Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5186/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli 2(103)669/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Qasımov, iş № 2(008)-265/2018) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və C avabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada ümumilikdə 32.542,85 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 58.000 manat məbləğində müəyyən edilməsi və açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və onunla birlikdə yaşayanların mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) Cavabdeh2 apellyasiya ş ikayəti təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi cəmi 32.542,85 ABŞ dolları məbləğində kredit borcunun manatla müştərək qaydada Cavabdeh2 tutularaq banka ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi, mənzilin qiymətinin 58.000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi və mənzil satıldıqdan sonra Cavabdeh2 və onunla birlikdə yaşayanların mənzildən çıxarılması hissəsində ləğv edilərək bankın iddiasının Cavabdeh2 aid hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: Bankla Cavabdeh1 arasında bağlanmış 19 iyun 2013-cü il tarixli “Baş kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 19 iyun 2013-cü il tarixdən 19 iyun 2023-cü il tarixəd ək 150.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və 11 dekabr 2014-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 illik istifadə dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 33.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş və Baş Kredit razılaşmasına əsasən veriləcək kreditin təminatı kimi Cavabdeh2 məxsus mənzil ipoteka ilə yüklü edilmiş, bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 11 dekabr 2014-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi barədə 06 aprel 2016-cı il tarixli razılaşmaya əsasən mövcud olan kredit borcu kapitallaşdırılaraq 29.794,59 ABŞ dolları məbləğində, illik faiz 18 faiz müəyyən edilmiş, müqavilənin bir sıra bəndləri qüvvədən düşmüş hesab edilmişdir. 2017-ci ilin mart ayın da bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsini və banka ümumilikdə 34.288,85 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin borcludan və zamindən müştərək qaydada bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi və vəkili kassasiya şikayəti verərək zaminlik və kredit müqavilələrinin qanunun tələblərinə uyğun, onların razılığı ilə bağlanmaqla müqavilənin bütün şərtlərinin zaminlə və ipoteka qoyana məlum olmasını, lakin apellyasiya instansiyası məhk əməsinin sübutlara düzgün qiymət vermədən, Cavabdeh2 münasibətdə iddianın rədd olunması barədə qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin qismən, bankın iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək iddianın həmin hissədə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclas ına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi bankın iddia tələbini eyni zamanda həm zamin həm də ipoteka qoyan Cavabdeh2 münasibətdə rədd edərkən kredit xətti və Cavabdeh2la bağlanmış zaminlik və ipoteka müqavilələrində faiz dərəcəsinin göstərilməməsini, kredit razılaşmasında təsbit edilən faiz dərəcəsi ilə bağlı isə onun razılığının olmamasını əsas göstərmiş və bu zaman “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018ci il tarixli qərarına görə bunun zaminin məsuliyyətinin artmasına səbəb olmasını əsas göstərmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 19 iyun 2013-cü il tarixli “Baş Kred it razılaşması üzrə” borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi bankla həm zaminlik həm də ipoteka müqaviləsi bağlamışdır. “Baş kredit razılaşmasında” veriləcək kreditin məbləği və müddəti göstərilmişdir. Həmin müqavilənin 2.1-ci bəndində müəyyən olunmuşdur ki, nəzərdə tutulan kredit bu razılaşma əsasında tərəflər arasında “Kredit müqaviləsi” və “Bank qarantiyasının verilməsinə dair razılaşma”, o cümlədən kredit xətti müqaviləsi formasında bağlanmış müqavilələr və razılaşmalar (bundan sonra kredit müqaviləsi) əsasında veriləcək. Həmin müqavilənin 2.6-cı bəndinə əsasan bu kredit xətti bankın məqbul hesab etdiyi girov, ipoteka və digər təminat ilə kredit alan və ya üçüncü şəxslər tərəfindən təmin edilir. Cavabdehlə bağlanmış zaminlik müqaviləsinin 2.5-ci bəndinə görə isə kredit xətti müqa viləsinin bütün şərtləri zaminə yaxşı məlumdur. “Bank və Kredit alan” arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə “Bank” tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kredit alanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 3.4.4-cü bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin dəyişdirilməsinə, dəyişmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olub-olmamasından asılı olmayaraq, habelə zaminliklə təmin edilmiş öhdəliyinin başqa şəxsə keçməsinə etiraz etməmək zaminin vəzifəsi kimi müəyyən olunmuşdur. Cavabdehlə zaminlik müqaviləsi Baş kredit razılaşmasının təminatı kimi bağlanmış və həmin müqaviləni bağlamaqla Cavabdeh2 B aş kredit xətti razılaşmasının şərtlərini qəbul etmişdir. Cavabdeh2 zaminlik müqaviləsini bağlayarkən bilmiş və razılaşmışdır ki, kreditə görə faiz dərəcələri Baş kredit razılaşması çərçivəsində bağlanmış kredit müqavilələrində müəyyən olunacaq və borclu krediti həmin faizlərlə Banka qaytarmalıdır. Göründüyü kimi Bankla zaminlik müqaviləsini bağlayarkən Cavabdeh2 kredit müqaviləsində müəyyən ediləcək faiz dərəcəsinə görə məsuliyyəti əvvəlcədən üzərinə götürmüşdür. Zaminlik müqaviləsində isə bunu inkar edən başqa heç bir şərt nəzərdə tutulmamışdır. Zaminlik müqaviləsini bağlayarkən Cavabdeh2 məlum idi ki, banklar tərəfindən verilən bütün kreditlər və onlara hesablanmış faizlər borclu tərəfindən faizlərlə banka qaytarılmalıdır. İşdən göründüyü kimi kredit müqaviləsi Baş kredit xətti razılaşm asının şərtlərinə tam uyğun bağlanmış və nəticə etibarı ilə kredit müqaviləsində respublika bankları tərəfindən müəyyən olunmuş faiz dərəcələrini aşmayan faiz (21 faiz) müəyyən olunmuşdur. Göstərilən vəziyyətdə kredit müqaviləsinin bağlanması ilə zaminin məsuliyyətinin artması müəyyən olunmamış və müqaviləyə sonradan buna səbəb ola bilən heç bir dəyişiklik edilməmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 zaminlik müqaviləsini bağlamaqla əslində gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi ic ra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2) Müəyyən olunduğu kimi borclu Cavabdeh1 kreditə görə borcun qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmişdir. Belə olduqda apellyasiya instansiyası məhkəməsinin yalnız faiz dərəcəsinin müəyyən olunmamasına əsaslanıb zamini Mülki Məcəllənin 4 70, 472-ci maddələrində müəyyən olunmuş məsuliyyətindən tam azad etməsi zaminliklə təmin edilmiş öhdəlik münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə ziddir. “İpoteka haqqında” Qanunun 14-cü maddəsinə görə ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni dəyişiklik barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. İşdən görünür ki, bankla Cavabdeh2 arasında ipoteka müqaviləsi “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsinin tələblərinə uyğun bağlanmış və müqavilədə borclu tərəfindən Baş Kredit razılaşması əsasında götürüləcək kreditin məbləği, onun müddəti, kredit alan tərəfindən borcun ona hesablanacaq faizlərlə birlikdə qaytarılacağı və s. barədə məlumatlar göstərilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra, işdən göründüyü kimi həmin müqaviləyə dəyişiklik edilməsinə səbəb ola biləcək heç bir hal baş verməmişdir. Apellyasiya instansiyası Baş kredit razılaşmasında borcludan tutulacaq faizin göstərilməməsi əsası ilə bankın Cavabdeh2 qarşı iddiasını rədd edərkən işin həmin hallarına qiymət verməmiş, həmin hissədə gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunl a qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, hazırkı iş üzrə Cavabdeh2 münasibətdə qəbul edilmiş qətnamə pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpasını təmin etməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 06 fevral 2019-cu il tarixl i qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5186/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5186/2019
20.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver