Məhkəmə qərarları › İş №2(102)-5197/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5197/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5197/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1174/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 26.09.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli borcverən "xxxx" ASC, borcalan Cavabdeh1, zamin X1 arasında bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən İddiaçı İKB ASC Cavabdeh1 24 ay müddətinə illik 24% hesablamaq şərti ilə 19200 ABŞ dolları məbləğində kredit verməyi, borclu isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunu borcverənə qaytarmağı, zamin Bank qarşısında “borcalanın” müqavilənin 1.2-ci bəndi ilə nəzərdə tutulmuş öhdəliyin tam həcmdə icra edilməsinə cavabdeh olması barədə öhdəlik götürmüşlər. 26.09.2014-cü il tarixli, 1-MZ-3 -0-1053-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə 26.11.2015-ci il tarixli borcverənlə borcalan arasında bağlanmış əlavəyə əsasən kreditin müddəti 26.06.2017-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 27 faiz müəyyən edilmiş, kreditin güzəşt müddəti 2 ay təyin edilmişdir. 26.09.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə 07.03.2016-cı il tarixli borcverənlə borcalan arasında bağlanmış əlavəyə əsasən kreditin bitmə müddəti olduğu kimi qalmış, kreditin faizi 24 faizə endirilmiş, əlavə olaraq 3 ay güzəşt müddəti müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı İKB ASC (hazırda "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 8071,62 ABŞ dolları əsas, 3852,75 ABŞ dolları faiz, 1258,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 26.06.2017-ci il tarixdən, 18.06.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 943,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 14126,32 ABŞ dolları borc və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, tələb edilən müddətlərdə və məbləğlərdə ödənişlər etməmiş, nəticədə Banka borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış 05.11.2018-ci il və 20.06.2019-cu tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehlərdən 26.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş 23.07.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 mübahisə predmeti olan kredit müqaviləsi üzrə əsas borcdan cəmi 12961.76 ABŞ dolları, faiz borcundan 4845,82 ABŞ dolları ödəmişdir. Borclu sonuncu dəfə 14.02.2020-ci il tarixdə 117,51 ABŞ dolları ödəniş etmişdir. Borclunun kreditin bitmə tarixinə 3852,75 ABŞ dolları faiz borcu qalmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3701 saylı, 17.03.2020-ci il tarixli ekspert rəyinə əsasən 26.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 26.06.2017-ci il tarixə İddiaçı İKB ASC-yə 11166,69 ABŞ dolları əsas borc, 3841,39 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 15008,08 ABŞ dolları, 13.03.2020-ci il tarixə isə 7777,76 ABŞ dolları əsas, 3841,38 ABŞ dolları faiz, 5 faizlə hesablanmış faiz borcu 1229,73 ABŞ dolları olmaqla, cəmi 12848,87 ABŞ dolları müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 2(001)-334/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 26.09.2014cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli kredit müqaviləsinə (həmin kredit müqaviləsinə əlavələr nəzərə alınmaqla) əsasən əsas borc üzrə 6238,24 ABŞ dolları, faiz borcu üzrə 3841,38 ABŞ doll arı, cərimə borcu üzrə 100 ABŞ dolları, illik 5 faizlə hesablanan faiz borcu üzrə 303,45 ABŞ dolları, cəmi 10483,07 ABŞ dolları məbləğində pul vəsaitinin ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində hissəsinin Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərinin 20 manat hissəsinin iddiaçıdan, 80 manatının isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Borclu kredit müqaviləsi ü zrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada, yəni ödəniş qrafiki ilə nəzərdə tutulmuş həcmdə və müddətdə icra etməmişdir. Bununla da borclu müqavilə şərtlərini pozmuşdur. Eyni zamanda müqavilə müddəti bitdikdən sonra da borcunu ödəməməklə iddiaçıya zərər vurmuşdur. İddiaçı tələbində kredit müqaviləsi üzrə 8071,62 ABŞ dolları məbləğində əsas borcun qalmasını bildirsə də, onun tərəfindən təqdim olunan sonuncu maliyyə arayışından görünür ki, borclu əsas borc üzrə 12961,76 ABŞ dolları ödəniş etmişdir. Riyazı hesablama aparıldıqda kreditin 19200 ABŞ dolları olduğunu nəzərə alınarsa qalıq məbləğ həmin məbləğlərin fərqini əhatə etməlidir. Yəni kredit müqaviləsi üzrə əsas borc 6238,24 ABŞ dolları (1920012961,76=6238,24) məbləğində müəyyən edilməlidir. Faiz borcu ilə bağlı həm tələbdə, həm sonunc u maliyyə arayışında, həm də eskpert rəyində göstərilən məbləğlər təqribən eynilik təşkil etdiyindən məhkəmə hesab etmişdir ki, ekspert rəyi üstün hesab edilməklə faiz borcu 3841,38 ABŞ dolları müəyyən edilməlidir. İllik 5 faizlə tələb olunan borca münasibətdə isə məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə qalıq əsas borcun məbləği 6238,24 ABŞ dolları müəyyən edildiyinə görə, iddia ərizəsinin məhkəməyə verildiyi vaxtadək olan müddət (26 iyun 2017-18 iyun 2019) təqribən 1 ili əhatə etdiyinə görə borc 303,45 (357/müqavilə müddəti bitdikdən sonra iddia verilən günədək olan zaman kəsiyi X 0.85/tələb olunan əsas məbləğin illik 5 faizlə 1 günə düşən məbləği) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Cərimə məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, müəyyən olunan əsas borc və faiz borc u nəzərə alınaraq tələb olunan cərimə məbləği endirilməli 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 əsas borc üzrə 6238,24 ABŞ dolları, faiz borcu üzrə 3841,38 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, illik 5 faizlə tələb olunan faiz borcu 303,45 ABŞ dolları, cəmi 10483,07 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə digər cavabdehə (zaminə) münasibətdə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək iddia tələbini rədd etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 26.09.2014-cü il tarixli kredit müqaviləsinin bitmə tarixi 26.06.2017-ci il olduğundan, iddia məhkəməyə kredit müqaviləsinin bitdiyi tarixdən təqribən 2 il sonra verildiyindən (18.07.2019) zaminliyə xitam verilməli, iddia zaminə qarşı əsaslı hesab edilməməlidir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun “əsas, faiz, cərimə borcunun tutulması və gecikdirilmiş vaxt üçün hesablanmış məbləğin ödənilməsi” hissəsində və iddia tələbinin zaminə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissələrdə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin cərimə məbləğini tənasübsüz şəkildə azaltmış olması və borc məbləğlərini tam tutmaması, zaminə münasibətdə tələbin rədd edilməsinin əsassız olması arqume ntləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 05 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yəni, faiz borcu üzrə 3841,38 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, illik 5 faizlə hesablanan faiz borcu üzrə 303,45 ABŞ dolları, cəmi 10483,07 ABŞ dolları məbləğində pul vəsaitinin ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 tutulmalı olan faiz borcu 3852,75 ABŞ dolları, il lik 5 faizlə hesablanan faiz borcu 604,68 ABŞ dolları, cərimə borcu 300 ABŞ dolları olmaqla ümumilikdə tutulmalı olan borc məbləği 10995,67 ABŞ dolları müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlillərini nəzərə alan məhkəmə apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasə təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 13 mart 2020-ci il tarixə banka 6238,55 ABŞ dolları əsas, 4549,19 ABŞ dolları faiz və gecikdirilmiş vaxt üçün (illik 5% hesablanmaqla) 1189,33 ABŞ dolları faiz borcu vardır. Məhkəmə ekspert rəyindəki faiz borcunu nəzərə alaraq faiz borcu hissədə iddiaçının tələbini t am təmin etmiş, iddiaçı tərəfindən tələb edilən 3852,75 ABŞ dolları borcun cavabdehdən tutulmasını qət etmişdir. Ekspert rəyində faiz borcu 4549,19 ABŞ dolları müəyyən edilsə də, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən işə irəli sürülmüş tələblər əsasında baxdığından faiz borcu hissədə haqlı olarq iddiaçının tələb etdiyi məbləğin tuyulmasını qət etmişdir. Məhkəmə cərimə borcunun azaldılması hissədə, apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edərək birinci instansiya məhkəməsinin müəyyən etdiyi 100 ABŞ dolları cərimə borcunun tutulması hissədə qətnaməni dəyişdirmiş, tələb edilən 6238,24 ABŞ dolları əsas borca münasibətdə 300 ABŞ dolları cərimə borcunun cavabdehdən tutulmasını daha ağlabatan və ədalətli hesb etmişdir. Məhkəmə gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla faiz b orcu hissədə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək bu hissədə də, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmiş, gecikdirilmiş vaxt üçün 26.06.2017-ci ildən 18.06.2019-cu ilədək (illik 5% hesablanmaqla) 604,68 ABŞ dolları faiz borcu (gecikdirilmiş vaxt üçün faiz borcu 1 il 11 ay 8 gün müddətinə hesablanmalıdır; 6238,21X5% = 311,91 dollar (1 ilə): 12 ay = 25,99 dollar (1 ay) (11 ay 285,89 dollar): 30 gün =0,86 (1 gün); 6,88 dollar (8 gün);311,91+285,89+6,88=604,68 dollar pulun Cavabdeh1 tutulmasını qət etmişdir. Məhkəmə tələbin zaminə münasibətdə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmiş, bu hissədə birinci instansiya məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual pozuntuya yol verilməməsi qənaətin ə gəlmiş, apellyasiya şikayətində də bu halla bağlı hər hansı bir dəlil irəli sürülməmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni iddia tələbinin rədd edilən hissələrində mübahisələndirdiyindən məhkəmə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülk i Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyy ət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqavi ləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissələrdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə faiz borcu hissədə tələbi tam təmin etməsinə baxmayaraq iddiaçı k assasiya şikayətində faiz borcunun düzgün hesablanmadığını göstərmişdir. Ona görə də, kassasiya şikayətinin bu dəlili üzrə məhkəmə hər hansı bir araşdırma aparmır. Dəbbə pulunu çox azaldılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının bu hissədə apellyasiya şikayətini nəzərə alaraq birinci instansiya məhkəməsinin müəyyən etdiyi 100 ABŞ dolları dəbbə pulunu 300 ABŞ dollarına qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respulbikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Nəzərə alınmalıdır ki, dəbbə pulu öhdəliklərinin icrasının təmin edilməsinin üsullarından biridir. Belə ki, yaranmış öhdəliyin icrasının təmin edilməsi, həmin öhdəliklərin icrasının təmin edilməsi forması kimi çıxış edir. Bu da borclunun kreditor qarşısında götürmüş olduğu öhdəlikdən yayınmaması üçün əhəmiyyətlidir. Amma müəyyən edilmiş dəbbə pulu götürülmüş öhdəliyə münasib olmaqla öhdəliyin gələcəkdə də icrasına əhəmiyyəli dərəcədə maneə yaratmamalıdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən tələb edilən dəbbə pulunu tam təmin etməməklə (yəni 1258,4 ABŞ dolları) nəzərə almışdır ki, kredit müqaviləsinə görə istənilən dəbbə pulu kredit müqaviləsinə görə yaranmış borca tənasüb olmamaqla gələcəkdə də həmin öhdəliyin icrasına əhəmiyyətli dərəcədə maneə yaradacaqdır. Bu isə öhədliyin icrası üçün qəbul edilmiş məhkəmə aktının icrasını xəyali etməklə, kreditorun da mənafeyinə mənfi formada təsir edəcəkdir. Belə ki, həmin məbləğin vaxtında icra edilməsinə maneə yaratmaqla müəyyən edilmiş məbləğdən əlavə gəlir əldə etməyinə mənfi təsir edəcəkdir. Tələbin öhdəliyin gecikdirməyə görə illik 5 faiz borcun tutulması hissədə apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmış, öhdəliyin gecikdirilməsi günləri üzrə 5 faiz cərimə borcu hesablamaqla 604,68 ABŞ dolları borcun tutulmasını qət etmişdir. İddiaçı bu hissədə, eyni zamanda tələbin zaminə qarşı rədd edilməsi hissədə də apellyasiya instansiyası məhkəməsinin hansı maddi və ya prosessual hüquq normalarının pozulmasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1174/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar