Məhkəmə qərarları › İş №2(102)-5188/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5188/2019

26.07.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5188/2019 26.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun vəkili Abdullayev Yusif İsmayıl oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsindən kassas iya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən C.Qədimov, iş 2(010)-6694/2018) iddia təmin edilmiş, Suraxanı rayon məhkəməsinin iş üzrə 12 noyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, xx xxxxx 2008-ci il təvəllüdlü X1 və 09 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin yeni məbləğ inin hesablanmasının və ödənilməsinin hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)-3026/2019) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişirilməsi və xx xxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kas sasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Abdullayev Yusif İsmayıl oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv ed ilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən, tərəflərin ümumi ailə münasibətlərindən xx xxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxx 2009-cu il təvəllüdlü X5 adlı uşaqlar doğulmuşlar. Həmin qətnamə ilə Cavabdeh xx xxxxx 2009-cu il təvəllüdlü X3 atası olması faktı müəyyən olunmuş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qətnamədə qeyd etmişdir ki, cavabdeh hazırda hər ay 220 manat aliment ödəməyə razı olduğunu bildirir və iddiaçının nümayəndəsi də razılaşaraq etiraz etmədiyini qeyd edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanuna görə 2018-ci il üçün yaşayış minimumu uşaq lar üçün 154 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016cı il tarixli Qərarında da göstərmişdir ki: “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ” Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “məvacibim çox azdır, cəmi 300 manat məbləğində əmək haqqı alıram və özümə daha yüksək gəlirli iş axtarmağıma, bu barədə aidiyyəti orqanlara müraciət etməyimə baxmayaraq, mən özümə gəlirli iş tapa bilməmiş, hazırki işimlə məşğul olmağa məcbur olmuşam. Qeyd edim ki, artıq ikinci ailəm var və ikinci nikahdan da xx xxxxx 2019-cu il təvəllüdlü bir övladım var. Mən alimentdən yayınmıram. Mən övladlarımı düşünməklə yanaşı ikinci həyat yoldaşımı da düşünməliyəm, belə ki, o ikinci qrup əlildir, onun səhəttində güclü problemləri şəxsiyyətin isterik pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar və funksional qıcolma tutmaları ilə anamnezində qəsd cəhdləri olduğundan, əmək qabiliyyətsizdir teztez müayinə və müalicəyə ehtiyac duyur ki, bunlar mənim imkanım xaricindədir. Mənim aylıq gəlirim nəinki gündəlik ehtiyaclarımı, heç komunnal xərclərimi belə ödəmir. Mən bir ata olaraq alimentdən yayınmıram, sadəcə alimentin azaldılmasını daha ədalətli sayıram.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiya sı məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “....birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanuna müvafiq olaraq alimentin tutulması qənaətinə gəlməkdə haqlı olsa da, cavabdeh 220 manat hər ay aliment ödəyə biləcəyini, iddiaçının nümayəndəsi isə buna etiraz etmədiyini bildirdiyi üçün qətnamə dəyişdirilməlidir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır.Belə ki, valideynin hər hansı xərclərinin olması və ya valideynin maddi imkanının olmaması, onu öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı ol mayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. Həmçinin iş materiallarının 75-ci vərəqində olan ərizədən də görünür ki, cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat aliment ödəməyə razı olduğunu qeyd etmiş, qeyd edilən ərizəni şəxsən 27 fevral 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar