Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5199/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli 2(103)1264/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.B.Əsədov, iş № 2(001)-199/2018) iddiaçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunu n tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 ümumilikdə 251.699 manat iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus mənzilə və Cavabdeh3 məxsus fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, əldə edilən vəsaitin hesabına borcun ödənilməsi və cavabdehlərin ailə üzvləri və başqa şəxslərlə birlikdə yaşadıqları yaşayış sahəsindən 1 ay ərzində çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, i poteka predmetləri olan N ya məxsus mənzilin ilkin satış qiymətinin 72.000 manat, N. Musayevə məxsus fərdi yaşayış evinin ilkin satış qiymətinin 60.000 manat müəyyən olunması, apellyasiya şikayəti verənə münasibətdə qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 25 iyul 2013-cü il tarixdə bankla borclu Cavabdeh1 arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən borcluya illik istifadə dərəcəsi 19 faiz olmaqla 12 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi digər cavabdehlərə məxsus yaşayış sahələri ipoteka ilə yüklü edilmiş, bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 2015-ci ilin avqust ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən onun banka 199.075 manat məbləğində əsas kredit borcunun, 14.239 manat məbləğində faiz borcunun yaranmasının və ona 29.927 manat məbləğində cərimə hesablanmasının, eləcə də əldən çıxmış fayda şəklində ona 38.245 manat məbləğində maddi ziyan dəyməsini əsas göstərməklə Cavabdeh1 cəmi 281.576 manat tutularaq banka ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək bankın kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən başlayaraq ondan 38.245 manat məbləğində əldən çıxmış faydaya görə pul tələb etməsini v ə məhkəmələr tərəfindən heç bir əsas göstərilmədən iddianın həmin hissədə də təmin olunmasını, kredit borclarının şişirdilməklə hesablanaraq tutulmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmal ı, qətnamə əldən çıxmış faydaya görə Cavabdeh1 38.245 manat tutulmasına dair hissədə ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, bank kredit müqaviləsi üzrə yaranmış borcların Cavabdeh1 tutulmasını tələb edərkən eyni zamanda kredit müqaviləsinin bitdiyi tarixdən etibarən banka əldən çıxmış fayda şəklində dəymiş 38.245 manat məbləğində ziyanın ondan tutulmasını tələb etmiş və apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddianın təmin olunmasını əsaslı sayıb birinci instans iya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bank belə bir tələblə məhkəməyə müraciət edərkən həmin hissədə tələbini əsaslandırmamış, eləcə də, işə birinci və apellyasiya instansiyaları məhkəmələrində baxılarkən buna aydınlıq gətirməmiş, ona hansı qaydada ziyan dəyməsini, bu ziyanın nədə ifadə olunmasını göstərməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi də 38.245 manatın borcludan tələb olunmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən nə sübutlar baxımından nə də qanunun tələbi baxımından gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1) Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları na və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (217.2) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun o laraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İddia tələbi həmin hissədə əsaslandırılmadığı kimi eləcə də məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, işə baxan apellyasiya instansiyası məhkəməsi isə gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansi yası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kredit borclarının şişirdilməklə hesablanması və eləcə də qətnamənin qalan hissədə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kollegiya hesab edir ki, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti həmin hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 fevral 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 əldən çıxmış faydaya görə 38.245 manat tutulmasına dair hissədə ləğv edilsin, həmin hissəyə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5199/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5199/2019
31.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver