Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5179/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı1, vəkili 1, cavabdeh2, cavabdeh3, onların və cavabdeh1 vəkili 2 iştirakı ilə, Cavabdeh1, cavabdeh2 və cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2909/2019 nömrəli iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rаyоn Məhkəməsinin (hakim E.A.Nuriyev) 1 9 noyabr 2018-ci il tarixli, 2(007)291/2018 nömrəli qətnаməsi ilə ilk iddia tələbi üzrə iddiaçıı1, iddiaçı2, iddiaçı3 və iddiaçı4 cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı mənzilə dair istifadə qaydalarının müəyyən olunması tələbinə dair ilk iddiasının təmin edilməsi, Bakı şəhəri, ünvan 1-də 65 saylı mənzilinin giriş qapısından sağda yerləşən zal və zalın yanındakı yataq otağın iddiaçı1, iddiaçı2, iddiaçı3, iddiaçı4 istifadəsinə verilməsi, yardımçı sahələr (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılması, ilk iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun – cavabdeh1, cavabdeh2 və cavabdeh3 alınaraq iddiaçı1, iddiaçı2, iddiaçı3 və İidiaçı4 verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh1, cavabdeh2 və cavabdeh3 alınaraq Dövlət Xəzinədarlığı Agentliy inin hesabına keçirilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar cavabdeh1, cavabdeh3 və cavabdeh3 cavabdehlər iddiaçı1, 2ddiaçı2, iddiaçı3 və iddiaçı4 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) 2(103)-2909/2019 nömrəli, 07 mart 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh1, cavabdeh2 və cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Nizami rayon Məhkəməsinin iş üzrə 19 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İlk iddia tələbi üzrə iddiaçı1, iddiaçı2, iddiaçı3 və iddiaçı4 cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı mənzilə dair istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 1 ilə 02.09.1993-cü il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Onların birgə nikahdan dörd övladları dünyaya gəlmişdir. Onlardan biri Kərimova Aidə Nazim qızı hazırda yetkinlik yaşına çatmamışdır. Cavabdeh 1 təqsiri üzündən nikahları pozulmuşdur. Nikaha daxil olduqdan sonra o, eləcə də, birgə nikahlarından dünyaya gəlmiş övladları bu günə kimi Bakı şəhəri, ünvan 1 -də mənzil 65 ünvanında yaşayırlar. Həmin mənzildə eyni zamanda cavabdeh 1 və cavabdeh2 yaşayırlar. Yaşadıqları mənzil 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsusdur. Yaşadıqları mənzil 4 otaqdan ibarətdir. Otaqların hər biri digərindən təcrid olunmuş vəziyyətdədirlər. Cavabdehlər onun və uşaqlarının konstitusion hüquqlarını kobud şəkildə pozur, onların mənzildə normal yaşamalarına hər vasitə ilə mane olurlar. Belə kı, cavabdeh1 və cavabdeh2 günün əksər hissəsini mübahisəli mənzildə qeydiyyatda olan, lakin başqa ünvanda yaşayan Kərimova Şəbinə Hüseyn qızının evində olurlar. Mübahisəli mənzildən çox az hallarda istifadə edirlər və həmin mənzilə arada bir gəlirlər. Mənzildə o və övladları daimi yaşadıqlarından mənzilin kommunal sahələrindən də adətən onlar istifadə e dir. Kommunal sahələrdən istifadə ilə əlaqədar qazın, suyun və elektrik enerjisinin qəbz vasitəsi ilə, eləcə də müvafiq smart kartlar vasitəsi ilə ödənişinin edilməsinə zərurət yaranmasına baxmayaraq, cavabdehlər qəbzləri, smart kartları onlardan gizlədirlər, müvafiq ödənişlərin edilməsinə mane olurlar ki, mənzildən istifadə etmələri çətinləşsin və mənzili tərk etsinlər. Lakin hesab edir ki, cavabdehlərin bu hərəkətləri qanunsuzdur, kommunal hesabların cavabdehlərin adına olması və müvafiq ödəniş vasitələrinin də onlarda olması komunal ödənişlərin edilməsinin mümkün olmaması və nəticədə qazın suyun və işığın kəsilməsi ilə normal yaşayışları tamamilə çətinləşir. O nikaha daxil olduğu vaxtdan, yəni 1993-cü ildən mübahisəli mənzildə yaşamış və cavabdehlərlə ümumi təsərrüfat aparmışdır. Mübahi səli mənzil dövlətə məxsus olmuş, o və övladları həmin mənzildə cavabdehlərlə bərabər hüquqlara malik olaraq mənzildən istifadə etmiş və hal-hazırda da istifadə edir. Bu səbəbdən onun və övladlarının mənzildə yaşayan digər ailə üzvləri ilə bərabər hüquqları olduğundan hesab edir ki, cavabdehlərin mövcud vəziyyətdən sui-istifadə hallarının aradan qaldırılması üçün eyni zamanda onun da adına mənzilə dair sosial kirayə müqaviləsi bağlanmalı və mənzilə dair istifadə qaydası müəyyən edilməlidir. Göstərilənlərə əsasən, ilk iddia tələbi üzrə iddiaçı1, iddiaçı2, iddiaçı3 və iddiaçı4 istifadələrində olan ünvan 1-də 65 saylı mənzilin giriş qapısından sağda yerləşən zal və zalın yanındakı yataq otağının onun və övladları iddiaçı2, iddiaçı3, iddiaçı4, istifadəsinə verilməsini, mətbəx, dəhliz və digər komunal sahələrin ümumi istifadədə saxlanılmasını, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar cavabdeh1, cavabdeh2 və cavabdeh3 cavabdehlər iddiaçı1, iddiaçı2, iddiaçı3 və iddiaçı4 qarşı «kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiaərizəsi və iddianın dəqiqləşdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 22 aprel 1977-ci il tarixli 174222 nömrəli orderlə Leonov küçəsi, ev 15/21 ünvanda yerləşən 65 saylı mənzil Kərimov Hüseyn Əvəz oğluna verilmişdir. 83 saylı MKİS-in 1326 saylı 31.08.2016-cı il tarixli arayışından görünür ki, Leonov küçəsi ev 15/21 ünvanda yerləşən 65 saylı mənzil hal-h azırda ünvan 1 mənzil 65 adlanır. 24 avqust 1965-ci il tarixli evlənmək haqqında şəhadətnaməyə əsasən, iddiaçı 1 cabadeh 1 nikaha daxil olmuşdur. Birgə nikahlarından 4 övladları - 04.07.1966-cı il təvəllüdlü, 31.08.1967-ci il təvəllüdlü, 27.12.1968-ci il təvəllüdlü və 24.05.1973-cü il təvəllüdlü doğulmuşdur. 29 mart 2016-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, Kərimov Hüseyn Əvəz oğlu 10 mart 2016-cı il tarixdə ürək çatmamazlığı diaqnozu ilə vəfat etmişdir. 83 saylı MKİS-in 1325 saylı 31.08.2016-cı il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 1-də mənzil 65 orderdə adı olanlar haqqında: Kərimov Hüseyn Əvəz oğlu ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılıb; Kərimova Səidə Hüseyn qızı 18.06.1992-ci ildə qeydiyyatdan çıxıb; Kərimova Sevda Hüseyn qızı 06.11.l992-ci ildə qeydiyyatdan çıxıb. İddiaçı 1 cavabdeh 1 ilə 02.09.1993-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 24.09.1993-cü il təvəllüdlü, 05.01.1995-ci il təvəllüdlü, 06.02.1998-ci il təvəllüdlü, 28.02.2002-ci il təvəllüdlü övladları dünyaya gəlmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 noyabr 2015-cı il tarixli 2(007)- 3750/2015 saylı qətnaməsi ilə Kərimov Nazim Hüseyn oğlu ilə Kərimova Gülnar Kamil qızı arasında 02 sentyabr 1993-cü ildə Bakı şəhəri Nizami rayon VVAQ şöbəsində bağlanmış 656 saylı nikah qeydiyyatının pozulması, 06.02.1998-ci il təvəllüdlü İddiaçı4 və 28.02.2002-ci il təvəllüdlü anaları iddiaçı1 yanında saxlanılması, cavabdeh 1 12 noyabr 2015-ci il tarixdən başlayaraq, 1998-ci il təvəllüdlü və 28.02.2002-ci il təvəllüdlü yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçıya verilməsi qət edilmişdir. 28 iyul 2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, cavabdeh1 ilə iddiaçı1 arasında bağlanmış nikah ləğv edilmişdir. 83 saylı MKİS-in 31.08.2016-cı il tarixli 1325 saylı arayışında qeyd edilmişdir ki, cavabdeh2 ünvan 1, mənzil 65 ünvanında yaşayır. Daimi qeydiyyatda olanlar aşağıdakılardır: 1946cı il təvəllüdlü Kərimova Sənəm Qurban qızı (özü) 1977-ci ildən; 1973-cü il təvəllüdlü Kərimova Şəbinə Hüseyn qzı (qızı) 1977-ci ildən; 1968-ci il təvəllüdlü Kərimov Nazim Hüseyn oğlu (oğlu) 1990-cı ildən; 1971-cı il təvəllüdlü Kərimova Gülnar Kamil qızı (gəlini) 2005-ci ildən; 1993-cü il təvəllüdlü Kərimova Sevinc Nazim qızı (nəvəsi) 2005-ci ildən; 1995 -ci il təvəllüdlü Kərimova Salatın Nazim qızı (nəvəsi) 2005-ci ildən; 1998-ci il təvəllüdlü Kərimova Nərgiz Nazim qızı (nəvəsi) 2005-ci ildən; 2002-ci il təvəllüdlü Kərimova Aidə Nazim qızı (nəvəsi) 2005-ci ildən; Göründüyü kimi, cavabdehlər iddiaçının keçmiş ailə üzvləri olsalar da, iddiaçının mülkiyyətində olan mənzildə yaşayır və orada əsassız olaraq hələ də qeydiyyatdadırlar. İddiaçı Cavabdeh2 sözügedən mənzilin mülkiyyətçisi, sahibi olan keçmiş əri Hüseyn Kərimovla birlikdə sözügedən mənzili birgə nikah zamanı əldə etmişlər, birgə gəlirləri hesabına almışlar. İddiaçı özü də həmin mənzilin birgə, paylı mülkiyyətçisidir. H.Kərimov 10.03.2016-cı ildə öldükdən sonra sözügedən mənzildə iddiaçı Sənəm Kərimova yaşamaqda davam etmiş, ərindən qalan mirası faktiki olaraq qəbul etmişdir. Cavabde h2 mənzili özəlləşdirmək istədikdə və öz adına icarə müqavilə bağlamaq, reyestrdən çıxarış almaq istədikdə formal da olsa mənzildə qeydiyyatda olan cavabdehlərin razılığı tələb edilmiş, cavabdehlər bu razılığı verməkdən imtina etmişlər. Cavabdehlər 2005-ci ildən sözügedən mənzildə yaşamağa başlamış, qeydiyyata düşmüşlər. Cavabdehlər mənzildə müvəqqəti olaraq yaşamağa başlamış, müvəqqəti qeydiyyata düşmüşlər. İndi isə qeydiyyatdan çıxmırlar, mənzilin özəlləşdirilməsinə maneəçilik törədirlər. Cavabdehlərin mənzilə istifadə hüquqları yaranmamışdır. Cavabdehlər iddiaçıya Sənəm Kərimovaya qarşı nalayiq hərəkətlər edir, onu döyür, təhqir edirlər, onlarla birlikdə yaşamaq mümkün deyildir. Göstərilənlərə əsasən, iddiaçılar Cavabdeh2 Qurban qızı, Cavabdeh1 və Kərimova Səbinə Hüseyn qızı cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ünvan 3 ünvanında yerləşən 65 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin ünvan 3 ünvanında yerləşən 65 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1, cavabdeh2 və cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2909/2019 nömrəli iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılıb araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq n ormalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh3, cavabdeh2, onların və cavabdeh1 vəkili 2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı1 və vəkili 1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏ SƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2909/2019 nömrəli, 07 mart 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hisssəsində ləğv edilməklə həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçılar 20 ildən artıq müddətdə sözügedən m ənzildə yaşadıqlarından, yaşayış sahəsinə istifadə hüququ əldə etdiklərindən ilk iddia təmin olunmalı, Bakı şəhəri Azər Manafov küçəsindəki 15/21 saylı evin 65 saylı mənzilinin giriş qapısından sağda yerləşən zal və zalın yanındakı yataq otağı ilk iddia üzrə iddiaçılar İddiaçı1 Kamil qızının, İddiaçı2 qızının, İddiaçı3 Nazim qızının, Kərimova Nərgiz Nazim qızının və Kərimova Aidə Nazim qızının istifadəsinə verilməsi, yardımçı sahələrin (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən ilk iddia üzrə iddiaçılar daimi olaraq mübahisəli mənzildə yaşadıqlarından qarşılıqlı iddianın dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ilkin iddia üzrə nətic ələri işin həqiqi hallarına uyğun olmamaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Azərbaycan SSR-in Bakı şəhəri Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən Kərimov Hüseyn Əvəz oğlunun adına verilmiş 22 aprel 1977-ci il tarixli 174222 №-li orderə əsasən Kərimov Hüseyn Əvəz oğluna Bakı şəhəri Leonov küçəsindəki 15/21 saylı evin 65-ci 4-otaqlı mənzilinə özü, ailə üzvləri – Cavabdeh2 Qurban qızı, Kərimova Sevda Hüseyn qızı, Kərimova Səidə Hüseyn qızı, Cavabdeh1 Hüseyn oğlu və Kərimova Səbinə Hüseyn qızı olmaqla yaşayış hüququ verilmişdir. Kərimov Hüseyn Əvəz oğlu 10 mart 2016-cı il tarixdə «ürək çatmamazlığı»ndan Bakı şəhərində ölmü şdür. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin 11 avqust 2017-ci il tarixli 1059 saylı arayışına əsasən Kərimova Gülnar Kamil qızı 2005-cı ildən, Kərimova Sevinc Nazim qızı 2005-cı ildən, İddiaçı3 Nazim qızı 2005-cı ildən, İddiaçı4 Nazim qızı 2005-cı ildən, Kərimova Aidə Nazim qızı 2005-cı ildən, Cavabdeh1 1990-cı ildən, Cavabdeh2 1977-ci ildən və Cavabdeh3 1977-cı ildən Bakı şəhəri Nizami rayonunun A.Manafov küçəsindəki 15/21 saylı evin 65-ci mənzilində qeydiyyatdadırlar. Həmin MKİSnin tərtib etdiyi sxemdən görünür ki, sözügedən mənzil 1974-cü ildə tikilmiş, yaşayış sahəsi – 62,0 kv.m, ümumi sahəsi – 78,0 kv.m, otaqların sayı – 4 (3 yataq otağı, zal, mətbəx, hamam, tualet daxil olmaqla). Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 noyabr 2015-cı il tarixli 2(007)-3750/2015 saylı qətnaməsi ilə Kərimov Nazim Hüseyn oğlu ilə Kərimova Gülnar Kamil qızı arasında 02 sentyabr 1993-cü il tarixdə Bakı şəhəri Nizami rayon VVAQ şöbəsində bağlanmış 656 saylı nikah qeydiyyatının pozulması, 06.02.1998-ci il təvəllüdlü Kərimova Nərgiz Nazim qızının və 28.02.2002-ci il təvəllüdlü Kərimova Aidə Nazim qızının anaları Kərimova Gülnar Kamil qızının yanında saxlanılması, Kərimov Nazim Hüseyn oğlundan 12 noyabr 2015-ci il tarixdən başlayaraq, 06 fevral 1998-ci il təvəllüdlü Kərimova Nərgiz Nazim qızının və 28.02.2002-ci il təvəllüdlü Kərimova Aidə Nazim qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108 mana t, cəmi 216 manat sabit pul məbləğində alimentin alınaraq, Kərimova Gülnar Kamil qızına verilməsi qət edilmişdir. İşin materiallarından görünür ki, ilk iddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, cavabdehlər Kərimova Gülnar Kamil qızının və uşaqlarının konstitusion hüquqlarını kobud şəkildə pozur, onların mənzildə normal yaşamalarına hər vasitə ilə mane olurlar. Belə kı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 günün əksər hissəsini mübahisəli mənzildə qeydiyyatda olan, lakin başqa ünvanda yaşayan Kərimova Şəbinə Hüseyn qızının evində olurlar. Mübahisəli mənzildən çox az hallarda istifadə edirlər və həmin mənzilə arada bir gəlirlər. Mənzildə o və övladları daimi yaşadıqlarından mənzilin kommunal sahələrindən də adətən onlar istifadə edir. Onun və övladlarının mənzildə yaşayan digər ailə üz vləri ilə bərabər hüquqları olduğundan hesab edir ki, cavabdehlərin mövcud vəziyyətdən sui-istifadə hallarının aradan qaldırılması üçün mənzilə dair istifadə qaydası müəyyən edilməlidir. İlk iddiaya olan etirazın əsasını iddiaçıların 2005-ci ildən sözügedən mənzildə yaşamağa başlaması, qeydiyyata düşmələri, hazırda isə qeydiyyatdan çıxmamaqla mənzilin özəlləşdirilməsinə maneəçilik törətmələri, onların mənzilə istifadə hüquqları yaranmaması, onların Sənəm Kərimovaya qarşı nalayiq hərəkətlər etməsi, döyməsi, təhqir etməsinə görə onlarla birlikdə yaşamaq mümkün olmaması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bi lən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxtda qüvvədə olan 1982-ci il tarixli Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bi r olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i.a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 03 avqust 2018-ci il tarixli 11768 №-li rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nizami rayonunun A.Manafov küçəsindəki 15/21 saylı evin 65 saylı mənzilinin, iddia ərizəsində göstərildiyi qaydada, təcrid mənzil şəklində ayrılmasının (bölünməsi), İnşaat norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsinin 101.3.-cü maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Bakı şəhəri, Azər Manafov küçəsindəki 15/21 saylı evin 65 saylı mənzilinin giriş qapısından sağda yerləşən zal və zalın yanındakı yataq otağın İddiaçı1, İddiaçı2, Kərimova Salatın Nazim qızının, Kərimova Nərgiz Nazim qızının və Kərimova Aidə Nazim qızının istifadəsinə verilməsinin əsasları kimi yalnız iddiaçıların 20 ildən artıq müddətdə sözügedən mənzildə yaşamaqları və onların yaşayış sahəsinə istifadə hüququ əldə etdiklərinə istinad etməsi ilə razılaşmaq olmaz. Belə ki, işin materiallarından görünür ki, Kərimova Gülnar Kamil qızı cavabdeh Kərimov Nazim Hüseyn oğlu ilə 02.09.1993-cü il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Onların birgə nikahdan dörd övladları dünyaya gəlmişdir. Onların həmin mənzildə yaşamaları işin mübaşisəsiz hallarındandır. Buna qədər isə Kərimov Hüseyn Əvəz oğlunun adına verilmiş 22 aprel 1977-ci il tarixli 174222 №-li orderdən görünür ki, ona Bakı şəhəri Leonov (A.Manafov) küçəsindəki 15/21 saylı evin 65-ci 4-otaqlı mənzilinə özü, ailə üzvləri – Cavabdeh2 Qurban qızı, Kərimova Sevda Hüseyn qızı, Kərimova Səidə Hüseyn qızı, Cavabdeh1 Hüseyn oğlu və Kərimova Səbinə Hüseyn qızı olmaqla yaşayış hüququ verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, 4 yaşayış otaqları 14,70 kv.m 11,60 kv.m, 19,60 kv.m, 16.2 kv.m sahələrindən ibarətdir. Lakin nə rəyd ən, nə də iş materiallarında olan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin sxemində mənzilində 3 yataq otağının və zalın hər birinin sahəsinin nə qədər olması qeyd edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə baxış keçirməməklə, ümumilikdə mənzildək otaqarının hər birinin ölçülərini müəyyən etmədən Bakı şəhəri Azər Manafov küçəsindəki 15/21 saylı evin 65 saylı mənzilinin giriş qapısından sağda yerləşən zal və zalın yanındakı yataq otağının məhz İddiaçı1, İddiaçı2, Kərimova Salatın Nazim qızının, Kərimova Nərgiz Nazim qızının və Kərimova Aidə Nazim qızının, yəni 5 nəfərin istifadəsinə verilməsinin əsaslarını düzgün müəyyən etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sənədlər əsasında mənzildə həmçinin Cavabdeh1 Hü-seyn oğlu 1990-cı ildən, Cavabdeh2 Qurban qızı 1977-ci ildən və Cavabdeh3 1977-cı ildən Bakı şəhəri, Nizami rayonunun A.Manafov küçəsindəki 15/21 saylı evin 65-ci mənzilində qeydiyyatda olmalarına istinad etsə də, kassasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, mənzildə Cavabdeh3 da övladları Ülkər və Gülər Kərimovalar da 2015-ci ildən qeydiyyatdadırlar. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin 11 av qust 2017-ci il tarixli 1059 saylı arayışında Cavabdeh3 övladlarının qeydiyyatda olmaları göstərilməmişdir. İş materiallarında olan Bakı şəhəri 15 saylı xüsusi notariat kontorunun notariusu A.K.Məmmədov tərəfindən Cavabdeh3 ünvanlanmış 26 yanvar 2018-ci il tarixli 42 №li məktubun surətindən müəyyən edilir ki, H.Ə.Kərimovun vərəsələri Cavabdeh2 qızının, Cavabdeh1, Əhmədova Səidə Hüseyn qızının, Kərimova Sevda Hüseyn qızının və Kərimova Səbinə Hüseyn qızının ərizəsi əsasında 24.09.2017-ci il tarixdə vərəsəlik işi açılmış, sənədlər tam təqdim edildikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə cavabdehlərin mübahisəli mənzilə gözlənilən mülkiyyət hüquqlarının (vərəsəlik qaydasınd a) olmasını nəzərə almadan, 4 yaşayış otaqlarının hər birinin sahələrini müəyyən etmədən faktiki olaraq mənzilin otaqlarını tərəflər arasında yarı bölməklə istifadə qaydasını müəyyən etmişdir ki, bu da sosial ədalət prinsirinə uyğun gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni ilk iddia üzrə cavabdehlərin iştirakı ilə da araşdırmasına üstünlük verməsə də, faktiki olaraq onların ilkin iddia ilə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə də araşdırma aparmamış, bu dəlillərə müfəssəl hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəm ələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyy ənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 80 və 81-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, zid diyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər t utduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etmə lidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən ilk iddia üzrə maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən apellyasiya məhkəməsinin qətnaməsinin həmin hissə üzrə ləğv edilməsi üçün əsasdır. Həmin normaya əsasən isə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini n əzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə aid hissədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxtda qüvvədə olan 1982-ci il tarixli Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifa dəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşay ış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçıların daimi olaraq mübahisəli mənzildə yaşamalarına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi işin hallarına uyğun, qanuni və əsaslı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayə ti qismən təmin edilməli, ləğv olunmuş hissə üzrə işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2909/2019 nömrəli, 07 mart 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hisssəsində ləğv edilməklə iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5179/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5179/2019
23.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver