Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5180/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli 2(103)3522/2018 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş № 2(011)-8067/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 maddi ziyana görə 23.000 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 24.000 manat müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın Cavabdeh1 münasibətdə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, E.C.Kazımov və İ.S.Şirinov) Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 17 oktyabr 2016-cı il tarixdə Cavabdeh2 Cavabdeh3 məxsus avtomobili etibarnamə olmadan idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmuş nəticədə yolun sağında dayanmış mikroavtobusun arxa qapısını bağlayan İddiaçı v urmaqla onun sağlamlığına ağır zərər vurmuşdur. Həmin hərəkətinə görə Cavabdeh2 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 may 2017-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla həmin müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddia qismən təmin edilərək Cavabdeh2 zərərçəkmiş İddiaçı xeyrinə 4000 manat tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarı ilə Qaradağ rayon məhkəməsinin hökmü mülki iddiaya aid hissədə ləğv edilərək mülki iddia baxılmamış saxlanılmışdır. 2018-ci ilin sentyabr ayında İddiaçı cavabdehlər Cavabdeh1 Ziyad oğlu, X3 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin hərəkəti nəticəsində ona 45.000 manat məbləğində madd i, 30.000 manat məbləğində isə mənəvi ziyan dəyməsini əsas göstərməklə həmin ziyanın müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 qətnamədən kassasiya şikayəti verərək iddiaçıya tələb etdiyi məbləğdə maddi və mənəvi ziyan dəyməsi barədə mötəbər sübutların olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Qətnamədən həmçinin İddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan son ra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdə olan “xxxx” MMC-nin verdiyi arayışlardan aydın olur ki, İddiaçı həmin hospitalda əməliyyat və müalicəsi həyata keçirilmiş və bununla əlaqədar çəkilmiş xərclərin miqdarı 41.000 manat təşkil edir. İddiaçı tərəfindən hospitala 33.000 manat nağd şəkildə ödənilmiş, 8000 manat isə borcu qalmışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya dəymiş maddi ziyana görə Cavabdeh2 qohumları tərəfindən 18.000 manat ödənilmişdir. Bununla əlaq ədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əməliyyata və müalicəyə görə ödədiyi həmin 23.000 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmalıdır. Cavabdeh2 ondan maddi ziyana görə tutulması qət olunmuş məbləğlə razılaşmasa da vurulmuş ziyanın daha az məbləğ təşkil etməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (1096.1.) Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (1096.2.) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mü lki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mən bə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İddiaçıya maddi ziyanın dəyməsi cavabdehin bilavasitə təqsirli hərəkəti nəticəsində baş verdiyindən kollegiya hesab edir ki, Cavabdeh2 vurduğu maddi ziyana görə iddiaçı qarşısında maddi məsuliyyət daşıyır və bununla əlaqədar kollegiya hesab edir ki, dəymiş maddi ziyanın ödənilməsinin eyni zamanda onun üzərinə qoyulması qanuni və əsaslı olmuşdur. Baş vermiş hadisə nəticəsində iddiaçı sarsıntı və iztirab keçirməklə ona mənəvi zərər dəydiyindən məhkəmə kollegiyası mənəvi ziyanla əlaqədar iddianın da qismən – 1000 manat məbləğində təmin olunmasını əsaslı saymışdır. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesa b edir ki, mübahisə müəyyən olunmuş sübutlara və qanunun tələbinə uyğun həll edildiyindən kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 07 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5180/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5180/2019
24.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver