Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5192/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi ilə, Cavabdehin vəkili oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-636/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağdaş Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, Ağdaş rayonunun Qaradağlı kəndində yaşayan Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3730 manat əsas borc və hesablanmış 1150 manat faiz borcu olmaqla, cəmi 4880 manat borcun, eləcə də dövlət rüsumu hesabına ödənilmiş 20 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3730 manat əsas borc, 10 manat artırılmış faiz üzrə borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3770 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin (hakimlər Ələddin Məcidov-sədrlik ed ən və məruzəçi, Mahir Əsədli və İnşallah Quliyev) xx xxxxxxxx 2018-ci il tarixli 2(107)-1850/2108 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)-175/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Vəfaddin İbayev-sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev və Ələsgər Əliyev) xx xxxxx 2019-cu il tarixli 2(102)-2408/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(107)-1850/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov-sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Vəzirxan Məlikov) xx xxxx 2019-cu il tarixli 2(107)-2071/2019 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)-175/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər İlqar Dəmirov-sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Əhməd Əhmədov) xx xxxxxx 2019-cu il tarixli 2(102)-7404/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rafail Əliyev-sədrlik edən və məruzəçi, Akif Eyvazov və İmanverdi Şükürov) xx xxxx 2020-ci il tarixli 2(107)-636/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin də lilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən məhkəmə qətnaməsinin ləğv edilməsi ilə bağlı göstərişlərinə Şəki Apellyasiya Məhkəməsində işə baxılan zaman dürüst yanaşılmamış və obyektiv hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olub olmaması faktı; iddiaçının qeyd edilən iddia predmeti olan VAZ-2106 markalı **KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini özgəninkiləşdirmək hüququnun olub olmaması faktı; qeyd edilən avtomobilin faktiki olaraq iddiaçının razılığı ilə 3-cü şəxs Ə.Məmmədova satılması, həmin şəxsin İddiaçı ödədiyi 1100 manat pulu verməsi faktı, ödənilmiş pulun müqabilində çekin və minik avtomobilinin texniki paspo rtunun verilməməsi faktı; Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli Qətnaməsinin baxılan apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilsə də, nəticədə ödəniləcək borc məbləğinin 3730 manat deyil, 4880 manat kimi göstərilməsinin ziddiyyət təşkil edən fakt olması nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklə bağlı göstərişlərində qeyd edilir ki, tərəflər öhdəliklərin şərtlərinə qarşılıqlı qaydada əməl etməlidirlər. İddiaçı qismində çıxış edən İddiaçı Rafail oğlu nə birinci alıcıya, nə də ikinci alıcıya münasibətdə minik avtomobilinin texniki pasportunu verməməklə öhdəliyin şərtlərini pozması faktı araşdırılmadan və hüquqi qiymət verilmədən yanlış nəticə doğuran Qətnamə çıxarılmışdır. Prosessual məsələlər: Cavabdehin vəkili kass asiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı işin baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə ba xan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Hazırki qətnamənin iddianın təmin edilməmiş hissəsindən iddiaçı kassasiya şikayəti vermədiyindən, kassasiya baxışının predmetini cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsi təşkil edir. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, İddiaçı ilə borclu Cavabdeh ilə arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsi nə əsasən VAZ-2106 markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobilin alınması məqsədi ilə ona 24 ay müddətinə, yəni xx xxxxxxxx 2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 3960 (üç min doqquz altmış) manat məbləğində kredit verilmiş, borclu Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 230 manat ödəmiş, qalan məbləği ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etmişdir. Bununla da borclu Cavabdeh müqavilənin həmin şərtini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə də, Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixə xx xxxxxxxx 2015-ci il tarixli kr edit müqaviləsi üzrə əsas borcunun məbləği 3730 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 442, 448.1, 467-ci maddələrinə əsasən müqavilə şərtlərinin mövcud olmasına baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuş, iddiaçının razılığı olmadan borc müqaviləsinin predmeti olan VAZ-2106 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili üçüncü şəxs Əlirza Məmmədova satmış, həmin şəxs avtomobilə görə cavabdehin adından iki dəfə 80 və 150 manat olmaqla, cəmi borc müqaviləsi üzrə 230 manat ödəniş etmiş, sonra isə borc müqaviləsi üzrə heç bir ödəniş aparılmamışdır. Hazırda Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə iddiaçıya 3730 manat əsas borcu, 1150 manat faiz borcu olmaqla, cəmi 4880 manat borcu yaran mışdır. Bütün xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Buna görə də cavabdehdən qeyd edilən kredit müqaviləsi üzrə 3730 manat əsas borc tutulmalıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, geçikməyə görə cavabdehdən 1150 manat dəbbə pulu tələbinə dair hissə qismən 10 manat həddində təyin edilməklə, birinci instansiya məhkəməsi qanunun tələbini pozmamışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr ilə razılaşmır. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılan hallarından görünür ki, Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən 24 ay müddətinə, yəni xx xxxxxxxx 2017-ci il tarixədək illik faiz dərəcəsı tətbiq edilməməklə 3960 (üç min doqquz altmış) manat məblə ğində kredit verildiyi göstərilsə də, kredit müqaviləsinin predmetini VAZ-2106 markalı ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin nisyə alqı-satqısı təşkil etmişdir. Ödəniş cədvəlinə görə cavabdeh xx xxxxxxx 2015-ci ildən başlayaraq hər ay 156 manat olmaqla 24 ay müddətində 3960 manatı iddiaçıya ödəyib qurtarmalı idi. İddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki cavabdehlə aralarında bağladıqları müqavilənin predmeti məhz **-KC-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil olub və avtomobil 3960 manata qiymətləndirilib. Avtomobilə görə borcun ödənilmə qrafiki də tərtib edilmiş və müəyyən etmişlər ki, hər ay 160 manat ödəməklə 3960 manat 24 ay müddətində ödənilib qurtaracaq. Lakin cavabdeh tərəfindən xx xxxxxxx 2015-ci ildə 80 manat, xx xxxxxx 2015-ci ildə isə 150 manat olmaqla, cəmi 230 manat ödəniş də edilmişdir. Cavabdehin oğlu Məsim Həmidov avtomobili bəyənib aparsa da, sonradan ailəsində narazılıq yarandığı üçün xeyli müddət keçəndən sonra onun razılığı və icazəsi olmadan avtomobili başqa bir şəxsə, Mingəçevir şəhər sakininə satıb. Halbuki, o həmin adamı tanımır. Belə olan halda o cavabdehlərdən xahiş etmişdir ki, onlar müəyyən miqdarda pul ödəsinlər, bundan sonra o avtomaşına dair etibarnamə versin. Ancaq heç bir ödəniş edilmədiyindən etibarnamə verməmişdir. Maşını alan Əlirza Məmmədov ona ödəniş etməyib. Bütün bunların baş verməsində təqsir cavabdehin oğlu Məsim Həmidovdur. Ancaq onunla müqaviləni Məsimin atası Cavabdeh bağladığı üçün iddianı da ona qarşı qaldırmışdır. Ona məxsus olan VAZ-2106 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda faktiki sahibliyindən çıxarılmış və kimin sahibliyində olmasını bilmir. Cavabdeh tərəfin iddiaya olan etirazlarından görünür ki, onlar maşını iddiaçıya qaytarmış, o isə qəbul etməyərək demişdir ki, adam tapıb satarsınız. Avtomobili o satmamış, onu iddiaçı özü satmışdır və onun adına etibarnamə yoxdur. xx.xx.2015-ci ildə 80 manat, xx.xx.2015-ci ildə isə 150 manatı iddiaçıya onun adından maşını alan şəxs ödəmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, İddiaçıla əvvəldən münasibətləri olub. Maşını özü üçün almış, atası heç maşını görməmişdir. Atası Cavabdeh pensiyaçıdır, onun pensiya kartı olduğuna görə müqavilə onun adına bağlanmışdır. Atası Cavabdeh xx xxxxxxxx 2015 -ci ildə iddiaçı ilə kredit müqaviləsi bağlayıb 3960 manata VAZ-2106 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin maşına görə maşının sahibi X4 adından etibarnamə əsasında iddiaçının mağazasında satıcı işləyən Kamran tərəfindən xx xxxxxx 2015-ci ildə ona mülki etibarnamə verilmişdir. Maşını aldıqları vaxt etibarnamənin 4 ay vaxtı qalmışdı. Maşın bərbad vəziyyətdə olduğuna görə atası dekabr ayında maşını qaytarmağını tələb etmiş və o, maşını iddiaçıya qaytarmışdır. Ancaq iddiaçı imtina edərək, demişdir ki, müştəri tapın maşını sataq, aylıq ödənişi də maşını alan adam eləsin. O da Mingəçevir şəhərində yaşayan və maşın alveri ilə məşğul olan tanışından maşına müştəri tapmağı xahiş etmiş və o da Əlirza Məmmədovu gətirmişdir ki, maşını alsın. Əlirzanın anası, dayısı v ə qardaşı da maşını almağa gəlmişdilər. Seymurun işçisi Kamran onları mağazanın qarşısında qarşıladı. Maşın etibarnamə ilə Kamranın adına olub. Əlirza maşını alandan sonra Seymura dedi ki, müqaviləni onunla bağlasın, lakin Seymur Bakıda olduğunu, gəlib bunu həll edəcəyəni dedi. O da Seymura dedi ki, etibarnamənin müddəti 4 aydan sonra bitəcək, ona görə maşını başqa şəxsin adına keçirmək lazımdır. Seymur isə dedi ki, gəlib keçirəcək. Bundan sonra, o adına verilmiş etibarnamənin müddətində Əlirza Məmmədova avtomobil sürmək üçün etibarnamə verdi. Əlirza Məmmədov iki ay ödəniş etsə də, Seymur sonra müxtəlif bəhanələrlə ona ödəniş barədə çek verməkdən imtina etdi. Daha sonra isə Seymur Əlirzanın adına etibarnamə vermədiyindən və müqavilə bağlamadığından, Əlirza krediti ödəməkdən imtina etdi. Se ymur dedi ki, müqavilə onun əlində olan kağızdır, cırıb atacaqlar, müqavilənin bağlanmasına ehtiyac yoxdur. Hal-hazırda maşın Mingəçevirdə, Əlirza Məmmədovun istifadəsindədir. Əlirza bunu özü də etiraf edir, sadəcə ödəniş etmək üçün Seymurdan ona etibarnamə verilməsini istəyir. Seymur isə etibarnamə vermək istəmir. Bu səbəbdən də Əlirza ödəniş etmir. Əlirza da, onun anası da məhkəmə iclaslarında iştirak etdilər, dəfələrlə Seymura zəng vurdular. Amma Seymur gəlmədi. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində ifadə verən X6 ifadəsindən göstərmişdir ki, İddiaçı məxsus “Okean” mağazasında satıcı işləyir. Mübahisəli maşın onun adına rəsmiləşdirilsə də, maşının faktiki sahibi İddiaçıdur. Qeyd edilən maşını kredit müqaviləsi əsasında hissə-hissə ödəmək şərti ilə Cavabdeh satmı şlar. Məsim Həmidovu tanıyır. İşlədiyi mağazanın müdiri İddiaçı mübahisəli maşını sahibindən almış və buna görə maşının sahibi onun adına etibarnamə vermişdir. Cavabdeh az miqdarda, təxminən 1-2 ay ödəniş edib, məbləğ yadında deyil. Sonra ödəniş olmamış, buna görə məhkəməyə müraciət etmişlər. Bu günə qədər cavabdeh maşını qaytarmayıb. Həmin maşının başqa şəxsə satılması ilə bağlı İddiaçıla razılaşmanın şahidi olmamışdır. X14 eşitmişdir ki, müqavilə onun atasının adına qalmaq şərti ilə maşını başqa şəxsə satır, həmin şəxs aylıq ödənişlərini ödəyəcək. Bundan sonra ödəniş olmadı. Bu günə qədər həmin nəqliyyat vasitəsinə görə ödənişin olması ilə bağlı hər hansı məlumatı yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, oğlu X1 Ələ kbərovdan maşın alıb. O, İddiaçıla şəxsən telefonla danışıb demişdir ki, maşının cəriməsi var. O da dedi ki, «cərimə mənlikdir, aybaay arendanı ödəyin, mən özüm cəriməni həll edəcəm, sənədləri də, qəbzləri də sizə verəcəm». Amma Seymur onlara heç nə vermədi. O hər dəfə ödəniş edəndə bu barədə maraqlanmış və oğlu da ona heç nə verilmədiyini bildirirdi. Oğlu Əlirza əsgərlikdə olduğuna görə maşın digər oğlu X2r. Oğlu Seyfi Sumqayıt şəhərində işləyir. Maşının harada olduğunu və Seyfinin onu harada saxladığını bilmir. Maşının cəriməsi var, Bakı şəhərinə gedəndə onu bir neçə dəfə saxlayıblar. İddia tələbinin faktiki əsasını xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3730 manat əsas borc və hesablanmış 1150 manat faiz borcu olmaqla, cəmi 4880 manat borc təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının borc tələb etməsinə və bu halda xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinin mövcudluğuna istinad etsə də, tərəflər arasında borc münasibətlərinin həqiqətən də mövcud olub-olmamasına düzgün hüquqi qiymət verməmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq cavabdehə 3960 manat məbləğində pulu nağd şəkildə verməmiş, özünün də etirafına əsasən müqavilənin predmeti də məhz **-KC-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobilin nisyə alqı-satqısı olmuş və avtomobil 3960 manata qiymətləndirilmişdir. Avtomobilə görə borcun ödənilmə qrafiki də tərtib edilərək cavabdehlə müəyyən etmişlər ki, hər ay 160 manat ödəməklə 3960 manat 24 ay müddətində ödənilib qurtaracaq. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk a ddım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi faktiki hallar iddiaçının iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını, tərəflərin mülki qanunvericilikdə təsbit edilmiş borc münasibətlərini tənzimləyən normaların tələblərilə uyğun borc münasibətlərinə daxil olmayaraq faktiki olaraq avtomaşının nisyə alqı-satqısı ilə bağlı münasibətləri pərdələmək məqsədi ilə borc müqaviləsinin bağlandığını göstərir. Kollegiyanın qənaətinə görə işə baxan məhkəmə borc müqaviləsinin predmetinin VAZ-2106 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını qeyd etməklə, xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun olmaması və bu əqdin başqa əqdi, yəni avtomobilin nisyə alqı-satqı əqdini pərdələmək üçün bağlanan yalan əqd olmasına və yalan əqdlərin əhəmiyyətsiz olmasını nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlməklə, qeyd edilən maddi hüquq normalarının tələb lərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Azərbaycan Respublik asının Mülki Məcəlləsinin: - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. - 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd etibarsızdır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin normanın mənasına görə yalan əqd başqa əqdi pərdələmək məqsədilə bağlanır, yəni tərəflər əslində nəzərdə tutduqları əqdi d eyil, başqa əqdi bağlayırlar, bu cür hallarda mübahisə yarandıqda isə tərəflərin əslində nəzərdə tutduqları əqdə dair qaydalar tətbiq edilir. Lakin Mülki Məcəllənin 340.2-ci maddəsinin ikinci cümləsinin tətbiqi üçün pərdələyən və pərdələnən əqdlərdə tərəflərin eyni şəxslər olması zəruridir. Hazırkı mülki iş üzrə iddiaçının istinad etdiyi borc münasibəti ilə faktik müəyyən edilmiş avtomaşının alqı-satqısı ilə bağlı münasibətlərdə tərəflər mülki hüquq münasibətlərinin müstəqil subyektləri olmaqla, tamamilə başqa şəxslərdir. Çünki avtomobil iddiaçının mülkiyyətində deyildir və iddiaçının həmin avtomobilə dair sərəncam vermək hüququ yoxdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd olmaqla, tərəflər üçün hər hansı öhdəliklə r yaratmır. Eyni zamanda, tərəflərin əslində nəzərdə tutduqları avtomaşının alqı-satqısına dair əqdə dair qaydaların hazırki iş üzrə tətbiqi mümkün deyildir. Çünki iddiaçı avtomobilin mülkiyyətçisi olmadığından həmin avtomobilin dəyərinin ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə pul tələbinə dair iddiasının təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, bu mövqe iş üzrə əvvəlki kassasiya məhkəməsi qərarlarının göstərişləri ilə də ziddiyyət təşkil etmir. Belə ki, birinci apellyasiya baxışı zamanı məhkəmə kredit müqaviləsi üzrə borc məbləğinin verilməsinin sübut olunmamasına istinad etməklə, iddianı rə dd etmiş, həmin qətnaməni ləğv edən kassasiya instansiya məhkəməsi borcun verilməsi barədə işdə olan qəbzə qiymət verilməməsi əsası ilə qətnaməni ləğv edərək, işi yeni baxışa qaytarmışdır. İkinci apellyasiya baxışı zamanı məhkəmə tərəflər arasında borc müqaviləsi bağlansa da, heç bir pul məbləğinin ödənilməməsi və tərəflər arasında avtomobilin alınması ilə bağlı söhbətin olduğunu müəyyən etmiş və yenə də MM-nin 739.1-cu maddəsinə istinad edərək, borc pul verilmədiyi əsası ilə iddianı təmin etməmişdir. İkinci kassasiya qərarında məhkəmə kollegiyası iddiaçının avtomobilin alınması məqsədilə cavabdehə borc verdiyinə istinad etdiyini əsas götürərək, avtomobilin faktiki sahibinin iddiaçının özü olub-olmamasını, cavabdeh tərəfindən avtomobilin iddiaçıya qaytarılıb-qaytarılmaması, avtomobilin haz ırda kimdə olmasını araşdırmaq, götürülmüş borcun 3-cü şəxsə verilib-verilməməsini aydınlaşdırmaq, bütün bunların Mülki Məcəllənin 739-cu maddəsinin düzgün tətbiqi üçün mühüm hal olması barədə göstərişlər vermişdir. Həmin göstərişlər əsasında əlavə araşdırma aparan apellyasiya məhkəməsi isə müəyyən etdiyi faktiki hallar üzrə maddi hüquq normalarını düzgün tətbiq etməyərək, səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınl ıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə başqa əqdin pərdələnməsi məqsədi ilə bağlınmış digər əqdin qanuni olması əsası ilə iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində dəfələrlə mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə yeni qərar qəbul ed ilərək, iddia həmin hissədə də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)636/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində (Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3730 manat əsas borc, 10 manat artırılmış faiz üzrə borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3770 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi) ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5192/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5192/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver