Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5207/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7479/2019 nömrəli iş üzrə 01 may 2019cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin (hakim E.Ə.Mehdiyev) 2(006)-100/2013 nömrəli, 26 avqust 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh2 və cavabdeh1 qarşı m üqavilələr üzrə borc tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh X3 oğlundan iddiaçı “xxxx” ASC-nin xeyrinə 04 oktyabr 2007-ci il tarixli RB/FS-1836 saylı kredit müqaviləsi üzrə 5864 ABŞ dolları əsas kredit borcu, 7222 ABŞ dolları 94 sent faiz borcu, cəmi 13086 ABŞ dolları 94 sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində; 25 sentyabr 2008-ci il tarixli RB/FS-2165 saylı kredit müqaviləsi üzrə 1564 manat əsas kredit borcu, 1905 manat 49 qəpik faiz borcu, cəmi 3469 manat 49 qəpik kredit borcu, 04 mart 2009-cu il tarixli RB/FS-2256 saylı kredit müqaviləsi üzrə 16775 manat əsas kredit borcu, 11227 manat 55 qəpik faiz borcu, 500 manat dəbbə pulu, cəmi 28502 manat kredit borcu, 01 sentyabr 2009-cu il tarixli şəxsi kredit kartlarına kredi t xəttinin verilməsi haqqında RB/FS-497 saylı müqavilə üzrə 1951 manat 03 qəpik əsas kredit borcu, 1333 manat 37 qəpik faiz borcu, cəmi 3284 manat 40 qəpik kredit borcu, 25 fevral 2010-cu il tarixli RB/FS-2483 saylı kredit müqaviləsi üzrə 5150 manat əsas kredit borcu, 5340 manat 25 qəpik faiz borcu, 300 manat dəbbə pulu, cəmi 10790 manat 25 qəpik kredit borcu, həmçinin 20 manat dövlət rüsumu vəsaitinin tutulması, iddia ərizəsinin qalan hissədə əssasız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.M.Məmmədov) 2(103)-7479/2019 nömrəli, 01 may 2019-cu il tarixli qərardadı ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-100/2013 saylı iş üzrə 26 avqust 2013-cü il tarixli qətnaməsindən cavabdeh2 tər əfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC cavabdeh2 və cavabdeh1 qarşı müqavilələr üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 və cavabdeh2 25.02.2010-cu il tarixli Kredit müqaviləsi üzrə 6650,00 manat əsas kredit borcun və kredit məbləğində istifadəyə görə hesablanmış 6403,92 manat faiz borcun, cəmi 13053,92 manat məbləğində borcun, cavabdeh2 04.10.2007-ci il tarixli Baş kredit müqaviləsi üzrə 5864,00 ABŞ dolları əsas kredit borcu, kredit məbləğindən istifadəyə görəhesablanmış 6528,56 ABŞ dolları faiz borcu, cəmi 12392,56 ABŞ dolları məbləğində borcun, 25.09.2008 -ci il tarixli Baş kredit müqaviləsi üzrə 1564,00 manat əsas kredit borcu, kredit məbləğindən istifadəyə görə hesablanmış 1424,11 manat faiz borcu, cəmi 2988,11 manat məbləğində borcun, 04.03.2009-cu il tarixli Təmir krediti müqaviləsi üzrə 16775,00 manat əsas kredit borcu, kredit məbləğindən istifadəyə görə hesablanmış 9242,39 manat faiz borcu, cəmi 26017,39 manat məbləğində borcun və 01.09.2009-cu il tarixli müqavilə üzrə 1951,03 manat əsas kredit borcu, kredit məbləğindən istifadəyə görə hesablanmış 1047,14 manat faiz borcu, cəmi 2998,17 manat məbləğində borcun, habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınaraq “xxxx” ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİ NİN DƏLİLLƏRİ Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7479/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan ba xdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)7479/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh2 kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçü ncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. “Dövlət rüsumu haqqında” Qanunun 8.4-cü və 8.4.1-ci maddələrinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1.2-ci maddəsinə görə, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırkı iş üzrə iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərkən 15 manat dövlət rüsumu ödəməli olduğu halda, 10 manat dövlət rüsumu ödəmişdir. Apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apelly asiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Bundan başqa, vavabdeh2 qətnamənin qəbul edilməsindən 6 ilə yaxın vaxt keçdikdən sonra ondan apellyasiya şikayəti verməsinə baxmayaraq, bunun üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən ötürülüb-ötürülməməsi məsələsini məhkəmə müzakirə etməmiş, cavabdehin apellyasiya şikayəti ilə birlikdə müddətin bərpası barədə ərizə verməməsini nəzərə alıb, şikayəti geri qaytarmalı olduğu halda bunu etməmişdir. Cavabdeh2 apellyasiya şikayətində məhkəmənin işə baxılmanın vaxtı və yeri barədə ona məlumat verməməsini bildirsə də, bunun əksinə olaraq, işə onun iştirakı ilə baxılmış və qətnamə də onun iştirakı ilə elan edilmişdir. İşdə qətnamənin surətinin rəsmi qaydada cavabdeh2 təqdim edilməsini təsdiq edən sənəd olmasa da, işdən açıq-aşkar gör ünür ki, qətnamədən və işin sonrakı gedişatından onun xəbəri olmuşdur. Belə ki, qətnamədən narazı qalan “xxxx” ASC ondan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, həmin qərardaddan verilmiş şikayət isə məhkəmənin 05 may 2014-cü il tarixli qərardadı ilə təmin edilməyərək, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2014-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və qərardadın surəti rəsmi qaydada tərəflərə göndərilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən (i.v.252) görünür ki, qərardadın surəti 02 avqust 2014cü il tarixdə cavabdeh2 atası Telman Cabba rova təqdim olunmuşdur ki, bu da rəsmi qaydada çatdırılma hesab olunur. Bu isə o deməkdir ki, cavabdeh2 ən azı həmin vaxtdan artıq qətnamədən məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh2 Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli 2(006)-100/2013 saylı qətnaməsindən şikayət vermə müddətini ötürüb-ötürməməsi, əgər müddət otürülmüşdürsə, bunun üzrlü səbəblərdən baş veribverməməsi məsələsinə qiymət verilmədən, müddət ötürülməmişdirsə buna münasibət bildirilmədən apellyasiyanı mümkün hesab etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göstərilən Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti geri qaytarı lır. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilən Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə düzgün nəticəyə gəlmiş, prosessual hüquq normasının tətb iqində səhvə yol verməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7479/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7479/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5207/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5207/2019
23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver