Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5206/2019 09.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı kreit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətin ə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Mirzəzadə) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı kreit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) Yasamal rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə m ahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 mart 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 08.01.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 2811.85 AZN əsas borc, 294.85 AZN faiz borcu, 899.69 AZN kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesabla nmış faiz borcu, 1547.41 AZN dəbbə borcu olmaqla, cəmi 5553.80 AZN məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08.02.2013-cü il tarixli kredi t müqaviləsinə əsasən bank borc alana 18 ay müddətinə illik faiz dərəcəsi 25% faiz ödənilmək şərtilə 3500 AZN məbləğində kredit vermiş, borc alan isə krediti qəbul etməyi və 08.08.2014-cü il tarixədək krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh2 arasında bağlanmış 08.02.2013-cü il tarixli zaminlik müqaviləsi ilə təmin edilmişdir. Hal-hazırda iddiaçı cavabdehlərin 2811.85 AZN əsas borc, 294.85 AZN faiz borcu, 899.69 AZN kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 1547.41 AZN dəbbə borcu olmaqla, cəmi 5553.80 AZN borcunun olduğunu bildirir. Mülki işin araşdırılması zamanı kredit borcunun tam ödənilməsi müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Cavabdeh1i ilə İddiaçı ASC arasında bağl anmış 08.02.2013-cü il tarixli kredit müqaviləsinin icra müddəti 08 avqust 2014-cü il tarixə qədər müəyyən olunmuşdur. Belə olan halda üç illik müddətin axımı 08 avqust 2014-cü il tarixdən başlanır və 08 avqust 2017-ci iı tarixdə başa çatır. Bank isə məhkəmədə iddianı 2018-ci ildə, yəni iddia müddəti başa çatandan bir ildən çox olan müddətdən sonra qaldırılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Kredit müqaviləsində öhdəliyin icra müddəti 08 avqust 2014-cü il təyin olunmuşdur. İddiaçı məhkəməyə 18.07.2018-ci il tarixdə müraciət etməklə üç illik iddia müddətini (həm əsas, həm də əlavə tələb üzrə) ötürmüşdür. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələ rini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5206/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5206/2019
09.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver