Məhkəmə qərarları › İş №2(102)-5181/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5181/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5181/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun borclu və zaminlərdən tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxx nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 oktyabr 2020-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı” ASC-nin Əhmədli filialı (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh3 arasında 29.12.2014-cü il tarixdə bağlanmış 009CASA143630004 saylı kredit müqaviləsinə əsasən “Kreditverən” 12600 ABŞ dolları məbləğində pul vəsaitini 36 ay müddətinə “Borcalanın” istifadəsinə təqdim etməyi, Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kreditverənə” qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.03-cü bəndinə görə, borcalan alınmış kredit üçün illik 25 faiz ödəməlidir. İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh3 arasında 01.04.2016-cı il tarixdə bağlanmış 009CASA143630004 saylı 29.12.2014-cü il tarixli kredit müq aviləsinə 1 saylı Əlavədən görünür ki, 29.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş kredit üçün müəyyən edilmiş faiz dərəcəsi 8 faiz dərəcəsinə dəyişdirilir. İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh3 arasında 06.05.2016-cı il tarixdə bağlanmış 16009-1441/481053 saylı kredit müqaviləsindən görünür ki, tərəflər qəbul edirlər ki, Borcalan kreditverən qarşısında 29.12.2014-cü il tarixli müqaviləyə əsasən olan mövcud öhdəliyini lazımi qaydada icra edə bilmir və bu səbəbdən kredit müqaviləsinin imzalanmasına dair razılığa gəlirlər. Müqaviləyə əsasən kreditverən 60 ay müddətinə 8533 ABŞ dolları məbləğində pul vəsaiti illik 10 faiz ödənilməsi şərtilə Borcalana vermişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2016-cı il tarixli 16009-1441/152312Z saylı Zaminlik müqavilə sindən görünür ki, borclu tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra olunmadıqda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.05.2016-cı il tarixli 16009-1441/074817 saylı Zaminlik müqaviləsindən görünür ki, borclu tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra olunmadıqda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Kassa məxaric orderindən görünür ki, 12.600 ABŞ dolları məbləğində pul vəsaiti 29.12.2014cü il tarixdə Cavabdeh3 Zair oğlu tərəfindən alınmışdır. 09.06.2017-ci il tarixli Pretenziya məktubundan görünür ki, Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, əks halda kredit müqaviləs inin ləğvi və kreditin tam qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maliyyə arayışından görünür ki, cavabdehlərin Banka olan əsas kredit borcu 950.90 ABŞ dolları, faiz borcu 612.10 ABŞ dolları, cərimə borcu 77.65 ABŞ dolları olmaqla, cəmi 1640,65 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 06 may 2016-cı il tarixli 16009-1441/481053 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 950,90 ABŞ dolları məbləğində əsas kredit borcunun, 612,10 ABŞ dolları məbləğində faiz bo rcunun, 77,65 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 1.640,65 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 29.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 12.600 ABŞ dolları məbləğində nağd kredit verilmişdir. Kredit üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 İddiaçı ASC-nə müraciət edərək kredit müqaviləsinə əsasən tərtib olunmuş ödəniş cədvəli üzrə ödəniş etmək iqtidarında olmadığına görə kredit müqaviləsinə müvafiq Əlavənin imzalanmasını xahiş etmişdir. Bank cavabdehin xahişini nəzərə alaraq 29.12.2014-cü il tarixli kredit müqaviləsinə 01.04.2016-cı il tarixdə daha əlverişli şərtlərlə 1 saylı Əlavə bağlanmışdır. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında təkrar icra etməyən Cavabdeh3 06.05.2016-cı il tarixdə Banka müraciət edərək 29.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 8.533 ABŞ dolları məbləğində qalıq kredit borcunun daha əlverişli şərtlərlə yenidən maliyyələşdirilməsini xahiş etmişdir. Bank Cavabdeh3 xahişini nəzərə alaraq onunla 06.05.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və cavabdehə 60 ay müddətinə illik 10 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 8533 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit Cavabdeh3 29.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş borcun yenidən maliyyələşdirilməsi məqsədilə verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 06 may 2016-cı il tarixli zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Cavabdehlərin banka olan əsas kredit borcu 950,90 ABŞ dolları, faiz borcu 612,10 ABŞ dolları, cərimə üzrə borcu 77,65 ABŞ doları olmaqla, cəmi 1.640,65 ABŞ dolları təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 06.05.2016-cı il tarixli, 16009-1441/481053 saylı Kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 950.90 ABŞ dolları məbləğində əsas, 612.10 ABŞ dolları məbləğində faiz borcu, 77.65 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1640 (min altı yüz qırx beş) ABŞ dolları, 65 (altmış beş)sent məbləğində pul vəsaiti (ödəniş gününə olan manat məzənnəsi ilə)və 30 (otuz)manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər ilə iddiaçı arasında kredit və zaminlik müqaviləsi bağlanmış və cavabdehlərin bağlanmış kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsa s kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Cavabdeh3 Zakir oğlu apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklər kredit alan fiziki şəxs tərəfindən yerinə yetiril mədiyindən bank yaranmış borcu ondan tələb etmək hüququna malik olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə həmin dəlilləri əsassız hesab etmişdir. Belə ki, cavabdeh məhkəmə proseslərinin onun iştirakı olmadan keçirildiyini bildirsə də, iş materiallarından görünür ki məhkəmə iclaslarının vaxtı və yeri barədə ona rəsmi qaydada xəbərdarliq edilmişdir. Apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmaması, iddiaçı tərəfindən şişirdilməsi iddia edilsə də, apellyator tərəfindən bununla əlaqədar hər hansı bir sübut (o cümlədən, ödəniş qəbzləri) məhkəməyə təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuş, səhv tətbiq və təfsir etmişdir. Həmçinin işə birinci instansiya məhkəməsində baxılan zaman iştirakının lazımi qaydada təmin edilməməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədi klərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi ş ikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətində tutulan borcun məbləğini mübahisələndirmiş, digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişdirlər. Lakin tələb bölünməz olduğundan apelyasiya instansiyası məhkəməsi də qətnaməni apellyasiya şikayətinə münasibətdə tam yoxlamışdır. Hazırda kassasiya şikayəti verən Cavabdeh3 apelyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirir. Buna görə də, qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin birinci instansiya məhkəmə proseslərinin onun iştirakı olmadan keçirildiyi barədə apellyasiya şikayətinin dəlilləri apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Kassasiya şikayətində kassator maddi və prossesual hüquq normalarının tələblərinin pozulduğuna istinad etsə də, bu pozuntunun nədən ibarət olduğunu göstərməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmam alıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxx nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar