Məhkəmə qərarları › İş №2(102)-518/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-518/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-518/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: zaminlik müddətinin keçməsi, zaminlik öhdəliynə xitam verilməsi, ölmüş şəxsə qarşı iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(106)-1801/2022 nömrəli, 15 sentyabr 2022- ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və Bank) 23 sentyabr 2014-cü il tarixdə 37L000002835 saylı kredit müqaviləsinə əsasən X1 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur.

2. Kredit xətti müqaviləsi üzrə cavabdehə 23 sentyabr 2014-cü il tarixdə bağladığı 37R000003517 saylı kredit razılaşması əsasında aylıq 2.25 faiz olmaqla, 18 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq ş ərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Tərəflərin imzaladıqları 19 mart 2015-ci il tarixli, 37R000003517S saylı və 30 noyabr 2015-ci il tarixli 37R000003517SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir.

4. Müqavilə üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Bankla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə, Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə ayrı-ayrı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə X2 ilə eyni həcmdə məsuliyyəti öz üzərilərinə götürmüşlər.

5. X2 30 iyun 2016-cı il tarixində, Cavabdeh3 13 iyun 2021-ci il tarixində ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə 37R000003517 saylı kredit razılaşması üzrə 12975.68 ABŞ dolları məbləğində kredit borcu, 20573.51 ABŞ dolları məbləğində faiz borcu və 31334.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 64883.76 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 400.4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, borcalan kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq, dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə 25 dekabr 2015-ci il tarixdən hazırkı va xtadək ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh X2 öldüyündən və onun qanun və vəsiyyətnamə üzrə vərəsələri olmadığından kredit müqaviləsi üzrə borcun zaminlərdən tələb edilməsi zərurəti yaranmışdır.

8. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, bank ona qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququ olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə ona qarşı heç bir tələb irəli sürməmişdir. Belə ki, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 9. 11 avqust 2021-ci il tarixli maliyyə arayışında borcalanın 13 dekabr 2021-ci il tarixə 12975,68 ABŞ dolları məbləğində kredit borcu, 20573,51 ABŞ dolları məbləğində faiz borcu və 31334,57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 64883,76 ABŞ dolları məbləğində borcunun olduğu qeyd edilmişdir.

10. Cavabdehlərə ünvanlanmış məktublara əsasən müəyyən edilmişdir ki, cavabdehlər banka olan kredit borclarının ödənilməsinin zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişlər.

11. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 iyun 2022-ci il tarixli, 2(057)-423/2022 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, müqavilə tələbləri üzrə qanunda nəzərdə tut ulmuş 3 illik müddət ərzində iddiaçı ilkin olaraq əsas borcluya qarşı iddia qaldırmalı olduğu halda həmin müddəti ötürmüş və əsas borcluya qarşı deyil, zaminlərə qarşı iddia qaldırmışdır. Əsas borclunun 10 avqust 2016-cı ildə vəfat etməsinə baxmayaraq hüquqi varisi müəyyən olunmadan və ona qarşı tələb irəli sürülmədən zaminlərə qarşı tələb irəli sürülmüşdür.

13. Məhkəmə müəyyən etmişdir ki, zaminlərdən biri Cavabdeh3 da 13 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Zaminlərlə bağlanmış zaminlik müqaviləsində zaminlər kreditor qarşısında uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlamışlar. Uzunmüddətli kredit müqaviləsin də kreditin məbləği bir milyon ABŞ dolları, müddəti isə 120 ay qeyd olunmuşdur. Həmin kredit xətt müqaviləsində mühüm şərtlər, yəni məbləğ, müddət və faiz dərəcəsi konkret olaraq qeyd olunmamışdır. İstər uzunmüddətli və istərsə də kredit razılaşması barədə müqavilələrə zaminlər imza etməmiş və həmin müqavilələrin onlara təqdim olunması və ya onların bu barədə məlumatları olması haqqında məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

14. Məhkəmə tərəflər arasında ayrıca, yəni tələbkarla borclu arasında bağlanmış kredit müqaviləsini uzun müddətli xətt müqaviləsinin tərkib hissəsi kimi hesab etməmiş, həmin müqaviləyə ayrıca müqavilə kimi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında xx.xx.2014-cü ildə 18 ay müddətinə ayrıca müqavilə bağlanmışdır. Müqavilənin müddəti bitmədən tərəflər aras ında 19 mart 2015-ci il və 30 noyabr 2015-ci ildə iki ayrıca razılaşma olmuş, həmin razılaşmaya əsasən tərəflər arasında münasibətlər dəyişmiş, müqavilə müddəti və faizlər fərqli razılaşma ilə rəsmiləşdirilmişdir. Lakin bu razılaşmalar barədə zaminlərin məlumatları olmamış, onlar həmin razılaşmaya imza etməmişlər.

15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 373, 375, 470.1, 470.2, 472.1, 472.2, 472.3, 474.1, 474.2, 474.3, 475.1, 475.2, 475.3 və 477-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslan dırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarını; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Mülki Məcəllənin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadı nəzərə alınmamışdır. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad etsə də, həmin maddənin birinci cümləsi nəzərə alınmamış, düzgün təhlil və tətbiq etməmişdir. Belə ki, sözü gedən maddənin 1-ci cümləsinin məzmununa görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. İddiaçı ilə cavabdehlər zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə həmin müddət 23.09. 2024-cü il tarixinə kimi müəyyən edilmiş və iddiaçı tərəfindən irəli sürülən tələb isə qeyd olunan müddət daxilində olmuşdur. İstinad olunan maddənin 2-ci cümləsindəki 1 və ya 2 illik iddia müddətinin tətbiq edilməsi tərəflər arasında bağlanmış müqavilədə belə müddət təyin edilmədiyi hallara şamil olunur. Lakin hazırkı mülki işə əlavə edilmiş sənədlərdən göründüyü kimi zaminlik müqaviləsində onun verilmə müddəti konkret olar aq müəyyən edilmişdir. Bu səbəbdən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsi hazırkı məsələyə aid olmadığından tətbiq edilməməlidir.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1801/2022 nömrəli, 15 sentyabr 2022-ci tarixli qətnaməsi ilə (hakimlər- Z.A.Zeynalov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və T.S.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 373, 375, 470.1, 470.2, 472.1, 472.2, 472.3, 474.1, 474.2, 474.3, 475.1, 475.2, 475.3 və 4 77-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin tam ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.

25. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zam in başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

27. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Prosessual Məcəllə

29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə

48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki proses sual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

34. Maddə 153.2.1. Ərizə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

35. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

39. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddianın rədd olunması hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan qətnamənin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, zamin bir qayda olaraq kreditor qarşısında əvəzsiz şəkildə öhdəlik götürür, kreditor zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də qanunla müəyyən edilmiş müddət keçdiyi halda zaminliyin xitam olunmasıdır.

44. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbet mə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.

45. Göründüyü kimi, bir qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını da nəzərdə tutaraq, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanun a əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur.

46. Baxılan işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti borcalanla Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli sazişdə dəqiq şəkildə göstərilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, kredit xətti müqaviləsində həmin xəttin açıq olmasının son müddəti Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilən öhdəliyin icrası vaxtı ilə eyniləşdirilə bilməz. Çünki kredit xəttində göstərilən müddət həmin müqavilə əsasında Bankın borcalana kredit ayırması üçün öhdəlik daşıdığı son tarixi müəyyən edir.

47. Kredit xətti əsasında verilən pul məbləğinin qaytarılması öhdəliyi həmin müqavilə çərçivəsində verilən kreditin şərtlərini, o cümlədən, qaytarılması (ö hdəliyin icra edilməsi) müddətini müəyyən edən konkret sazişlərlə tənzimlənir.

48. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə Bankla borcalan arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi ilə eyni gündə həmin tərəflər arasında kredit razılaşması imzalanmış, müqaviləyə əsasən Bank tərəfindən borcalana 20000 ABŞ dolları kredit 18 ay müddətinə verilmiş, kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2016-cı il olmuşdur. Əsas öhdəliyin icra vaxtı həmin tarixdən hesablandıqda Bank zaminlərə qarşı bir il ərzində - xx.xx.2017-ci ilədək iddia irəli sürməli olsa da, hazırkı iddia qeyd olunan müddətin bitdiyi tarixdən 5 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

49. Bankın öhdəliyin icrası müddətinin sonradan uzadıldığı barədə dəlilləri də iş üzrə fərqli nəticəyə gəlmək üçün əsas vermir. Çünki əvvəla məhkəmələr tərəfindən həmin həmin razılaşmalar barədə zaminlərin məlumatlı olmadığı müəyyən edilmişdir. Digər tərəfdən hətta zaminlərin həmin razılaşmalar barədə məlumatlı olduğu qəbul edilsə belə, əlavə sazişlərlə kredit müqaviləsi üzrə öhdəliyin son müddəti xx.xx.2018-ci il tarixədək uzadıldığı halda da Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmiş zaminin öhdəliyinə xitam verilməsi müddətləri keçmiş olur.

50. Beləliklə, Bank zaminlik müqavilələri ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlərə qarşı iddia qaldırmadığı üçün Cavabdeh1 və Cavabdeh2 zaminliyinə qanuna əsasən xitam verilmişdir. Bu baxımdan sonuncular hazırkı tələb üzrə Bank qarşısında zamin kimi məsuliyyə t daşıya bilməz.

51. Hazırkı iş üzrə zaminlərin öhdəliyinə xitam verilməsinin hüquqi əsasını Mülki Məcəllənin 477.0.4-cü maddəsi təşkil etdiyi üçün məhkəmələr tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərardadının nəzərə alınmadığı barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərardadının qəbul edilməsinə əsas olmuş 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelər zaminliyə Mülki Məcəllənin 477.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verilməsi ilə bağlı olmuşdur.

52. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

53. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 13 iyun 2021-ci il tarixdə, yəni iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən əvvəl ölmüşdür.

54. Bu hal isə həmin şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılması üçün deyil, qeyd olunan cavabdehə aid hissədə iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur.

55. Çünki Mülki Məcəllənin 25.2-ci və MPM-in 48, 153.2.1-ci maddələrinə əsasən ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığından ona qarşı iddia irəli sürülə və belə iddia icraata qəbul edilə bilməz. Əgər icraata qəbul edildikdən sonra bu hal müəyyən edilərsə MPM-in 261.0.1-ci maddəsinə əsasən həmin şəxsə aid hissədə iş üzrə icraata xitam verilməlidir. Lakin işə baxmış məhkəmələr həmin şəxsə qarşı verilmiş iddiaya da mahiyyəti üzrə baxmışlar.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1801/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə ləğv olunsun və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar