Məhkəmə qərarları › İş №2(102)-5200/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5200/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5200/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçi İddiaçı X1 (yeni adı "xxxx" X10 Cəmiyyəti) cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-49/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" X10 Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı X4 (yeni adı "xxxx" Bank ASC, bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh4 (bundan sonra – borcalan) arasında 03.03.2010-cu il tarixdə bağlanmış 2400 (G) saylı kredit müqaviləsinə əsasən, Bank borcalana illik 18% olmaqla 24 ay müddətinə 1.000.000 manat məbləğində kredit vermişdir. Bank ilə borcalan və Cavabdeh2 (bundan sonra – ipoteka qoyan) arasında həmin tarixdə bağlanmış 2400(İ) saylı ipoteka müqaviləsinə əsasən, Bank ilə borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və həmin müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının tə minatı kimi, ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerləşən, 0,07006 ha torpaq sahəsi (bundan sonra – ipoteka predmeti) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilədə əmlak 1.686.000 manat məbləğində qiymətləndirilmişdir. Bank ilə borcalan, habelə X8 və Cavabdeh3 (bundan sonra – zaminlər) arasında 25.11.2010-cu il tarixdə bağlanmış müvafiq olaraq 2400(GZ) və 2400(GZ)-2 saylı zaminlik müqavilələrinə əsasən, zaminlər Bank qarşısında borcalanın kredit müqaviləsinin 1.2-ci bəndində göstərilən öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehliyi öz üzərilərinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və X6 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 999.307 manat əsas borc, 720.787 manat faiz borcu və 366.214 manat dəbbə pulu olmaqla, cəmi 2.086.309 manat borcun tutularaq Bankın xeyrinə ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Bank iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh3 və X5 cavabdehlikdən çıxarılmasını və qalan hissədə iddia ərizəsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin ərizə verərək, X5 hüquqi varisi Cavabdeh1 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş, əsas borc məbləğini vaxtında qaytarmamış və bu günə qədər faktiki ist ifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş 24.11.2016-cı il tarixli maliyyə arayışına əsasən, borcalanın kredit müqaviləsi üzrə borcu - 999.307 AZN əsas, 720.787 AZN faiz, 366.214 AZN dəbbə pulu, cəmi 2.086.309 AZN məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında borcalanın nümayəndəsi X2 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri izahatlarında iddia tələbini qəbul etmədiklərini, müqavilələrin 2010-ci ildə bağlandığını, müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu, iddiaçının 7 ildən sonra iddia tələbi ilə müraciət etdiyini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4915/201 7 nömrəli iş üzrə 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bank iddia ərizəsi ilə 2017-ci ilin may ayında müraciət etməklə, iddia müddətini ötürmüşdür. Odur ki, iddia rədd olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə 317.1, 372.2, 373.2, 373.3, 375.2, 385.1, 386.1, 399.1-399.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 36.2.4, 36.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəmə sindəki birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddəti üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, Bankın keçmiş rəhbərliyi bu tipli bir çox müqavilələr bağlamış, müqavilə bağladığı şəxslərlə razılaşaraq bütün müqavilələri gizli saxlamış və iddia müddətinin süni surətdə ötürülməsinə zəmin yaratmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3793/2018 nömrəli iş üzrə 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir k i, məhkəmə iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə təmin etməməklə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır, bu isə o deməkdir ki, Bank ilə borcalan arasında 03.03.2010-cu il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 03.03.2012-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bu qənaət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Məhkəmə, həmçinin qeyd etmişdir ki, kredit müqaviləsində borcalanın öz üzərinə götü rdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulması müqavilənin qeyri-müəyyən müddətə bağlanması kimi qəbul edilə bilməz, çünki müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 03.03.2015-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 03.05.2017-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, iş materiallarından borcalan tərəfindən kredit müqaviləsi üzrə iddia müddətinin axımı başladıqdan sonra müddəti kəsən hərəkətlərin edilmədiyi aydın olur. Məhkəmə öz mövqeyini, həmçinin MPM-in 14.2, 77, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6219/2018 nömrəli iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 375-ci maddəsinin məzmununa əsasən, iddia müddəti hüququ pozulmuş şəxsə öz hüququnun məcburi qaydada bərpa edilməsini tələb etmək hüququ verən müddətdir. Müddətin keçməsi şəxsi öz pozulmuş hüququnun bərpasını tələb etmək hüququndan məhrum edir. Lakin hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Beləliklə, qanunverici iddia müddəti keçmiş tələbin təmin edilməsi imkanını istisna etməmişdir. Bununla yanaşı, şərh olunan maddədə imperativ qaydada müəyyən edilmişdir ki, məhkəmə, iddia müddətini mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edir. Belə ərizə olmazsa məhkəmə iddia müddəti keçmiş tələbə mahiyyəti üzrə baxaraq müvafiq qərar çıxarır. Beləliklə, maddənin tələbinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizəni mübahisə tərəfi məhkəmə qərarı çıxarılana kimi verməlidir. Lakin iş materiallarında cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi yoxdur. Lakin işə apellyasiya qaydasında baxan məhkəmə işin qeyd olunan halına, yəni cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməməsinə diqqət yetirməmiş, birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin edilməməsi barədə qətnaməsini qanuni və əsaslı hesab etmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşin apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2019-cu il tarixli, 23058 saylı rəyinə əsasən, borcalan ilə Bank arasında bağlanmış 03.03.2010-cu il tarixli, 2400(G) saylı kredit müqaviləsi üzrə borcalanın Banka ödənilməli olan kredit borcunun 03.03.2012-ci il tarixə əsas borcu 1.000.000 manat, faiz borcu 198.812,88 manat, 24.11.2016-cı il tarixə - əsas borcu 1.000.000 manat, faiz borcu 1.049.312,88 manat təşkil etdiyi müəyyən olunmuşdur. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ilə bağlı “Hüquq və Torpaq Məsələləri "xxxx" MMC-nin 12 fevral 2021-ci il tarixli, 11 saylı rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerləşən, 0,07006 ha torpaq sahəsinin hazırkı şəraitdə real bazar dəyərinin təqribən 500.000 manat, likvid dəyərinin isə təqribən 350.000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-49/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) Bankın cavabdeh X3 999.307 manat əsas borc, 720.787 manat faiz və 366.214 manat dəbbə pulu olmaqla, cəmi 2.086.309 manat borcun tutularaq Banka ödənilməsi tələbi hissəsində iş üzrə icr aata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə eyni tarixli qətnaməsi ilə Bank tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia qismən təmin edilmiş, borcalandan Bankın xeyrinə 999.307 manat əsas, 198.812,88 manat faiz borcu, 49.965 manat cərimə, 18 manat dövlət rüsumu, cəmi 1.248.102,88 manatın tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 350.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcalanın Banka olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri ol an 100 manatın 60 manatının borcalandan, 40 manatının isə iddiaçıdan alınıb Dövlət xəzinədarlığı Agentliyinin hesabına keçirilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan kredit müqaviləsi üzrə Bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə maliyyə arayışını və ekspert rəyin i nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 999.307 manat əsas, 198.812,88 manat faiz borcu tutulmalıdır. Bununla belə, məhkəmə dəbbə pulunun məbləğini tənasübsüz yüksək hesab edərək azaltmış, ipoteka predmetinin ilkin satış qiymətini isə qiymətləndirmə ilə bağlı rəyi əsas tutmaqla müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 279, 295, 317.1, 319.1, 385.1, 386.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 465.2, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4-cü, MPM-in 4.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirak çılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermişdir. İş üzrə təkrar ekspertiza təyin edilməli və ekspe rt rəyi təqdim olunmuş digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza təyin etmədən səhv hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 428.4, 442, 445.1, 445.2.1, 449.4, 462.3, 465.2, MPM-in 88, 102.1, 102.3, 103.1, 217.1, 217.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mü mkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edil məsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında iddianın təmin olunmayan hissəsində yoxlanılır. Tə tbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (maddə 467). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə koll egiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə keçirilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə ekspertiza keçirildikdən sonra iddiaçı ekspert rəyinə etirazını bildirməmiş, iddiaçının nümayəndəsi əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: İddiaçı "xxxx" X10 Cəmiyyəti tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-49/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar