Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5183/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsindən məcburi çıxarılma və pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-608/2020 saylı, 02 mart 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-207/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.S.Məmmədov) İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsindən məcburi çıxarılma və pul tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən, sahəsi 15.8 kv.m. olan qeyri-yaşayış sahəsi boşaldılaraq, Cavabdeh və digər şəxslərin həmin qeyri-yaşayış sahəsindən çıxarılması və ünvan 1 ünvanında yerləşən, sahəsi 15.8 kv.m. olan qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh maddi ziyan olaraq, 87.700 (səksən yeddi min yeddi yüz) manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-608/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.Y.Şamayev) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-207/2019 saylı iş üzrə qəbul etdiyi 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsindən məcburi çıxarılma və pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsindən məcburi çıxarılma və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabbeh X5 üzərinə ona məxsus olan Yasamal rayonu, Təbriz Xəlilbəyli * ünvanında yerləşən 15.8 kv.m. qeyri-yaşayış sahəs ini boşaltmaq, qeyri-yaşayış sahəsini ona qaytarmaq vəzifəsi qoyulmaqla cavabdehin və həmin sahədə qanunsuz yerləşdirilmiş digər şəxslərin qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması, cavabdehdən ona məxsus olan Yasamal rayonu, Təbriz Xəlilbəyli * ünvanında yerləşən 15.8 kv.m. qeyriyaşayış sahəsindən onun qanunsuz zəbt edərək istifadə etməsi və həmin sahədən çıxmaması nəticəsində vurulmuş zərər qismində 61.800 manat pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə verərək, dəymiş zərərin müddətinin 06 yanvar 2012-ci ildən 31 iyul 2019-cu il tarixədək, yəni 91 ay üçün, məbləğini isə 87.700 manat müəyyən edərək cavabdehdən tutulmasını və həmçinin cavabdeh X5 üzərinə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 15.8 kv.m. qeyri-yaşayış sahəsini boşaltmaq, həmin sahəni ona qaytarmaq vəzifəsi qoyulmaqla cavabdehin və həmin sahədə qanunsuz olaraq, yerləşdirilmiş digər şəxslərin adı çəkilən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması tələbini irəli sürmüşdür. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında zirzəmi hissədə yerləşən 15.8 kv.m. sahəsi olan yaşayış sahəsi 06.01.2012-ci il tarixli alqı-satqı müqaviləsi və 23.06.2012-ci il tarixli RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin sahə Cavabdeh qeydiyatda olduğu və faktiki yaşadığı ünvan 4 ünvanının zirzəmi hissəsidir. Adı çəkilən sahə onun tərəfindən 2012-ci ilin yanvar ayından etibarən qanunsuz olaraq zəbt edilmiş, qanunsuz olaraq kənar şəxslərə icarəyə verildiyi üçün göstərilən qeyri-yaşayış sahəsini aldığı 06.01.2012-ci ildən etibarən o, özünə məxsus olan qeyri-sahəsindən istifadə edə bilmir və mülkiyyət hüququnu həyata keçirə bilmir. Ona məxsus qeyri-yaşayış sahəsini boşaltmağa dair dəfələrlə cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq, buna məhəl qoymayaraq sahəni hal-hazıradək zəbt etməkdə davam edir. Sonuncu dəfə o, 23.05.2018-ci il tarixdə cavabdehə mülkiyyətində olan sahənin 3 gün boşaldılması ilə əlaqədar yazılı xəbərdarlıq etməyinə baxmayaraq, sahə boşaldılmamış, cavabdeh qanunsuz əməllərinə son qoymamışdır. Ona məxsus olan qeyri-yaşayış sahəsi Cavabdeh qeydiyatda olduğu və faktiki yaşadığı ünvan 4 ünvanının zirzəmi hissəsi olduğu üç ün o, bu şəraitdən sui-istifadə edərək, mütəmadi olaraq, həmin sahəni ayrı-ayrı şəxslərə qanunsuz icarəyə verir və külli miqdarda gəlir əldə edərək sahədən faydalanır. Əslində həmin qeyriyaşayış sahəsindən əldə edilən gəlir ona məxsus olmalı, gəlir və bəhərindən o faydalanmalıdır. Cavabdeh isə uzun müddət ərzində onu bu imkanlardan məhrum etmişdir. Bundan başqa, onun təşəbbüsüylə vəkilli və nümayəndəsi Vəkil tərəfindən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində nüfuzlu qurumlardan biri olan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 15.8 kv.m. qeyri-yaşayış zirzəmi sahəsinin 06.01.2012-ci il tarixdən 31.07.2019-cu il tarixədək aylıq icarə haqqı məbləğinin dəqiq müəyyən edilməsindən ötrü sorğu verilmiş və qiymətləndirmə şirkəti tərəfindən müvafiq qiymətləndirmə sənədi təqdim edilmişdir. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən təqdim edilmiş 09 avqust 2019-cu il tarixli, 44/08-19/A-04 saylı «Daşınmaz Əmlakın aylıq icarə haqqının müəyyən eidlməsi» haqqında arayışına əsasən Yasamal rayonu,Təbriz Xəlilbəyli küçəsi, ev 9 ünvanda Mərkəzi Univermağın arxa hissəsində yerləşən sahəsi 15.8 kv.m. olan qeyri-yaşayış zirzəmi sahəsinin 06 yanvar 2012-ci il tarixdən 31 iyul 2019-cu il tarixinə olan illər üzrə aylıq icarə haqqı 09 avqust 2019-cu il tarixinə aşağıdaki kimi müəyyən edilmişdir: 1) 20122013-cü illər üzrə: 1000-1200 manat, orta qiymət 1100 manat; 2) 2014-2015-ci illər üzrə: ***-**** manat, orta qiymət 1000 manat; 3) 2016-2017-2018-ci illər üzrə: ***-**** manat, orta qiymət 900 manat. 4) 31.07.2019- cu il tari xinə kimi: 600-800 manat, orta qiymət 700 manat. Beləliklə, Qiymətləndirmə şirkətinin verdiyi və icarə haqqı məbləği üzrə həmin dövrlərin real qiymətlərini əks etdirən sənədinə əsasən alqı-satqı müqaviləsinin bağlandığı 06.01.2012-ci il tarixdən 31.07.2019-cu il tarixinədək 91 ay müddətin keçməsini nəzərə alaraq, hesab edir ki, dəymiş ziyan məbləği 91 ay müddəti üçün hesablanmalıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişd ir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası Cavabdeh İddiaçı bilə-bilə böyük məbləğdə maddi ziyan vurmasına, ölmüş atasının adından saxta müqavilə bağlaması faktlarına və Cavabdeh əməlində cinayət əlamətlərinin olmasına baxmayaraq, onun əməlinə və 06.01.2012-ci il tarixli alqı-satqı müqaviləsini rəsmiləşdirmiş notarius R.Sadıqovun qanun pozuntularına yol verməsinə heç bir hüquqi qiymət verməmiş, həmin şəxslərin barəsində xüsusi qərardadın çıxarılması zəruri olduğu halda, buna əhəmiyyət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulm uş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Vəkil izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmama sına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin qeyriyaşayış sahəsi 06 yanvar 2012-ci il tarixdə İddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edilmişdir. Buna baxmayaraq, mübahisəli sahə bu günə qədər cavabdehin qanunsuz istifadəsindədir. İş materiallarına əlavə edilmiş “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilmiş “Daşınmaz əmlakın aylıq icarə haqqının müəyyən edilməsi barədə” arayışdan görünür ki, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 06 yanvar 2012-ci il tarixdən 31 iyul 2019-cu tarixinə olan illər üzrə aylıq icarə haqqı 09 avqust 2019-cu il tarixinə aşağıdaki kimi müəyyən edilmişdir: 1) 2012-2013-cü illər üzrə: 1000-1200 manat, orta qiymət 1100 manat; 2) 2014-2015-ci illər üzrə: ***-**** manat, orta qiymət 1000 manat; 3) 2016-2017-2018-ci illər üzrə: 800- 1000 manat, orta qiymət 900 manat; 4) 31.07.2019-cu il tarixinə kimi: 600-800 manat, orta qiymət 700 manat. İş materiallarında olan Azərbaycan Respbulikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş 21.02.2020-ci il, 24.02.2020-ci il tarixli məktublardan və məktublara əlavə edilmiş sənədlərdən aydın olur ki, ünvan 7 ünvanda yerləşən 15.8 kv.m. olan qeyriyaşayış sahəsi 9 saylı NK-nın 06.01. 2012-ci il tarixli,4Ə-1/02 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.01.2016-cı il tarixli, 2(004)604/2016 nömrəli qətnaməsinə əsasən X3 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir və sözügedən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi X1 və 1/2 hissəsi X2 adlarına qeydiyyatdan keçmişdir; İş materiallarında olan 51 saylı NK-nın 19.05.2018-ci il tarixli, 4Ə-538 və 4Ə-537 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi tam payında X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, X3 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı mübahisəli əmlakın mülkiyyəti çisi olmamış və hazırki iddia tələbini irəli sürməkdə hüququ yaranmamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən əmlaka dair alqı-satqı müqaviləsinin iddiaçı ilə hazırki cavabdeh arasında deyil, X7 adlı şəxs arasında bağlandığı müəyyən edildiyindən iddiaçının müqavilənin etibarsız hesab edilməsindən xəbəri olmasa və hazırki iddia tələbini irəli sürməkdə hüququ olmuş olsa idi belə, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) mümkün deyildir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticən in qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. 06.01.2012-ci il tarixli saxta alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə görə cavabdeh barəsində xüsusi qərardad çıxarılmalı olması ilə bağlı kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, həmin məsələyə qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya qaydasında mübahisələndirildiyi halda hüquqi qiymət verilə bilər. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-608/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5183/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5183/2020
03.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver