Məhkəmə qərarları › İş №2(102)-5193/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5193/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5193/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)838/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə(hakim R.Ə.Əlizadə, iş № 2(039)-2365/2019) İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə cəmi 8451,49 manat borca görə, 30 manat dövlət rüsumuna görə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Əsədli, Ə.T.Məcidov və A.A.Mahmudov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2017-ci il tarixdə tərəflər arasında xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 23 hektar sahədə pambıq əkib hər hektardan 20 sentner məhsul əldə etməklə 46,0 ton xam pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyin müqabilində Cavabdeh iddiaçıdan 13.717,72 manat məbləğində avans götürmüşdür. 2019-cu ilin oktyabr ayında İddiaçı MMC iddia ərazisi ilə məhkəməyə müraciət edərək cavabdehin müqa viləyə əsasən MMC-yə 46 ton xam pambıq təhvil verməli olduğu halda cəmi 11033,35 kq çəkidə xam pambıq təhvil verməsini və bununla əlaqədar cavabdehin təhvil vermədiyi pulun qaytarılmasını təmin etməməklə müqavilənin 4.2-ci bəndinə əsasən 20 faiz həcmində cərimə edilməli olmasını əsas göstərməklə cavabdehdən əsas borca görə 8443,49 manat, cəriməyə görə 3496,66 manat, cəmi 11.940,15 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək MMC ilə xam pambığın alqı-satqısı barədə müqavilə bağlamamasını və iddiaçı qarşısında hər hansı öhdəlik götürməməsini, müqavilədəki im zanın ona məxsus olmamasını, məhkəmənin iş üçün mühüm əhəmiyyəti olan halları araşdırmadan qətnamə qəbul etməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilib işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh kassasiya şikayətində MMC ilə müqavilə bağlamasını inkar etsə də, işdən görünür ki, mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən o, məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə aralarında müqavilənin bağlanmasını və ona avans verilməsini, lakin məhsuldarlığın zəif olması ilə əlaqədar müqavilə üzrə öhdəliyini icra edə bilmədiyini etiraf etmiş və borcunu ödəyəcəyini bildirmişdir. İşdən görünür ki, həqiqətən də, tərəflər arasında xam pambığın alqı-satqısı barədə müqavilə bağlanmış və cavabdeh həmin müqaviləni imzalamaqla müqav ilənin şərtləri ilə razılaşdığını təsdiq etmişdir. Müəyyən olunduğu kimi cavabdeh avans olaraq aldığı 13.717,72 manatın müqabilində MMC-yə həmin məbləği ödəyən miqdarda pambıq təhvil verməmiş, MMC-yə 8443,49 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh tərəfindən aldığı pul məbləğinə uyğun miqdarda MMC-yə pambığın verilməsi təmin olunmamaqla müqavilə öhdəliyi pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pu l ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən həmçinin görünür ki, MMC tərəfindən cavabd ehdən dəbbə pulu qismində 3496,66 manat tələb olunmuş, lakin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq cərimənin miqdarını azaldaraq 8 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiya işin müəyyən olunmuş yuxarıda göstərilən hallarına və istinad olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar