Məhkəmə qərarları › İş №2(102)-5186/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5186/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5186/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-yə və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5186/20 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi, borcun olmaması barədə müvafiq məlumatın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, cavabdehlərin vəkili Vəkil iştirakları ilə, Bakı Apelya siya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4387/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-yə və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, adındanCavabdeh2 ASC ilə bağlanılmış xx.xx.2012-ci il tarixli 1047A saylı və adından Cavabdeh1 ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli 953 saylı kredit müqavilələrini n etibarsız hesab edilməsi, hər iki müqavilə üzrə ona hesablanmış borc məbləğlərinin silinməsi, həmin kredit müqavilələri üzrə kredit məlumatlarının Cavabdeh3 silinməsi məqsədi ilə bu barədə müvafiq məlumatın verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, sözügedən kredit müqavilələri tərəfindən imzalanmamış, imzası saxtalaşdırılmış, bu fakt Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il və xx xxxx 2018-ci il tarixli hökmləri ilə öz təsdiqin tapmış, buna baxmayaraq Cavabdeh3 MMC-nin reyestr məlumatlarında hər iki müqavilə üzrə borcunun olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-6322/2019) iddia tələbi təmin edilmiş, Cavabdeh2 ASC ilə İddiaçı adından bağlanılmış xx.xx.2012-ci il tarixli 1047A saylı və Cavabdeh1 ASC ilə İddiaçı adından bağlanmış xx.xx.2012-ci il tarixli 953 saylı kredit müqavilələrinin etibarsız hesab edilmsi, hər iki müqavilə üzrə İddiaçı hesablanmış borc məbləğlərinin silinməsi, həmin kredit müqavilələri üzrə kredit məlumatlarının Cavabdeh3 silinməsi məqsədilə bu barədə müvafiq məlumatın verilməsi vəzifəsinin müvafiq olaraq ləğv prosesində olan Cavabdeh2 ASC-nin və ləğv prosesində olan Cavabdeh1 ASC-nin üzərinə qoyulması qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 ASC ilə İddiaçı adından bağlanılmış xx.xx.2012-ci il tarixli 1047A saylı kredit müqavi ləsindəki və Cavabdeh1 ASC ilə İddiaçı adından bağlanmış xx.xx.2012-ci il tarixli 953 saylı kredit müqaviləsindəki imzalar İddiaçı tərəfindən icra olunmamışdır, qeyd olunan müqavilələrdəki imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd olunan müqavilələr iddiaçı tərəfindən imzalanmamış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehlər qarşısında hər hansı öhdəlik üzərinə götürülməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutul muş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandı ğı andan etibarsızdır Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-4387/2020) cavabdeh hüquqi şəxslərin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndələrinin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6322/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2017ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X2 xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixindək olan müddətdə Cavabdeh1 ASC-nin Cənub filialının müdüri vəzifəsində işləyərkən... öz qulluq mövqeyindən istifadə edərək...çoxsaylı vətəndaşların, o cümlədən X1 adına xx.xx.2012-ci il tarixli 956 saylı kredit müqaviləsi ilə 3350 manat pul vəsaitinin guya Müşkünaz Əliyeva tərəfindən kredit kimi götürüldüyünü rəsmilşdirməklə onun adına saxta kredit müqavi ləsi, xəzinə məxaric orderi, ərizə, kredit sifarişi, ödəniş cədvəli və digər sənədləri qanunsuz hazırlayaraqqeyd olunan sənədlərdə vətəndaşların imzalarını adlarından icra etməklə... pul vəsaitlərini mənimsəyərək talamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş materiallarında olan xx xxxx 2018-ci il tarixli hökmü ilə isə müyyən edilmişdir ki, X3 xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixindək olan müddətdə Cavabdeh2 ASC-nin 5 saylı filialının müdüri vəzifəsində işləyərkən... öz qulluq mövqeyindən istifadə edərək...İddiaçı xx.xx.2012-ci il tarixli 1047A nömrəli kredit müqaviləsi ilə 3100 manat pul vəsaitini götürməsini rəsmiləşdirməklə onun məlumatı olmadan kredit müqaviləsi,ödəniş cədvəli, xəzinə məxaric orderinin – saxta rəsmi səndlərin hazırlanmasını və bank kompyuter əməliyy at sistemində bununla bağlı müvafiq məlumatların məzmununa bil-bilə yalan məlumatların daxil olunmasını təşkil edərək, sənədləri özü müdür kimi təsdiq, həmçinin bütün kredit sənədlərində vətəndaşların adından saxta imzaları icra etməklə pul vəsaitlərini mənimsəyərək talamışdır. Apelyasiya instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bi lər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ndə məcburidir Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilələrin saxtalaşdırılmış olduğu və həmin müqavilələr əsasında banklardan məxaric olunan vəsaitlərin bilavasitə bankların vəzifəli şəxsləri tərfindən mənimsənildiyi qanuni qüvvədə olan hökmlərlə təsbit edilmişdir; bu isə o deməkdir ki, onun irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqla bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxar kən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlərin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətlərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdilər. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilənlərlə bağlı qeyd etmişdir ki, hər iki müqavilə üzrə iddiaçının banklar qarşısında öhdəliyi yaranmamışdır. Müqavilələrin bağlanmasında onun iradə ifadəsi mövcud deyildir. Bu baxımdan apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilələrin saxtalaşdırılmış olduğu və həmin müqavilələr əsasında banklardan məxaric olunan vəsaitlərin bilavasitə bankların vəzifəli şəxsləri tərfindən mənimsənildiyi qanuni qüvvədə olan hökmlərlə təsbit edilmişdir Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilm əsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sü butları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətlərinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4387/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar