Məhkəmə qərarları › İş №2(102)-52/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-52/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-52/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-52/21 (Açar sözlər: prosessual müddətin bərpası ) 02.03.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Sadiqov Şahin Bəxtiyar oğlunun, Cavabdeh1 və onun vəkili Həsənov Əkrəm Şirvan oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-401/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 oğu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 1.701.505 ABŞ dolları kredit borcu, 250972,88 ABŞ dolları faiz borcu və 217790,53 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2.170.268,44 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində xüsusi mülkiyyətdə olan 5ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 7023, 3 kv.m olan, istirahət təyinatlı əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, həmin əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması və tutulmalı olan ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracda əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması; Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində xüsusi mülkiyyətdə olan 5 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 7023,3 kv.m olan, istirahət təyinatlı əmlak kompleksi kimi müəssisəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaka istifadə hüququnun itirilməsi, əmlak kompleksinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(006)-907/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ş.Abdullayev) iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 1 701 505 ABŞ dolları əsas borc, 250 972,88 ABŞ dolları faiz borcu və 2 000,12 ABŞ dolları cərimə borcu, cəmi 1 954 478 ABŞ dolları məbləğində pul məbləği tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində xüsusi mülkiyyətdə olan 5 ha torpaq sahəsi və üzəri ndə yerləşən ümumi sahəsi 7 023,3 kv.metr olan, istirahət təyinatlı əmlak kompleksi kimi müəssisəsinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti ******* manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyana qaytarılması, əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakimlər T.Səmədov, E.Nəbiyev və İ.Şirinov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi, Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində xüsusi müliyyətdə olan 5 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 7 023,3 kv.metr olan, istirahət təyinatlı əmlak kompleksi kimi müəssisəsinin ilkin satış qiyməti ******* manat məbləğində müəyyən olunması hissəsində dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 4 316 000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2(102)-3228/2018 sayl ı qərarı ilə (sədrlik edən hakimlər İ.Xələfov, Q.Allahverdiyev və Ə.Şadiyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsində 2-ci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)401/2019 saylı qərardadı ilə (sədrlik edən hakimlər X.Sarıyev, M.Məmmədov və E.Nağıyeva) iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(006)-907/2017 saylı qətnaməsi ləğv edilərək, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)401/2019 saylı qərardadı ilə (sədrlik edən hakimlər X.Sarıyev, E.Mehdiyev və Ş.Məmmədova) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)401/2019 saylı qərardadından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi prosessual müddəti bərpa etməyərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.2-ci maddəsinə əsaslanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apelyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardaddan şikayət müddəti 10 gün olmuşdur, həmin müddət buraxılıb, lakin əqdin mübahisələndirilməsi ilə bağlı müddət bir ildir. Həmin qərardad da əqdin mübahisələndirilməsi ilə bağlı olduğundan prosessual müddət ötürülməyib. Barışıq sazişi bağlanan zaman cavabdehin barəsində cinayət işinə baxılırdı və haqqında hökm çıxmaması üçün həmin sazişi təsir altında imzalamışdı. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və onun vəkili Həsənov Əkrəm Şirvan oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş lər. İddiaçının vəkili Sadiqov Şahin Bəxtiyar oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpası üç ün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin idarəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş, səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər MPM ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Cavabdeh barışıq sazişinin təsdiq olunması barədə qərardaddan kassasiya şikayəti verir və şikayət vermə müddətini ötürmüşdür. Beləki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)401/2019 saylı qərardadının surəti Cavabdeh1 tərəfindən xx xxx 2019-cu il tarixdə şəxsən qəbul edilmiş, sonuncu tərəfindən kassasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Göründüyü kimi cavabdeh MPM-nin 405.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qərardaddan kassasiya şikayəti verilməsi üçü müəyyən edilmiş 10 gün müddəti ötürmüşdür. Kassasiya şikayətinin dəlilərindən biri barışıq sazişinin ona qarşı edilən təsir nəticəsində bağlanmasıdır. Bu dəlil ötürülmüş müddətin üzrlü hesab olunması üçün əsas ola bilməz. Çünki həmin dəlil sazişin bağlanması anına aid olan dəlildir. Tərəflər sazişi məhkəməyə təqdim edərkən və bundan sonra bu barədə məhkəməyə bildirməmiş və qanunla müəyyən edilən vaxtda şikayət verməmişdir. Ona görə hazırkı halda on günlük müddətin üzrlü buraxılıb-buraxılmaması dəlilinə qiymət verilməlidir. Kassatorun digər dəlili isə analoji qərardadlardan şikayət vermə müddətinin bir il olması ilə bağlıdır. Həmin dəlil də əsaslı hesab oluna bilməz. Mülki Prosessual qanunvericilik məhkəmə qərarlarından şikayət vermə, müddətlər və ötürülmüş müddətlərin üzrlü hesab olunması məsələlərini nizama salır. Qanunda qərardadın alındığı vaxtdan kassasiya şikayəti verilməsi üçün on günlük müddət müəyyən edilmişdir. Kassatorun qeyd etdiyi hallar prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır (Mülki Prosessual Məcəllənin 3.1. maddəsi). Qeyd olunan ları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-401/2020 nömrəli iş üzrə xxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar