Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5195/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" ASC Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5195/21 (Açar sözlər: prosessual müddətin bərpası barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: "xxxx" ASC-nin vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)2560/2021 saylı qərardadından Cavabdeh2 kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3 Havasət oğluna və digərlərinə qarşı kredit borcunun tutulması və borcun əmlaklara yönəldilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC Cavabdeh3 Havasət oğlu və digərlərinə qarşı kredit borcunun tutulması və borcun əmlaklara yönəldilməsinə dair iddiası qismən təmin edilib. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edib və ərizəsini onunla əsaslandırıb ki, o, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək istəyir. Lakin qətnamədən xəbəri olmaması səbəbindən müddəti ötürüb. Yəni qətnaməni ondan asılı olmayan səbəblərdən gec alıb və hesab edir ki, buraxılmış prosessual müddət üzrlü olaraq ötürüldüyündən, bərpa edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilib və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılıb. Cavabdeh2 qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilərək, prosessual müddətin bərpa edilməsini xahiş edib. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən edilməyib və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən və məruzəçi, V.N.Sadıqov və A.N.İmanov) şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürüb. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllə nin 133.1, 133.3-cü maddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin vəkili Murad Mirzəzadə kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2, vəkil i Vəkil və digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmi n Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və sair). Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə, apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdiril məsi üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məc əllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, mülki iş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətini 29 sentyabr 2017-ci il tarixdə rəsmi qaydada alıb, lakin apelyasiya şikayətini məhkəməyə 3 ilə yaxın bir müddət keçdikdən sonra məhkəməyə təqdim edib. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ərizədə göstərilən dəlillər prosessual müddətin üzrlü səbəbdən ötürülməsi və bərpası üçün əsas ola bilməz. Çünki, Cavabdeh2 prosessual müddəti üzrlü səbəblərdən ötürməsi ilə bağlı məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 prosessual müddətin bərpası barədə ərizəsini rədd edib, apellyasiya şikayətini geri qaytarmış birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələy ə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)-2560/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5195/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5195/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver