddiaçı cavabdehin və onun işlətdiyi adamın təqsirindən baş vermiş gecikmələrə görə yaranmış cərimələri ödəmək üçün yuxarıda qeyd olunan avro məbləğində kreditlər götürüb. Həmin kreditlərə görə yaranmış və ödənilmiş faizlərin məbləği ekspert tərəfindən hesablanaraq 38.628 avro müəyyən edilib. Lakin, məhkəmə kredit müqavilələrini və ekspert rəyini nəzərə almadan qərar qəbul edib. Məhkəmənin bu hissədə iddianı təmin etməməsi maddi hüq uq normalarının pozulması deməkdir. 04 oktyabr 20212-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, iddiaçı həmin tarixdə 115.000 avro məbləğində, 12 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 20.000 avro məbləğində kredit götürüb. Həmin kredit müqavilələri üzrə hesablanmış faizləri topladıqda 38.628 avro edir. İşə əlavə edilmiş və tədqiq olunmuş sübutlara əsasən iddiaçı həmin kredit müqavilələrini cavabdehin və onun işə cəlb etdiyi şəxsin təqsiri ucbatından ödəyib. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- ondan 195.000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl etməyib. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə ətraflı araşdırma aparmayıb, mübahisəli məsələlər üzrə yalnız əvvəlki ekspert rəyinə istinad etməklə kifayətlənib. Ekspert isə iş üzrə tam və ətraflı rəy verməməsinə baxmayaraq, məhkəmə həmin natamam rəyə istinad edərək qətnamə çıxardıb. Mübahisəli cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yarandığına, bu avtomobillərin alınması və göndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunmasına, həmin vəsaitin tam olaraq cavabdehə göndərildiyinə dair iddiaçı möhtəbər və kifayətedici sübutları məhkəməyə təqdim etməyib. Kassasiya instansiyası məhkəməsi əvvəlki qərarında xüsusi olaraq vurğulamışdır ki, birgə fə aliyyət üçün iddiaçı tərəfindən bank hesabına hansı məbləğdə pul köçürülməsinə, həmin pullara hansı qaydada sərəncam verilməsinə, göndərilmiş pullara alınmış avtomobillərin dəyəri arasında fərq olub-olmamasına və işin düzgün həlli üçün əhəmiyyət kəsb ədən digər hallara apellyasiya instansiyası məhkəməsi aydınlıq gətirməyib. Bundan başqa, iddiaçının təqdim etdiyi mail yazışmalara diqqət yətirdikdə, onlardan bəzilərinin Elektron ünvan 1 mail adresindən deyil, Elektron ünvan 2 mail adresindən göndərilməsi müəyyən edilir. Hər hansı mail adresdə bir hərfin düzgün qeyd edilməməsinin əhəmiyyəti böyükdür. Göründüyü kimi, iddiaçı məhkəməni çaşdırmağa çalışıb, guya cavabdəhə məxsus olduğunu bildirdiyi gah Elektron ünvan 1 mail adresinden, gah da Elektron ünvan 2 mail adresindən özünə mail göndərilib. Bu da bir daha həmın yazışmaların cavabdəh tərəfindən aparılmağını sübut edir. Bundan başqa, həm kassasiya instansiyası məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında hər iki tərəfin şərik olması işin mübahisesiz halı kimi qeyd olunub. Apelyasiya instansiya məhkəməsinin gəldiyi qənaət əsassızdır. Belə ki, məhkəmə iddiaçının şərik olduğunu qəbul edirdisə, o zaman xeyirə şərik olduğu kimi, ziyana da şərik olduğunu qəbul etməli idi. Belə olan halda ən azından iddia olunan pul məbləğinin yarısı cavabdehdən tutula bilərdi. Cavabdeh iddia tələbini qismən qəbul etmiş olsaydı, o zaman da qeyd olunan məbləğin hamısı ondan tutula bilməzdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin i zahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraiti ndə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericili yin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətində iddianın 38.628 avro faizin təmin olunmayan hissəsində, cavabdehin kass asiya şikayətində isə iddianın 195.000 ABŞ dolları cərimənin tutulması hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instans iyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəldiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər, qazanca və ziyana şərik olmaqla avtomobillərin satışı ilə məşğul olmaq və bu fəaliyyətlərini həm sifariş verən şəxslərin vəsaiti, həm də öz vəsaitləri hesabına həyata keçirmək barədə razılığa gəliblər. Həmin razılaşmaya görə cavadehin üzərinə avtomobillərin ABŞ-dan alışını və göndərilməsini təşkil etmək, iddiaçının üzərinə isə həmin avtomobilləri qəbul edib öz müştərilərinə çatdırmaq və satışını təşkil etmək öhdəliyi düşüb. Göründüyü kimi, tərəflər a rasında hazırda mübahisələndirilən hallar, cavabdeh tərəfindən alınmış avtomobillərin göndərilməsi ilə əlaqədar müqavilədə nəzərdə tutulmayan və iddiaçı tərəfindən çəkilmiş xərclərin cavabdeh tərəfindən ona ödənilməsini tələb etməsi ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, işin mübahisələndirilməyən digər halları həmçinin ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən bütün avtomobillər ABŞ-dan "xxxx" Şirkətinin sahibi gürcü millətindən olan X adlı şəxsin adına alınıb və həmin avtomobillər "xxxx" Şirkətinin daşıyıcı Şirkətlə bağladığı müqavilələr əsasında daşınıb. Apellyasiya instansiyası məhkəməsi, işin mübahisələndirilən halları üzrə araşdırma aparar aq müəyyən etmişdir ki, tərəflər arasında “e-mail” yazışmaları üzrə məhkəmə iclasında təqiq edilmiş sübutlar, iddianın 195.000 ABŞ dolları tələbinə aid hissədə təmin ediməsinə əsas verir. Əvvəla, cavabdeh kassasiya şikayətində, onun tərəfindən “mailto:asifgarayev@gmail.comElektron ünvan 1” “e-mail” ünvanından iddiaçıya göndərilmiş elektron yazışmaların ona məxsus olmadığını bildirilsə də, onun bu dəlili işin faktiki halları ilə təkzib edilir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iclasında səsləndirilmiş həmin elektron ünvandan iddiaçıya ünvanlanmış səs yazısının açıq-aşkar cavabdehə məxsus olduğu cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilib və bu hal həmçinin X qarşı 2013-cü ildə Gürcüstan Respublikası DİN-nin Baş kriminal Polis İdarəsində başlanmış cinayət işi ilə bağlı işin faktiki halının məhkəmə kollegiyasının iclasında araşdırılmış halı ilə də müəyyən olunub. Bundan əlavə, elektron yazışmalarla əlaqədar olaraq məhkəmə iclası təxirə salınaraq şəxsən Cavabdeh məhkəmə iclasında iştirakı cavabdehin nümayəndəsinə təklif edilib, lakin növbəti məhkəmə iclasında cavabdeh iştirak etməyib və cavabdehin nümayəndəsi onun məhkəmə iclasına gəlməməsini atasının xəstə olması ilə izah etsə də, buna aid məhkəməyə heç bir sübut təqdim etməyib. Əksinə cavabdeh, daşıyıcı Şirkətin rəhbəri Kastilislə aralarında olan 03 may 2013-cü il tarixli elektron yazışmaları ilə tanış olmaq üçün həmin yazışmaları öz şəriki iddiaçının elektron poçt ünvanına da göndərib və həmin yazışmalar da aşağıdakılar qeyd olunub: “Salam Kastilis, Sizin adınızdan KX göndərilmiş 18 aprel 2013-cü il tarixli məktubdan görünür ki,X sizin akkunatunuzdan avtomobil aldığına görə 205.018,16 ABŞ dolları borcu olduğu qeyd edilib. Sizə bildirirəm ki, nə sizə, nə də X 2012-ci ilin dekabr ayınadək qeyd olunan məbləğdə borcu olmayıb. X borcları ilə bağlı bu məsələyə heç bir aidiyyyəti yoxdur. Siz görürsünüz ki, dekabr ayı başlayandan köçürmələrimin əksəriyyətini “Bank of America” of NY vasitəsi ilə edirəm (bütün köçürmələri sizin mülahizənizə təqdim edirəm). Yəni görünür ki, sizin tələbləriniz X 2012-ci ilin dekabr ayına kimi alışlarına qarşı düzgündür. Yuxarıda şərh olunanlardan çıxış edərək sizdən bizi bu işə qarışdırmamağınızı xahiş edirəm. Bu günə kimi bu vacib məktubu onlar gizlədiblər və bizim bugünkü tələblərimiz üzrə bu məktubu verdilər - məktub sübut edir ki, bizim bu işlə heç bir əlaqəmiz yox dur və bizim avtobillərimiz azad olunmalıdır. Münasibətlərimizi və əməkdaşlığımızı nəzərə alaraq sizdən bu işə onu qarışdırmamağı və onun bütün avtomobillərini buraxmağı xahiş edib (avtomobillərin vərəqi əlavə olunur- konteynerlər - fayl). Əvvəcədən minnətdaram! Hörmətlə Cavabdeh”. Bundan əlavə Kostilis tərəfindən cavabdehə ünvanlanmış 08 may 2013-cü il tarixli elektron yazışmalar eyni zamanda 09 may 2013-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının elektron poçt ünvanına da göndərilib. Həmin yazışmalarda aşağıdakılar qeyd edilib: Avtomobillər olan cədvəli əlavə edirəm, Livanınlılara aid avtomobillər buraxılmayıb, yalnız 22 avtomobillərimiz qalıb. Aşağıdakı cədvəldə artıq verilmiş və onlarda olmayan avtomobillər görünür. Biz hələ bizdə dayanan bütün 22 avtomobildən 25 faiz hesablamışıq və sadəcə 88.897,75 ABŞ dollar qalır.” Bundan əlavə, avtomobillərin limandan vaxtında götürülməməsinə görə cərimə ilə bağlı 12 iyun 2013-cü il tarixli elektron yazışmada isə aşağıdakılar qeyd olunub: Yazıram məsləhət görürəm sizin hesabınızda avtomobil var və ona görə ödəniş edilməyib. Bu vaxt saxlama hesablanması hər gün, eləcə də hesabınızda gecikməyə görə birdəfəlik 50 ABŞ dolları cərimə hesablanacaq. Əgər, bu avtomobil alındığı gündən etibarən 9 gün ərzində ödənilməzsə, 9-cu gün nəqliyyat vasitəsi hesabınızdan silinəcək və avtomobilin dəyərindən asılı olaraq əvəz olunacaq imtina etmək 1.000 dollar miqdarında yığım və ya 15 faiz. Zəhmət olmasa ödəniş üçün aşağıda qeyd olunan telefon nömrələri vasitəsi ilə ofisimizə müraciət edin. Bundan başqa, əgər siz, bu məktubda cavab versəniz, zəhmət o lmasa Siz alıcınızı göstərin və ödənilməmiş hesabı olan bütün alıcılara göndərilən bu geniş məktub kimi. Sağ olun”. Bundan başqa, avtomobillərin daşınması ilə bağlı qanunsuz əlavə xərclərə cəlb edilməsinə dair cavabdeh tərəfindən cənab Kostilisə ünvanlanmış geniş həcmli elektron məktubda aşağıdakılar qeyd edilib: ABŞ Nəqliyyat Xətti qanuni olaraq yaxşı kredit tarixçəsinə sahib olmalıdır və biznesin fəaliyyəti üçün ödənilməmiş qalıq olmamalıdır, lakin bu onlarda ümumiyyətlə yoxdur. Biznesinin kredit məsələlərinə cəlb edilməsi qanunsuzdur və o bunu etmək istəyir. Onunla bu barədə əlaqəsi yoxdur. Həm də bilməyiniz yaxşı olardı ki, o, saxta oyunları oynamaq və bütün əmlakını mənimsəmək üçün bütün müştərilərini aşkar və ya gizli şəkildə yayındırır. Daha əvvəl qeyd edildiyi kimi, bu 40 avtomobil in hamısı onundur və köçürmələrin çoxu birbaşa Nyu-Yorkdan Şirkətlərinin bank hesabına aparılıb. Onun şirkəti 40 avtomobilin hamısını müştərilərinin adına qeydiyyatdan keçirmədi ki, bu da onun saxtakarlıq hərəkətlərinə bir daha sübutdur. Hal-hazırda yuxarıda qeyd etdiyi avtomobillərin çoxunun 80 faizi martın əvvəlindən Gürcüstana gətirilib və onun oradakı nümayəndələrinə nə sübut verirlər, nə də avtomobilləri buraxırlar. Onun tərəfdaşı və müştəriləri iki həftədən çoxdur ki, Gürcüstandadırlar. Yenə də baxılmaq üçün nə kağız verirlər, nə də avtomobilləri buraxırlar. Müxtəlif mənbələrə görə, o, Şirkətə çox böyük məbləğdə borcludur. Amma bu məsələyə onu qarışdırması qanunsuz və ədalətsizdir. Yuxarıda göstərilən bütün faktları nəzərə alaraq, ABŞ Nəqliyyat Xətti tərəfindən edilən hərəkətlər qanu nsuzdur və müştərilərin bütün əmlakını azad etmək üçün təcili müdaxiləyə ehtiyac duyulur. Başqa sözlə, onun müştəriləri həmin avtomobillərin pulunu ödəyiblər və onun avtomobillər üzərində heç bir hüququ yoxdur. Dürüst və çalışqan əməkdaşlığı sayəsində hər hansı hüquq-mühafizə işində iştirak etmək və ya Şirkətini cəlb etmək istəmir. Amma X hərəkəti qanunsuz və cinayətdir, o, nə etdiyini başa düşmür. Sonda sizdən xahiş edirəm ki, səmərəli əməkdaşlığımızda ədaləti bərpa edəcək bu problemin həlli üçün yardım göstərəsiniz və müdaxilə edəsiniz”. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları, habelə tərəflərin tələb və etirazlarını araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh əvvəllər verdiyi kassasiya şikayətində məntiqə zidd olaraq sözügedən limanda qalmış avtomobillərə görə borc və cərimələrin yığılmasında məhz iddiaçının təqsirkar olduğunu göstərsə də, araşdırılan sübutlar bu dəlilləri istina edir. Əksinə, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazını araşdırıb müəyyən etmişdir ki, sözügedən avtomobillərin Gürcüstan Respublikasının limanında ilişib qalmasının təqsirkarı məhz cavabdeh özü olub. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, tərəflərin kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilm iş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması m üəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırki işdə də iddiaçının cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbə bli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, h əmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan faktlar barədə izahatlarını iş üzrə toplanış digər sübutlarla, o cümlədən cavabdehin şəxsi elektron yazışmaları ilə qarşılıqlı şəkildə tədqiq edib müəyyən etmişdir ki, iddiaçı avtomobillərin limandan təhvil alınması ilə bağlı bilavasitə cavabdehin təqsiri üzündən əvvəl 75.000 ABŞ dolları, sonra isə 120.000 ABŞ dolları olmaqla, cəmi 195.000 ABŞ dolları cərimə ödəyib və nəticədə iddiaçıya ziyan dəyib. Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2019-cu il tarixli rəyi ilə də müəyyən olunur ki, sözügedən elektron yazışmalarda və invoysda göstərilənlər nəzərə alındıqda iddiaçı tərəfindən cəmi 195.000 ABŞ dolları cərimə ödənildiyi müəyyən edilir. Cavabdehin kassasiya şikayətində, iddiaçının xeyirə şərik olduğu kimi, ziyana da şərik olmasına dair dəlil irəli sürməsi də iddianın mübahisələndirilən hissədə əsassız olmadığı qənaətinə gəlməyə əsas verir və onun bu dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən ziyan bilavasitə cavabdehin təqsiri üzündən baş verdiyindən, bu ziyana görə iddiaçı mülki məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Yuxarıda qeyd olunduğu kimi tərəflərin qarşılıqlı razılaşmasına əsasən cavabdeh avtomobillərin ABŞ-dan alışını və göndərilməsinin təşkili vəzifəsini öz üzərinə götürüb. Bununla əlaqədar cavabdeh tərəfindən bütün avtomobillər ABŞ-dan "xxxx" Şirkətinin sahibi gürcü millətindən olan X adlı şəxsin adına alınıb. Göründüyü kimi, tərəflər arasında olan razılaşmaya görə cavadeh, həm də "xxxx" Şirkətinin sahibi gürcü millətindən olan X hərəkət və ya hərəkətsizliyi ilə bağlı iddiaçı qarşısında yarana biləcək mülki məsuliyyəti Mülki Məcəllənin 448.3-cü maddəsinin tələbinə əsasən öz üzərinə götürüb. İ şin bu halı vəkil Georgi Amiranaşvili vasitəsi ilə cavabdehin ərizəsi əsasında X qarşı Gürcüstan Respublikasının DİN-nin Baş kriminal Polis İdarəsində cinayət işinin başlanması, lakin sonradan cavabdehin həmin vəkilin xidmətindən imtina etməsi ilə də təsdiq olunur. Cavabdeh özü də 22 ədəd avtomobilin dəyərinə 25 faiz cərimə tətbiq olunmamışdan əvvəl iddiaçıya ünvanladığı səs yazısında da məhz avtomobillərin daşınma xərcinə görə onun tərəfindən yenidən edilmiş ödəmənin əsassız olmasına görə şəxsən aber X qarşı öz iradını bildirdiyi ifadə olunur. Daha sonra həmin səs yazısında “Çikaqoya” gedərək 74.000 ABŞ dollarını ondan geri alacağından bəhs edilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edib bu qənatə gəlir ki, apellyasiya i nstansiyası məhkəməsi iddianı 195.000 ABŞ dolları tələbinə aid hissədə təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının kassasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı 38.628 avro faiz tələbinə aid hissədə rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, iddiaçı məhz sözügedən avtomobillərin daşınması ilə bağlı çəkdiyi xərclərə, ziyana görə Bankla kredit müqavilələri bağlayıb kredit götürməsi və həmin xərclərə, ziyana görə 38.628 avro məbləğində faiz ödəməsi özünün izahatından başqa digər yazılı sübutlarla təsdiq olunmur və bu məqsədlə onun əlavə ödənişlər etməsi işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış halla rına əsasən müəyyən edilmir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəs i mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, tərəflərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətində və iddiaya etirazlarında göstərdikləri digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(105)-702/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar