Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5194/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Bank of Baku" ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5194/21 (Açar sözlər: faizlərin ləğv edilməsi, preyudisial əhəmiyyətli məhkəmə qətnaməsi ) Bakı şəhəri, 25 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Bank of Baku" ASC-yə qarşı “faizlərin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 2(103)-909/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə “Bank of Baku" ASC-nin Babək filialı arasında 09.10.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və 60 ay müddətinə 17876 AZN və ya manatın dollara həmin dövrün məzənnəsinə uyğun 22874 USD məbləğində avtomobil krediti rəsmləşdirilmişdir.
2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli 27 iyul 2016-cı il tarixli Qətnaməsi ilə iddiaçı “Bank of Baku" ASC-nin cavabdeh İddiaçı qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi” barədə iddiası q ismən təmin edilərək, cavabdeh İddiaçı 19436,29 ABŞ 1642,66 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə, cəmi 21.128,95 ABŞ dolları borcun ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi üzrə manatla və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin cavabdeh İddiaçı məxsus “Hyundai Sonata” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8311/2016 nömrəli, 06 oktyabr 2016-cı il tarixli Qətnaməsi ilə Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli 27 iyul 2016-cı il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1205/2017 nömrəli 01 fevral 2017-ci il tarixli Qərarı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8311/2016 nömrəli, 06 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq, kredit müqaviləsi üzrə əsassız tətbiq edilmiş faizlərin ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılıb ki, 09.10.2013-cü il tarixində iddiaçı ilə Cavabdeh ASC-nın Babək filialı ilə ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya 60 ay müddətinə 17876 AZN və ya manatın dollara həmin dövrün məzənnəsinə uyğun 22874 USD məbləğində avtomobil krediti verilmişdir. Tərtib edilmiş cədvələ və müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliy i yerinə yetirmiş, həmin tarixdən dolların manata məzənnəsinə uyğun heç bir gecikdirməyə yol vermədən kredit ödənişini həyata keçirmişdir. 6. “Hyundai Sonata” avtomobilinin satış salonunda qiyməti 21800 AZN təşkil etmişdir. Bu iddiaçını qane etmiş və müqavilənin bağlanmasına səbəb olmuşdur. İddiaçı Cavabdeh ASC-nin Babək filialına avtosalonun hesabına 3924 AZN ilkin ödəniş kimi nəğd pul ödəmiş, adi çəkilən bankın filialı tərəfindən isə avtosalona 17876 AZN pul köçürülmüşdür. Lakin Cavabdeh ASC-in Babək filialı tərəfindən ödəmə cədvəli milli valyutada deyil, ABŞ dolları ilə tərtib edilmiş və devalivasiya ilə əlaqədar problemin yaranmasına səbəb olmuşdur. Hazırda iddiaçının Cavabdeh ASC-yə ödənilməmiş faiz və tətbiq olunmuş cərimələr də daxil olmaqla 17610 ABŞ dollar borcu mövcuddur.
7. Deva lvasiya müddətində yaranmış gecikdirmə ilə əlaqədar bank iddiaçını məhkəməyə vermişdir. Məhkəmə qətnaməsinə əsasən tutma avtomobilə yönəldilmişdir. Müvafiq razılaşmaya əsasən hər ay 300-400 AZN olmaqla ödənişlər davam etdirilmiş və ümumilikdə 16713 AZN pul ödənilmişdir. Devolvasiya qərarına qədər, yəni fevral 2015-ci il tarixində olan dövrdə əsas borc qalığı 17917 ABŞ dolları və ya 13975 AZN olmuşdur. Devolvasiyaya qədər isə iddiaçı 10000 ABŞ dollarından çox pul ödəmişdir. Bunun 4583,9 dolları və ya 3575,4 manatı əsas borc, 5416,3 dolları və ya 4224,7 manatı isə faiz borcu olmuşdur. Yəni Cavabdeh ASC-i tərəfindən avtosalona köçürülmüş 17876 AZN əsas borcdan 3575,4 AZN silinmiş və 13,293 AZN əsas borc qalmışdır. Bundan əlavə bu günə qədər 6715 AZN pul ödənilmişdir.
8. Beləliklə, ödəmə cəd vəli 34854 ABŞ dolları ilə deyil, həmin dövrün manatın dollara məzənnəsi ilə tərtib edilsəydi 27186,12 AZN təşkil edəcəkdi, nəticədə iddiaçının ümumi qalıq borcu 17610 ABŞ dolları deyil, 10473 AZN-nə bərabər olacaqdı və bu da kreditə Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiq edilməsinə əsas vermiş olacaqdı.
9. Bundan başqa, Cavabdeh ASC-yə dəfələrlə ödəmə cədvəlinin Milli valyutada tərtib edilməsi barədə müraciətlər olunmuş və heç bir müsbət nəticə olmamışdır.
10. Həmçinin Cavabdeh ASC tərəfindən 1642,66 ABŞ dolları və 634,92 ABŞ dolları cərimənin əsas qalıq borcun üstünə toplanaraq təkrar faiz hesablanmışdır.
11. Tərtib olunmuş ödəniş cədvəlində faizlərin yüksəkdən azalana doğru və hər ay ödənilməsi nəzərdə tutulması nəticəsində yaranmış 1642,66 ABŞ dollarına əlavə hesablanm ış faizin silinməsi və Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə cərimə borcu ləğv edildiyi üçün həm 634,92 dollar cərimənin və ona hesablanmış faizin 17610 ABŞ dolları qalıq borcundan çıxılmaqla, yerdə qalan qalıq borcun dolların bu günə manat məzənnəsinə uyğun ödəniş cədvəli tərtib edilməsi xahiş olunmuşdur, lakin bank hər hansı tədbir görməmişdir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445 və 741-ci maddələrinə istinad etmişdir.
13. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, qeyd edilən kredit müqaviləsi üzrə borcun tutulması barədə qanuni qüvvədə olan məhkəmə qətnamələri var.
14. Nərimanov rayon Məhkəməsinin 2(005)-1986/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Aytən Novruzova)
15. Birinci instansiya məhkə məsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli, 27 iyul 2016-cı il tarixli Qətnaməsi ilə cavabdeh İddiaçı 19436,29 ABŞ 1642,66 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə, cəmi 21.128,95 ABŞ dolları borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi üzrə manatla və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin cavabdeh İddiaçı məxsus “Hyundai Sonata” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, iddiaçı Cavabdeh ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit fa izi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir.
16. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına və MPM-in 82.3-cü maddəsinə istinadən qeyd etmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tər əflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli, 27 iyul 2016-cı il tarixli Qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən faiz borcu həmin qətnamə ilə mötəbər sübut kimi qiymətləndirilmiş və cavabdeh İddiaçı bankın xeyrinə tutulmalı olan faiz borcu 1642,66 ABŞ dolları məbləğində müəyyən edilmiş, bu qətnamə apellyasiya instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən faiz borcunun əsaslı olub-olmamasına hüquqi qiymət verilmişdir.
18. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələr ilə əsa slandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, öz xeyrinə obyektiv qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb. Əlavə olaraq göstərilib ki, birinci instansiya məhkəməsi əsas borc qalığının müəyyən edilməsi barədə araşdırma aparmadan qətnamə qəbul etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)-2768/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6368/2019 saylı iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Anar Tanrıverdiyev) 2
2. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq, qeyd etmişdir ki, hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli 27 iyul 2016-cı il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən faiz borcu həmin qətnamə ilə mötəbər sübut kimi qiymətləndirilmiş və cavabdeh İddiaçı bankın xeyrinə tutulmalı olan faiz borcu 1642,66 ABŞ dolları məbləğində müəyyən edilmiş, bu qətnamə apellyasiya instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən faiz borcunun əsaslı olubolmamasına hüquqi qiymət verilmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıla rının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, həmçinin qeyd edimişdir ki, bankla iddiaçının arasındakı mübahisə Mülki Məcəllənin 421-424-cü maddələrinə uyğun nizama salınmalıdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınaraq, tərəflər arasındakı müqavilə şərtləri ya yeni vəziyyətə uyğunlaşdırılmalı, ya da müqavilə ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasınd a İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən mad di və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.
32. İddia tələbi kredit müqaviləsi üzrə tətbiq edilmiş faizlərin ləğv edilməsi barədədir.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən faiz borcuna Suraxanı Rayon Məhkəməsinin 2(010)6876/2016 nömrəli, 27 iyul 2016-cı il tarixli Qətnaməsi ilə qiymət verilmiş və cavabdeh İddiaçı bankın xeyrinə tutulmalı olan faiz borcu 1642,66 ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Başqa sözlə, bankın iddiaçıya qarşı kreditin qaytarılması tələbi ilə bağlı məhkəmə icraatı çərçivəsində qeyd edilən faiz borcunun əsaslı olub-olmamasına hüquqi qiymət verilmişdir.
34. Göründüyü kimi, işin müəyyən edilmiş halları tətbiq edilən prosessual hüquq normalarının tələbi baxımından iddianın təmin edilməsini istisna etmişdir. Bu baxımdan, iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslıdır.
35. Məhkəmə kollegiyası bankla iddiaçının arasındakı mübahisənin Mülki Məcəllənin 421-424-cü maddələrinə uyğun nizama salınmalı olması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınmaqla, tərəflər arasındakı müqavilə şərtlərinin ya yeni vəziyyətə uyğunlaşdırılması, ya da müqavilə ləğv edilməli olması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Çünki bu dəlil hazırki iddianın predmetinə aid olmayan dəlildir.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlan ılmalıdır.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-909/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.