Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-518/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-518/2019 04 fevral 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “YYY” X2 Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07avqust 2018-ci il tarixli 2(103)-8140/2019 nömrəli qətnaməsindən iddiaçı “YYY” İKB və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “YYY” X3 Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1908,49 ABŞ dolları əsas, 1012,08 ABŞ dolları faiz borcu, 574,83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3495,4 ABŞ dolları kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Qasımov) 27 aprel 2018-ci il tarixli, 2(008)-288/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 1908.49 ABŞ dolları əsas borcun, 26,31 ABŞ dolları faiz borcunun, 50 ABŞ dolları cərimənin, cəmi 1984.8 ABŞ dolları məbləğində borcun (ödənildiyi anda Azərbaycan Respubl ikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi qət olunmuş, iddia ərizəsi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Rafael Eyvazov, hakimlər Sənan Hacıyev, Fuad Talışinski) 07 avqust 2018-ci il tarixli 2(103)8140/2018 saylı qətnaməsi ilə iddiaçı “YYY” X2 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(008)288/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “YYY” X3 və vəkili X6 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın 07avqust 2 018-ci il tarixli 2(103)-8140/2018 saylı qətnaməsindən kassasiya şikayəti verərək onun ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh1 məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məl umat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlar a və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 25 ay müddətinə illik 24 % ödəmək şərtilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq həmin tarixdə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı İKB-nın məhkəməyə təqdim etdiyi maliyyə arayışlarından görünür ki, Cavabdeh1 25 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1908.49 ABŞ dolları əsas, 1012.08 ABŞ dolları faiz borcu, 574.83 ABŞ dolları cərimə borcu təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizası Mərkəzinin 28 fevral 2018-ci il tarixli, 28426 saylı rəyi ilə Cavabdeh1 İddiaçı İKB ASC-nə tərəflər arasında olan kredit müqaviləsinin bitdiyi 25.12.2015-ci il tarixə əsas borcu 3312.31 ABŞ dolları, faiz borcu isə 26.31 ABŞ dolları olması nəticəsinə gəlinmişdir. 25.12.2015-ci il tarixdən sonra cavabdeh tərəfindən banka 1925,07 ABŞ dolları ödəniş edilmiş, ekspert qarşısında qoyulmuş sualda kredit borcunun hesablanması 25.12.2015-ci il tarixədək soruşulduğundan ödənilən 1925,07 ABŞ dolları hesablamada nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, digər cavabdeh - Cavabdeh2 isə tərəflər arasında bağlanmış zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən kredit v ə kredit borcuna hesablanmış faizlərin tutulmasına dair iddia tələbi qismən 1908,49 ABŞ dolları əsas borc, 26,31 ABŞ dolları faiz üzrə borcu hissəsində əsaslıdır, tələb edilən dəbbə pulu isə 50 ABŞ dollarınadək azaldılmalıdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən dəyişdirmədən saxlamışdır. Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə tərəfindən cavabdehin kredit borcu 25.12.2015-ci il tarixədək m üəyyən edilərək, iddia həmin hissədə təmin edilmişdir. Halbuki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə 13.04.2015-ci il tarixli və 28.04.2016-cı il tarixli əlavələrlə kreditin müddəti əvvəlcə müddəti 13.06.2016-cı il tarixədək, sonra isə 13.07.2016-cı il tarixədək uzadılmış və həmin tarixlərdə yeni ödəniş qrafikləri tərtib edilərək qalıq borcun məbləği müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müd dəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. (Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarı) Buna görə də, məhkəmə tərəfindən cavabdehin 13.07.2016-cı il tarixədək olan əsas və faiz borcu müəyyən edilməli olduğu halda, məhkəmənin kredit üzrə əsas borc və faizlərin 25.12.2015-ci il tarixə müəyyən edilərək tutulması düzgün olmamışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “YYY” İKB-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.08.2018-ci il tarixli 2(103)-8140/2018 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-518/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-518/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver