Məhkəmə qərarları › İş №2(102)-5180/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5180/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5180/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)-67/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1634/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Ə.Məhərrəmova) İddiaçı QSC Cavabdeh1 və digərlər inə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 və Fərhad Cabbarlıdan müştərək qayadada ödəniş günü milli manata məzənnədə 469.78,63 ABŞ dolları əsas, 6.809,54 ABŞ dolları faiz borcu, 3.000 ABŞ dolları cərimə olmaqla, cəmi 56.788,17 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda 0,0202 ha torpaq sahəsində yerləşən 263,7 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binasına və Cavabdeh2 məxsus olan ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 224.0 kv.metrdən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hes abına Cavabdeh1 iddiaçıya olan borcunun ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 55.000 manat, Cavabdeh2 məxsus olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 məxsus olan ipoteka predmetinin satışından artıq qalan pul vəsaitinin Cavabdeh1 verilməsi, Cavabdeh1 məxsus olan qeyri yaşayış binasına tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması və iddiaçıya təhvil verilməsi, eləcə də Cavabdeh2 məxsus olan ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh2 verilməsi, Cavabdeh2 məxsus olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönə ldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılaraq ipoteka predmetinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdehlər qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)-67/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, C.A.Yusifov və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 qətnamədən kasasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli m anata məzənnədə kredit razılaşması üzrə 46.978,63 ABŞ dolları əsas, 6.809,54 ABŞ dolları faiz borcu, 17.248,88 ABŞ dolları cərimə olmaqla, cəmi 71.037,05 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Siyəzən şəhəri, H.Əliyev küçəsi, 0.0202 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 263,7 kv.metr ümumi sahədən ibarət 202 saylı qeyri yaşayış binasına və Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Əliağa Vahid küçəsindəndə yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 77 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cav abdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetlərinə tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra ipoteka predmetlərinin boşaldılması, eləcə də Cavabdeh2 fərdi yaşayış evindən, torpaq sahəsindən istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən, fərdi yaşayış evindən çıxarılması və ipoteka predmetlərinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində iş üzr ə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı QSC, Cavabdeh1, vəkili Vəkil və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və p rosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 467, 739, 74 1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, apelyasiya baxışı zamanı müəyyən olundu ki, Cavabdeh2 xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Hazırki iddia tələbləri üzrə prosessual hüquq varisliyinə yol verildiyinə görə Azərbaycan Respublikası MPM-nin 58.1-ci madd əsinə əsasən, Cavabdeh1 mülki iş üzrə Cavabdeh2 prosessual hüquq varisi kimi tanınmışdır. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2013-cü il tarixli kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi həmin tərəflər arasında xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus olan Siyəzən şəhəri, H.Əliyev küçəsində mülkiyyətində olan 0.0202 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 263.7 kv.metr ümumi sahədən ibarət 202 saylı qeyri-yaşayış binası iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda kredit xətti müqaviləsi üzrə həmin tərəflər arasında xx xxxx 2013-cü il tarixli kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla 50.000 ABŞ dolları kredit verilmişdir. Həmçinin tərəflər arasında xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.25 faiz olmaqla 36 ay müddətinə 65.000 ABŞ dolları kredit verilmişdir. Kredit xətti müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqa viləyə əsasən Cavabdeh2 məxsus olan Siyəzən şəhəri, Əliağa Vahid küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 77 saylı fərdi yaşayış evi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra, kredit xətti müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx xxxx 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşıyacağını bildirmişdir. Hazırda iddiaçı iddia edir ki, Cavabdeh1 sözügedən müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir və onun kredit müqaviləsi üzrə əsas kredit borcu 46.978,63 ABŞ dolları, faiz borcu 6.809,54 ABŞ doll arı, dəbbə pulu 17.248,88 ABŞ dolları olmaqla, cəmi 71.037,05 ABŞ dolları təşkil edir. Cavabdeh1 isə kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində iddia tələbləri ilə razılaşmayıb ona etiraz etmişdir. Kredit borcunun müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2017-ci il tarixli rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh1 xx xxxxxx 2016-ci il tarixədək (sualda göstərilən tarixinədək) iddiaçıya olan borcu 57.088,02 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən xx xxxxxx 2016-cı il tarixə əsas borc üzrə 49695,77 ABŞ dolları, faiz borcu üzrə 7392,25 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin həcminə uyğ un olaraq əsas və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı və xx xxxxxx 2017-ci il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462, 467, 470.1, 472.1, 472.2-ci maddələrinə əsaslanaraq apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərb aycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü maddələrinə əsaslanaraq apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaklara yönəldilərək, açıq hərracdan satılmasını və qanunla müəyyən edilmiş müddətdə boşaldılmasını tələb etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, kredit borcunun şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılmayıb, eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqavil ələrinə aid ödəniş cədvəli, maliyyə arayışı və hesabdan çıxarışda, o cümlədən ekspert rəyində olan məlumatlarla təsdiq olunur. Cavabdeh1 isə kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində kredit borcunun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutları, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrinə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessua l hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qiymətləndiricinin rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasın ın təyin edilməsi əsasları Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırki işdə, qeyd olunan əsaslar mövcud deyil. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş üzrə verilmiş rəylər mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəylər birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspertlər tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh1 isə ekspert rəylərinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş və MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.1-ci maddələrinin tələblərinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya m ənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra ipoteka predmetlərinin boşaldılması nəticəsinə gəlmişdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edib bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edil miş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kas asiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)67/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar