Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5197/2019 15.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şadıyev Ənvər Əhməd oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, iddiaçı x1-nin vəkili Cabbarov Mirhəsən Miri oğlunun iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2294/2017 saylı, 03 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın qismən təmin edilməsi, cavabdeh x2 24.09.2013-cü il tarixli, 27B8/13 saylı əsas kredit müqaviləsinin çərçivəsi ndə bağlanmış 22.12.2014-cü il tarixli, 27B8/13-2 saylı əlavə kredit müqaviləsinə görə 31890,40 ABŞ dolları əsas, 4640,48 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 36630,88 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc, 30 manat dövlət rüsumunun 93%-i, yəni 27,90 manatı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun 93 %-i, yəni 27,90 manatı x1-nin xeyrinə tutulması, məhkəmə məsrəfini təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manatın 7%-i, yəni 10,50 manatı x1-dən, 93%-i, yəni 139,50 manatı x2 tutularaq x4-nin hesablaşma hesabına köçürülməsi, tutmanın mülkiyyət hüququ ilə x3 adına olan ünvan 1 mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müə ssisə vasitəsi ilə satılması, realizə edilmiş mənzilin dəyərindən cavabdeh x2 x1-yə olan 22.12.2014-cü il tarixli. 27B8/13-2 saylı əlavə kredit müqaviləsinə görə cəmi 36630,88 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borcu, 30 (otuz) manat dövlət rüsumunun 93 %-i yəni 27,90 manatı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun 93 %-i yəni 27.90 manatı x4-yə isə 139,50 manat ekspertiza tədqiqatının dəyərinin ödənilməsi, borc və məhkəmə xərcləri ödənildikdən sonra qalan pul vəsaitinin cavabdeh x3 qaytarılması, ipoteka predmetini təşkil edən mənzilin ilkin satış qiymətinin 100000 manat məbləğində müəyyən edilməsi və bu mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər x3, x2, x5 və x6 oradan çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)-1383/2018 saylı qətnaməsi ilə (hakimlər: S.Hacıyev, R.Eyvazov və F.Talışinski) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2294/2017 saylı, 03 aprel 2017-ci il tarixli qətnaməsi tutulmuş faiz borcunun məbləği hissəsində dəyişdirilərək, cavabdeh x2 24.09.2013-cü il tarixli, 27B8/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 22.12.2014-cü il tarixli, 27B8/13-2 saylı əlavə kredit müqaviləsinə görə faiz borcu qismində 2297,2 ABŞ dolları pulun ödəniş vaxtına manata məzənnəsi üzrə x1-nin xeyrinə tutulması, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tə dqiqatının dəyəri olan cəmi 300 manatın cavabdeh x2 tutulması qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)-1383/2018 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2, x3, x5ına və x6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 iddiaçı x1-nin xeyrinə 24.09.2013-cü il tarixli, 27B8/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 22.12.2014-cü il tarixli, 27B8/13-2 saylı əlavə kredit müqaviləsi üzrə 31.890,40 ABŞ dolları əsas, 4.640,48 ABŞ dolları faiz, 2.763,18 ABŞ dolları cərimə olmaqla, cəmi 39.294,06 ABŞ dolları borcun v ə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması. tələbin ipoteka predmeti olan x3 mülkiyyətində olan ünvan 1 mənzilinə yönəldilməsi. bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh x2 22.12.2014-cü il tarixli, 27B8/13-2 saylı əlavə kredit müqaviləsi üzrə 39.294,06 ABŞ dolları borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı x1-yə ödənilməsi. ipoteka predmetinin ilkin satış qiymətinin 97.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 yerl əşən 3 saylı evin 38 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər x3, x2, x5ının və x6 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018ci il tarixli, 2(103)-1383/2018 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vək ili Cabbarov Mirhəsən Miri oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 24 sentyabr 2013-cü il tarixli, 27B8/13 nömrəli əsas kredit müqaviləsindən görünür ki, x1 x2 60 ay müddətinə, 24 sentyabr 2018-ci il tarixinədək ******* manat məbləğində, bu müqavilə çərçivə sində əlavə kredit müqaviləsi bağlanılmaqla kredit vermişdir. İşdə olan 24 sentyabr 2013-cü il tarixli, 27BİS8/13 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, x1 ilə x2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün x3 ünvan 1 mənzilini ipotekaya qoymuşdur. İşdə olan 22 dekabr 2014-cü il tarixli, 27B8/13-2 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, x1 x2 30 ay müddətinə, 22 iyun 2017-ci il tarixinədək illik 23% ödəmək şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 23 avqust 2006-cı il tarixli, **********44-05101-093006 reyestr, ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ipoteka predmetini təşkil edən ü nvan 1 istifadədə olan 0,16034 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 63,43 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 38 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə x3 adına daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 14520 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25.09.2013-cü il tarixli, **********4405101-093006 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 24 sentyabr 2013-cü il tarixli, 27B8/13 nömrəli əsas kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyin təminatı kimi x3 məxsus ünvan 1ki 3 saylı evin 38-ci mənzili x1-nin xeyrinə 60 ay müddətinə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 14520 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 20 sentyabr 2013-cü il tarixdə verilmiş 2527 nömrəli arayışın surətindən görünür ki, x3 məxsus ünvan 1ki 3 saylı evin 38-ci mənzilində mülkiyyətçinin özü ilə yanaşı digər cavabdehlər, o cümlədən əri x2, övladları x5 və x6 qeydiyyatdadırlar; İşdə olan 18 iyun 1987-ci il tarixli, İV-JQ seriyalı, 388621 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, x2 ilə x3 18 iyun 1987-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 84 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər «Həsənov» soyadında qalmış, arvada isə «Həsənova» soyadı verilmişdir. İşdə olan x2 və x5 tərəfindən verilmiş notariat qaydasında təsdiq edilmiş ərizələrdən görünür ki, ərizəçilər x3 mülkiyyətində olan ünvan 1ki 3 saylı evin 38-ci mənzilinin ipotekaya qoyulmasına etiraz etmirlər və öhdələrinə götürürlər ki, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda könüllü surətdə oranı tərk edəcəklər. İşdə olan 04 mart 2015-ci il tarixdə bağlanmış 22 dekabr 2014-cü il tarixli, 27B8/13-2 nömrəli əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında sazişə əsasən tərəflər arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, 27B8/13-2 nömrəli əlavə kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditin müddəti 22 avqust 2018-ci il tarixədək uzadılmış, kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 21,5 faiz müəyyən edilmiş, bu dəyişikliklər qüvvəyə mindikdən sonra borcalan tərəfindən öhdəliyin yerinə yetirilməsi bir dəfəyə 10 təqvim günü gecikdirildiyi halda borcverənin faiz dərəcəsini və cərimə faizlərini kredit müqaviləsi üzrə əvvəl müəyyən olunmuş dərəcəyə qaytara biləcəyi göstərilmiş, kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. İşdə olan x4 tərəfindən 17 fevral 2017-ci il tarixdə tərtib edilmiş, ƏEM/F 82-244/17 nömrəli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,43 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin bazar dəyəri 100000 manat təşkil edir. İşdə olan x1 tərəfind ən tərtib edilmiş 27 sentyabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 31890,40 ABŞ dolları əsas, 4640,48 ABŞ dolları faiz, 2763,18 ABŞ dolları cərimə olmaqla, cəmi 39294,06 ABŞ dolları borcu qalmışdır. İşdə olan pretenziyanın surətindən görünür ki, cavabdeh yaranmış kredit borcunun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İşdə olan x1 tərəfindən cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş qeydiyyat orqanı tərəfindən müvafiq qaydada qeydiyyata alınmışdır. İşdə olan x4 17 fevral 2017-ci il tarixdə tərtib edilmiş, ƏEM/F 82-244/17 nömrəli məktubundan görünür ki, Mərkəzin göstərdiyi iş və xidmətlərin dəyəri MMC-nin tarif cədvəlinə müvafiq olaraq 150 (bir yüz əlli) manat təşkil edir. İşdə olan 10 oktyabr 2016-c ı il tarixli ödəniş tapşırığından və digər maliyyə sənədlərindən görünür ki, x1 ümumilikdə 60 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 27814 nömrəli, 29 dekabr 2017-ci il tarixli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 22.12.2014-cü il tarixli 27B8/13-2 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 27.09.2017-ci il tarixinə x2 x1-nə olan borcu 37.770,74 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən: əsas kredit borcu – 31.890,4 ABŞ dolları və faiz borcu – 5880,34 ABŞ dolları. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 7540 nömrəli, 24 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 22.12.2014-cü il tarixli 27B8/13-2 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 22.06.2017-c i il tarixə x2 x1-nə olan borcu 41.621,11 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən: əsas kredit borcu – 31.890,4 ABŞ dolları, faiz borcu – 9730,71 ABŞ dolları. Rəydən həmçinin görünür ki, bank tərəfindən 2 dekabr 2014-cü il tarixli 27B8/13-2 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Eləcə də hazırki ekspertiza zamanı borc məbləği 22.06.2017-ci il tarixə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan 18.07.2017-ci il tarixdən 10.11.2017-ci il tarixədək aparılmış 7433,51 ABŞ dolları məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Azərba ycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orq anlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv ed ilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdə liyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləm əlidirlər. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə-hissə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddiaçıya ödəməli olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçının tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən kredit müqaviləsi üzrə verdiyi borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Buna görə də kredit alan, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcu ona hesablanmış faiz və cərimə borcu ilə birgə iddiaçıya ödəməlidir. İşdə olan hər iki ekspert rəyi ilə də cavabdehin əsas kredit borcunun 31.890,4 ABŞ dolları olması müəyyən edildiyindən eləcə də əsas borca münasibətdə nəzərə alınmamış ödənişlər barəsində cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan əsas kredit borcunun məbləği hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarından görünür ki, 22 dekabr 2014-cü il tarixli əlavə kredit müqaviləsində x1 x2 30 ay müddətinə, 22 iyun 2017-ci il tarixinədək illik 23% ödəmək şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit vermişdir. Qeyd olunan əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə 04 mart 2015ci il tari xli sazişdən görünür ki, kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 21,5 faiz, müddət isə 22 avqust 2018-ci il tarixinədək müəyyən edilmişdir. Göründüyü kimi müqavilə müddətinin bitdiyi tarixə cavabdehin 9730,71 ABŞ dolları olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 18.07.2017-ci il tarixdən 10.11.2017-ci il tarixədək aparılmış 7433,51 ABŞ dolları məbləğində ödənişlər ekspertiza zamanı nəzərə alınmadığından, müəyyən edilmiş faiz borcundan (9730,71 ABŞ dollarrı) 7433,51 ABŞ dolları çıxılmaqla (9730,71-7433,51=2297,2) 2297,2 ABŞ dolları müəyyən edilməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, əsas və faiz borcuna münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş cərimənin məbləği tam olaraq işin hallarına uyğ un olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Odur ki, Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, borc alınmış valyutada, yəni ABŞ dolları ilə, qaytarılmalıdır. Eyni zamanda, Mülki Məcəllənin 439.2-ci maddəsi baxımından əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikası nda ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Göründüyü kimi, qanun birbaşa olaraq borcun məhz ödəniş yerinin məzənnəsinə uyğun aparılmasını müəyyən etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin dəlillər cavabdehin götürdüyü öhdəliklərdən azad edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin Mülki Prosessul Məcəllənin 119.1-ci maddəsinə əsasən ekspertiza xərcləri cavabdeh x2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayə ti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5197/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5197/2019
15.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver