Məhkəmə qərarları › İş №2(102)-5191/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5191/2020

10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5191/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdehlər X1 və Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, cavabdehlər X1, Cavabdeh2 və onların vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2(107)-573/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zərdab Rаyоn Məhkəməsinin 21 dekabr 2018-ci il tаrixli, 2(035)-927/2018 nöm rəli qətnaməsi ilə (hakim T.M.Qubadov) iddiаçı İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbi bаrədə iddiаsı təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(107)-2335/2019 nömrəli qətnaməsi ilə (hakimlər: sədrlik edən Ə.T.Məcidov, məruzəçi İ.F.Quliyev və M.A.Əsədli) iddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Zərdab Rаyоn Məhkəməsinin 21 dekabr 2018-ci il tаrixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddiаçı İddiaçı tələbinin təmin edilməsi, İddiaçı 15.11.2017-ci il təvəllüdlü oğlu X4 ilə birlikdə Zərdab rayonu, Yuxarı Seydlər kəndində yerləşən X2 məxsus evə köçürülmələri qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 dekabr 2019-cu il t arixli, 2(102)7484/2019 nömrəli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi E.R.Vəliyeva, Q.A.Əsgərov və S.F.Hacıyev) cavabdehlər X3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(107)2335/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2(107)573/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi G.Q.Abbasov, M.M.Hüseynov və E.Ş.Hüseynov) İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilərək, Zərdab Rayon Məhkəməsinin 2(035)-927/2018 nömrəli mülki iş üzrə 21 dekabr 2018-ci il tаrixli qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qətnamənin çıxarıl ması, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 Baris oğluna qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürürlmə” barədə iddiasının təmin edilməsi və İddiaçı 15.11.2017-ci ildə anadan olmuş oğlu X4 ilə birlikdə Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən və X2 məxsus olan evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi qət edilmişdir. İşin halları: İddiаçı İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə birinci instansiya məhkəməsinə mürаciət edərək onun 15.11.2017-ci il təvəllüdlü oğlu X4 ilə birlikdə Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən BBa məxsus evə istifadə hüququnun tanınması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 03. 09.2016-cı ildə cavabdeh BBa məxsus evə gəlin gəlmiş, 07 ay sözügedən evdə yaşamış, sonra Bakı şəhərinə ərinin (cavabdeh BBun) yanına gedərək 01 il 06 ay orada yaşamışdır. 22.02.2018-ci ildə iddiaçı yenidən sözügedən evə qayıdaraq 28.08.2018-ci il tarixədək orada yaşamışdır. 28.08.2018-ci il tarixdə Cavabdeh2 iddiaçını Mingəçevir şəhərində kirayədə yaşayan valideynlərinin yanına aparmışdır. İddiaçı ilə Cavabdeh2 arasında olan nikah Zərdab Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda valideynləri ilə birlikdə kirayədə yaşayırlar. İddiaçı valideynləri ilə birlikdə azyaşlı uşağı ilə yaşamaqda çətinlik çəkir. İddiaçıya məxsus cehiz əşyaları da sözügedən evdədir. İstəyir ki, oğlu ilə birlikdə cehiz əşyalarının yerləşdiyi evə köçüb orada rahat yaşasınlar. İ ş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər X3 və Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdehlər X3, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki,işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdeh X1 digər ailə üzvlərini birgə əsl cavabdeh kimi işə cəlb etməmiş, qanunsuz olaraq mübahisəyə mülki qanunvericili yin analogiya üzrə tətbiqini həyata keçirmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər X1 və Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiаçı İddiaçı, cavabdehlər X3 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehlər X1 və Cavabdeh2 vəkili Vəkil izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər X1 və Cavabdeh2 kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddə sinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İşdən görünür ki, iddiаçının istifаdə hüququnun tanınması və köçürülməsini tələb etdiyi fərdi yaşayış evi Zərdab rayonu Yuxarı Seyidlər kəndində ca vabdeh X2 məxsus ümumi sahəsi 126 kv.m., yaşayış sahəsi 48 kv.m. olan iki otaqlı yaşayış evidir. Həmin fərdi yaşayış evi Zərdab Rayon Aqrar İslahat Komissiyasının 21 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Zərdab rayonu Yuxarı Seyidlər kənd sakini X1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş və JN 039A KOD 90504028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.29 ha həyətyanı torpaq sahəsində yerləşir. Yaşayış evi hazırkı vaxta kimi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin Zərdab rayonu Yuxarı Seyidlər kəndi üzrə təsərrüfatbaşına 01 nömrəli kitabda və 40 nömrəli şəxsi hesab kitabında təsərrüfatbaşçısı X1 adına 0.29 ha həyətyanı torpaq sahəsində 1993-cü ildə tikilmiş ümumi sahəsi 126 kv.m. və yaşayış sahəsi 48 kv.m. olan sözügedən fərdi yaşayış evi qeyd edilmişdir. Belə olan halda, iddiaçının köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də sakinlərə yaşayış evlərinin tikintisi məqsədi ilə ayrılır. Həmin ev 1993-cü ildə inşa edilmişdir, həmin vaxtdan etibarən BB ailə üzvləri ilə birlikdə orada yaşayır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, BBun ona sahiblik etməsinə (ailəsi ilə birlikdə orada yaşamasına) indiyə kimi etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi BBun həmin əmaka “gözlənilən mülkiyyət hüququ” vardır. Birinci i nstansiya məhkəməsi iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə və Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarına istinad etməklə səhvə yol vermişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi və Konstitusiya Məhkəməsinin sözügedən qərarı mülkiyyətdə olan evlərə şamil edilir. Hazırkı iş üzrə isə ev mülkiyyətdə olmadığından qeyd edilən maddi hüquq norması iddia tələbinin əsası deyildir və Konstitusiya Məhkəməsinin qərarı da tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaş a tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı iddia tələbi üzrə mübahisə edilən hüquq nünasibətlərini birbaşa tənzimləyən hüquq norması olmadığına görə, Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbinə uyğun olaraq qanunun analogiyası üzrə oxşar münasibətləri tənzimləyən maddi hüquq norması tətbiq edilməlidir. Mübahisə edilən hüquq nünasibətlərinə oxşar olan münasibətləri tənzimləyən və həmin münasibətlərin mahiyyətinə zidd olmayan maddi hüquq norması isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci (Sosial kirayə müqaviləsi üzrə yaşayış s ahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri) maddəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. -68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar -68.4-cü maddəsinə görə vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. İddiaçı sözügedən yaşayış evinə 2016-cı ildə evin Mənzil Məcəlləsinin 68-ci maddəsinin məzmununa əsasən kirayəçisi hesab edilən BB və sonuncunun oğlu Cavabdeh2 tərəfindən ailə üzvü kimi köçürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq norması kimi Mənzil Məcəlləsinin 68-ci maddəsinə istinad edərək bu nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin qətnaməsini maddi hüquq normasının düzgün tətbiq olunmaması ilə çıxarıldığından qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əsasən düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbində qeyd olunan fərdi yaşayış evinin sahibi kimi BBun həmin evə “gözlənilən mülkiyyət hüququ” vardır (i/v 176). Lakin buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən düzgün olmayaraq Mənzil Məcəlləsinin “Sosial kirayə müqaviləs i üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri” adlanan 68-ci maddəsinə istinad etmişdir. Buna görə hazırkı münasibətlərə Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun analogiyası qaydasında Mənzil Məcəlləsinin “Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə iddia təmin olunmamalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvlə ri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə görə bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yaln ız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdehlər X1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2(107)-573/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülməyə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar