Məhkəmə qərarları › İş №2(102)-5182/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5182/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5182/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh və onun vəkili Vəkil2, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11649/2018 nömrəli iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 2(005)-2422/18 saylı 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 8000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumun tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin hazırkı iş üzrə 05 iyun 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 100 manat pulun tutularaq ona ver ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 18 mart 2017-ci il tarixdə Cavabdeh ilə onun qızı Şəbnəm arasında nikah bağlanmışdır. Nikahdan təxminən bir ay qabaq cavabdeh ona müraciət edərək xeyir işə hazırlıqla bağlı maddi çətinlik çəkdiyini və yaxınlarının ona kömək etmədiklərini bildirmiş və xahiş etmişdir ki, ona 8000 manat borc versin ki, layiqli şəkildə toy məclisi təşkil edə bilsin. Həmin məbləğin də toydan yığılan puldan qaytaracağını bildirmişdir. O, təbii ki, qızının xətrinə bu pulu ona vermişdir. Toy mərasimi keçirilmiş, lakin həmin pul cavabdeh tərəfindən ona qaytarılmamışdır. O, öz növbəsində cavabdehə heç nə deməmişdir. Lakin, artıq cavabdehlə qohumluq münasibətləri də kəsilmişdir. Belə ki, Naxçıvan şəhər məhkəmə sinin 23 fevral 2018-ci il tarixli qətnaməsi ilə onun qızı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Buna baxmayaraq həmin pul hələ də qaytarılmamışdır. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara tam, hərtərfəli və və obyektiv baxmamışdır. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı qızı X1 ilə Cavabdeh nikahda olmuşdur (cavabdeh iddiaçının kürəkəni olmuşdur). Onların arasında nikah bağlanmamışdan əvvəl İddiaçı bank vasitəsi ilə Cavabdeh ümumilikdə 8008 manat məbləğində pul vəsaiti göndərmiş və nəticədə 8004 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən qəbul edilmişdir. Hazırda İddiaçı qeyd edilən məbləği Cavabdeh borc verdiyini iddia edir və bu məbləği ondan tələb edir. Cavabdeh tərəf iddianı qəbul etməyərək qeyd edilən məbləğin iddiaçı tərəfindən həqiqətən də ona verildiyini, lakin borc məbləği qismində deyil, könüllü olaraq, gəlin köçən öz qızı üçün daha yüksək dəyəri olan qızıl-zinət əşyalarının alınması məqsədi ilə verildiyini, həmin vəsaitin məhz qızıl-zinət əşyalarının alınmasına sərf edildiyini və qızıl-zinət əşyalarının da hazırda iddiaçının qızı nda, yəni onun keçmiş arvadında olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hə rəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi cavabdeh iddiaçıdan 8000 manat məbləğində pul vəsaitinin alınmasını etiraf etmiş və bununla da iddiaçını bu halı sübut etmək vəzifəsindən (yükündən) azad etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh irəli sürdüyü mövqeyə uyğun olaraq bu pulun həqiqətən də iddiaçı tərəfindən ona könüllü olaraq və öz qızı üçün daha yüksək dəyəri olan qızıl-zinət əşyalarının alınması üçün verildiyini sübut etməli idi. Lakin cavabdeh bu barədə fikirlər söyləməsinə baxmayaraq öz mövqeyini, yəni 8000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən borc qismində deyil, məhz qızıl-zinə t əşyalarının alınması üçün verildiyini və nəticə etibarı ilə həmin vəsaitin qızıl-zinət əşyalarının alınmasına sərf etməsini təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab etmişdir ki, qeyd edilən 8000 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə borc qismində verilmiş vəsait kimi də qiymətləndirilə bilməz. Belə ki, mülki qanunvericiliyə 2016-cı ilin may ayında edilmiş dəyişikliyə uyğun olaraq 740-cı maddənin mətni yeni redaksiyada verilmiş və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanması imperativ qaydada təsbit edilmişdir. Lakin tərəflər qanunvericiliyin bu tələblərinə riayət etməmiş v ə aralarında yazısı şəkildə borc müqaviləsi bağlamamışdılar. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan X3 məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan X2 hesabına əmlak əldə etmə və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qənaəti işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, qanuni və əsaslı olmuşdur. Tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiya məhkəməsində işə baxılarkən də irəli sürülmüş, məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Kassasiya şikayətində həmin pulun ona bağışlanmasını qeyd edən cavabdeh etirazının əsası kimi istinad etdiyi bu halı əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11649/2018 nömrəli iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar