Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5203/2019 09.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, İbayev Vəfaddin Ələm oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, vəkili X4, Cavabdeh, vəkili X1, tərcüməçi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən və ümumi həyətdən istifadə hüquqları ilə əlaqədar maneələrin aradan qaldırılması, giriş qapısının bağlanması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsində n İddiaçı tərəfindənverilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-1522/2018, hakim Ş.Z.Abdullayev)İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin hörülmüş pəncərəsinin açılması, iddiaçının öz mənzilindən və ümumi həyətdən istifadə hüquqları ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-899/2019, sədrlik edən A.Q.Hüseynov, hakimlər V.N.Sadıqov, A.N.İmanov) İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şi kayətləri təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınamüraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən özbaşına olaraq 8 yeni tikili inşa edilmişdir. Özbaşına tikililərdən birinin qapısı iddiaçının evinin giriş qapısının olduğu hissədə qoyulmuşdur. Bu da iddiaçının öz yaşayış evindən istifadəsinə maneçilik yaradır. Eyni zaman da göstərilən qanunsuz tikililər apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəl inşa edildiyinə görə həmin qanunun normalarına istinad edilə bilməzdi. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İşin mübahisə edilməyən hallarına görə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 12-ci Badamdar küçəsi, 7 saylı evin sahəsi 11,3 kv.m olan 1 otaqlı yaşayış sahəsi iddiaçının, 7 saylı evin 1 otaqlı yaşayış sahəsi isə cavabdehin mülkiyyətindədir. Həmin yaşayış sahələri bir-birilə bitişik vəziyyətdə yerləşməklə bir mə rtəbəli tikililərdən ibarətdir və hər iki yaşayış sahəsinə giriş ümumi istifadədə olan həyətyanı sahədəndir. İddiaçı cavabdehlə onun ortaq istifadəsində olmalı olan torpaq sahələrinin cavabdeh tərəfindən bütünlükdə zəbt edildiyinə, onun qanunsuz olaraq özbaşına tikililər inşa etdiyinə, həmin özbaşına tikililərin ona məxsus yaşayış sahəsinin girişində, arxasında, yan tərəfində yerləşməklə həm onun yaşayış sahəsindən istifadəsini məhdudlaşdırdığına, həm də yaşayış sahəsində hava axının qarşısını aldığına istinad edərək cavabdehin qanunsuz inşa etdiyi tikililərin sökülməsi, onun tərəfindən iddiaçıya məxsus yaşayış evinin hörülmüş pəncərəsinin açılması, iddiaçıya maneçilik törədən giriş qapısının bağlanması, iddiaçının öz mənzilindən və ümumi həyətdən istifadə hüquqları ilə əlaqədar maneələrin aradan qaldırılması tələbinə dair hazırki iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzilinin hörülmüş pəncərəsinin açılması, iddiaçının öz yaşayış sahəsindən və ümumi həyətdən istifadə hüquqları ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin edilmiş, qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsini bütövlükdə kassasiya qaydasında mübahisələndirsə də, şikayət verən tərəfin iddiaçı olduğu nəzərə alınma qla iddianın təmin edilən hissəsində qətnamə yoxlanılmadan təsdiq edilir. İddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2 və 95.3-cü maddələrinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzil faktiki olaraq yaşayış və yardımçı sahələr kimi istifadə edilən 13 otaqdan ibarətdir və mənzilin faktiki vəziyyəti ilə 12.04.2012ci il tarixli texniki pasportun məlumatları ilə üzləşdirilərkən, həmin mənzilin 1, 2, 3, 4, 5, 6, 12 və 13 saylı tikililərinin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Həmin tikililər texniki pasportda əks olunmadığından onlar özbaşına tikili hesab edilir. Lakin həmin tikililərin sökülməs i ilə əlaqədar iddiaçının tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Həmçinin həmin tikililərin iddiaçının hər hansı hüquqlarını və ya qanuni mənafelərini pozması müəyyən edilmədiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Həmin nəticə ilə razılaşan apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi tikililərin onun hüquq və mənafelərinə toxunmadığı müəyyən edildiyindən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi iddiaçının tələbinin əsasını onun mülkiyyətində olan yaşayış sahəsindən sərbəst şəkildə istifadə etməsinə yaradılan maneələrin aradan qalıdırılması və ümumi istifadədə olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin sökülməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi ilə özbaşına tikinti və onun nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını c iddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikdə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. İddiaçının sökülməsini mübahisələndirdiyi tikililərin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Qeyd edilən normada belə tikililərin sökülməsi barədə məhkəmə iddia qaldırmaq hüququ olan subyektlərin dairəsi müəyyən edilm işdir; belə ki, özbaşına tikilinin sökülməsini müvafıq icra hakimiyyəti orqanı və ya maraqlı tərəf tələb edə bilər. Həmin normada maraqlı tərəf dedikdə qanunla qorunan maraq və mənafeyinə toxunulan fiziki və ya hüquqi şəxs nəzərdə tutulur. Göründüyü kimi iddiaçı qeyd edilən ünvanda yerləşən 11,3 kv.m-dən ibarət yaşayış sahəsinin mülkiyyətçisi, cavabdeh isə 72,3 kv.m-dən ibarət yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı da məhz maraqlı tərəf qismində hər iki yaşayış sahəsinin ümumi istifadəsində olmalı olan torpaq sahəsinə dair cavabdehin üstün hüquqlarını müəyyən edən hər hansı qanuni əsas olmadan birtərəfli qaydada zəbt edildiyinə istinad edərək hazırki iddianı qaldırmışdır. Beləliklə, hazırki işə mübahisələndirilən hissədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin təl əbləri baxımından hüquqi qiymət verilməli olduğu halda, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2 və 95.3-cü maddələrini tətbiq edərək cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin sökülməsini tələb etmək hüququnun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus olması və iddiaçının ümumiyyətlə subyektiv hüququnun olmaması barədə səhv nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin pozuntuya hüquqi qiymət verməmiş və həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5203/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5203/2019
09.08.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver