Məhkəmə qərarları › İş №2(102)-5207/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5207/2022

19.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5207/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5207/2022 (Açar sözlər: yol-nəqliyyat hadisəsi ilə əlaqədar vurulmuş maddi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-138/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 08 iyul 2020-ci il tarixdə, Bakı şəhəri Neftçilər prospektində “Mercedes Benz E270 CDİ” markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşını idarə edərkən, İddiaçı idarə etdiyi “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Həmin hadisənin polis tərəfindən aparılmış təhqiqatı nəticəsində Cavabdeh tərəfindən yol hərəkət qaydalarının pozulması müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

2. YYYSığorta Şirkətinin 10 iyul 2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəq liyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatı ilə "BMWM6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 6240 manat həcmində (10 adda ehtiyat hissələri 5040 manat, təmirçi xərci 1200 manat) olması müəyyən edilmişdir. 3. “İmprotex Motors“ şirkətinin mütəxəssisləri tərəfindən 20 iyul 2020-ci il tarixdə tərtib edilmiş qüsur aktında “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşının hadisə nəticəsində sol yan hissəsindən güclü zərbə aldığı qeyd olunmuş və zədələnmiş hissələrin dəyişdirilməsinə-təmirinə tələb olunan xərc 69.614,11 manat (dəyişilməli olan 76 adda ehtiyat hissələr – 63182,55 manat, birdəfəlik materiallar və işçi mayelər – 135,89 manat, boya materialları – 1416 manat, xi dmət haqqı – 4879,67 manat) müəyyən edilmişdir.

4. Bakı şəhəri, Babək prospekti 2315 ünvanında yerləşən "AVTO SİSTEM” ehtiyat hissələri mağazasının verdiyi 11 sentyabr 2020-ci il tarixli, 59163 nömrəli ödəniş çekində həmin satış mərkəzindən ümumilikdə 37.950 manat məbləğində ödəniş edilməklə müxtəlif adda ehtiyat hissələrinin alındığı əksini tapmışdır. 5. "İmprotex Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi 19 oktyabr 2020-ci il tarixli, 24 nömrəli satış çekində 5300 manat pulun ödənilməsi əksini tapıb. "İmprotex Motors”MMC-nin xx.xx.2020-ci il tarixli S-0RD89754 nömrəli qaiməsində 4921,92 manat, digər S-0RD89754 nömrəli qaimədə 6299,73 manat pulun "BMWM6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün İddiaçı hesabına ödənildiyi əksini tapmış dır.

6. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalı olan Mercedes Benz E270 CDİ” markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşının yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyanın 5000 (beş min) manat hissəsi, "xxxx" ASC Sığorta Şirkəti tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Mercedes Benz E270 CDİ” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomaşınla törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində "BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanın qalan 64.614 (altmış dörd min altı yüz on dörd) manat 11 qəpik məbləğində pul vəsaitinin ca vabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı sonradan iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehin "Mercedes Benz E270 CDİ” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomaşınla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində "BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyandan ödənilməmiş qalan 38.950 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, avtomaşına dəymiş ziyanın həcmini müəyyən etmək üçün «BMW» avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru və servisi olan "xxxx" şirkətinə müraciət ed ilmiş, servisin mütəxəssisləri tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən olunmuşdur ki, onun avtomobilinə 69614,11 manat məbləğində ziyan dəymişdir. Onun avtomobilinə dəymiş ziyanın 5000 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Vurulmuş ziyanın qalan hissəsi isə ödənilməmişdir.

10. Birinci instansiya məhkəməsində iddiaçı tərəf bildirmişdir ki, iddiaçı cavabdehlə apardığı telefon danışıqları nəticəsində cavabdehin zərəri ödəmək qabiliyyətinin kifayət səviyyədə olmadığı barədə məlumat aldığından avtomaşının təmiri üçün tələb olunan xərcin mümkün qədər minimuma endirilməsi üçün bütün səyləri göstərmiş, iddiaçı bu yanaşmadan çıxış edərək təmir zamanı avtomobilə lazım olan ehtiyat hissələrini "xxxx" şirkətinin mağazasından deyil, daha ucuz qiymətlərlə satış həyata keçirən Bakı şəhəri, Babək prospekti 2315 ünvanında yerləşən «AVTO SİSTEM» ehtiyat hissələri mağazasından almışdır. Beləliklə, ehtiyat hissələrinə çəkilməli olan xərc xeyli azalaraq, ümumilikdə ehtiyat hissələrinin alınması üçün mağazaya 37950 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən özünə məxsus avtomaşının təmir edilərək əvvəlki vəziyyətə qaytarılması üçün ümumilikdə 43950 manat məbləğində xərc çəkilmişdir. Ziyanın 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənildiyindən vurulmuş ziyanın məbləği 38950 manat təşkil edir ki, həmin ziyan cavabdeh tərəfindən ödənilməmişdir.

11. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, hadisədən sonra iddiaçının avtomobilinə "xxxx" ASC Sığorta Şirkətinin nümayəndəsi baxış keçirmiş, avtomobili n fotoşəkilləri çəkilmiş və ziyan barədə sənəd tərtib edilmişdir. İddiaçı ondan dəymiş zərərin əvəzi olaraq 38950 manat məbləğində pul tələb edir. Lakin tələb olunan məbləğlə razı deyil. Belə ki, iddiaçıya baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC Sığorta Şirkətinin verdiyi sənədə əsasən 6240 manat məbləğində zərər dəymişdir. Məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının eksperti tərəfindən rəy verilməklə ekspertin rəyinə əsasən iddiaçının avtomobilinin təmir-bərpa xərci ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 35321 manat müəyyən edilmişdir. Lakin məhkəmə qərardadında qoyulmuş 4-cü suala - “hadisə vaxtı fotoşəkilləri ç əkilmiş “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərindəki zədə görüntülərinə əsasən həmin zərərin aradan qaldırılması üçün “AVTO SİSTEM” ehtiyat hissələri mağazasının verdiyi 11 sentyabr 2020-ci il tarixli, 59163 nömrəli ödəniş çekində göstərilmiş ehtiyat hissələrinin hamısının dəyişilməsinə zərurət olmuşdurmu?” sualına cavab verilməmişdir. Ona görə ekspert rəyini əsassız hesab etməklə iddianın qismən, yəni 6240 manat həcmində təmin olunmasını xahiş edir.

12. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, WBSLZ91060C985045 ban nömrəli, ağ rəngli avtomobilin zədələnmiş ehtiyat hissələrinin dəyəri hansı məbləğdə təşkil edir?

2. İddiaçı məxsus “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, WBSLZ91060C985045 ban nömrəli, ağ rəngli avtomobilin təmir işlərinin həyata keçirilməsi üçün hansı məbləğ tələb olunur?

3. İddiaçı məxsus “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün, ehtiyat hissələrinin alınması və təmir işlərinin həyata keçirilməsi daxil olmaqla, ümumilikdə nə qədər vəsait tələb olunur və dəymiş zərərin ümumi məbləği nə qədər təşkil edir?

4. Hadisə vaxtı fotoşəkilləri çəkilmiş “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərindəki zədə görüntülərinə əsasən həmin zərərin aradan qaldırılması üçün “AVTO SİSTEM” ehtiyat hissələri mağazasının verdiyi 11 sentyabr 2020-ci il tarixli, 59163 nömrəli ödəniş çekində göstərilmiş ehtiyat hissələrinin hamısının dəyişilməsinə zərurət olmuşdurmu?

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2021-ci il tarixli, 9/5375 nömrəli rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə “Avto Sistem” ehtiyat hissələri mağazasının verdiyi 11 sentyabr 2021-ci il tarixli, 59163 nömrəli ödəniş çeki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtomobil hissələrinin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətb iq edilməklə təxminən 35.321 manat müəyyən edilir.

14. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-199/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Xıdır Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh əmlaka dəyən zərərin əvəzi olaraq 35.321 manat pulun alınıb İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmiş, dövlət rüsumu iddiaçıya aid edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 08 iyul 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin Cavabdeh tərəfindən törədildiyi və onun törətdiyi inzibati xəta (yol-nəqliyyat hadisəsi) nəticəsində İddiaçı məxsus "BMWM6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əzilərək iddiaçıya ziyan dəyməsi tamamilə öz təsdiqini tapdığına görə məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan Cavabdeh tərəfindən ödənilməlidir. 15.1. Məhkəmə tədqiqatı zamanı Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW M6 Kabriolet” markalı, ** KO *** nömrəli nəqliyyat vasitəsinin əzilməsi nəticəsində həmin nəqliyyat vasitəsinin təmir-bərpa xərclərinin köhnəlmə faizi nəzərə alınmaqla təxminən 35321 manat məbləğində olması müəyyən edilmişdir. 15.2. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləğinin az olduğunu və "xxxx" sığorta şirkəti tərəfindən verilmiş sənədə əsasən dəymiş ziyanın məbləğinin 6240 manat olduğunu bildirmişdir. Lakin cavabdeh "xxxx" sığorta şirkətinin verdiyi bu sənəddən başqa öz etirazının əsasını təşkil edən digər hər hansı sübutu və sənədi məhkəməyə təqdim etməmişdir. 15.3. Məhkəmə hesab edir ki, "xxxx" sığorta şirkətinin verdiyi tək bu sənəd məhkəmə tərəfindən işin faktiki hallarına hüquqi qiymət verilməklə obyektiv qərar qəbul edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. 15.4. Həmçinin iddiaçı Cavabdeh ona dəymiş zərərin ödənilməmiş qalan hissəsinin 38950 manat məbləğində olmasını göstərsə də bunun əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir və məhkəmə araşdırması zamanı cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 35321 manat məbləğində zərər dəyməsi öz təsdiqini tapmışdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 21.2, 53,77.1, 217.4, 218.3, -cü maddələrini rəhbər tutaraq, məhkəmə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək Xa çmaz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnamənin ləğv edilməsi və iddia tələbinin 1200 manat məbləğdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, tutulmuş məbləğ real zərərin həcmini əks etdirmir və şişirdilmişdir. Tələb olunan pul məbləği həqiqətdən uzaqdır. Real zərər 6240 manat təşkil etmişdir. Bunu YYYSığorta şirkətinin agenti qəza baş verən gün iddiaçının avtomobilini tədqiq edərək müəyyənləşdirmişdir. Həmin şirkət tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilmişdir və hazırda iddiaçıya dəymiş zərərin əsl miqdarı 1240 manat təşkil edir ki, bunu ödəməyə hazırdı. Həm ekspert rəyində, həm də qətnamədə istinad olunan "AVTO SİSTEM” ehtiyat hissələri mağazasının verdiyi 11 sentyabr 2020-ci il tar ixli, 59163 nömrəli ödəniş çeki isə mötəbər sübut deyil. Bu çekdə sadalanan bütün detallar qəza nəticəsində zərər görmüş avtomobilə quraşdırılmaya da bilər. Digər tərəfdən həmin çekdə alıcı kimi iddiaçı deyil, V.V.V adlı şəxs göstərilmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, ondan 1200 manat məbləğində pulun tutulması barədə yeni qətnamə çıxarılmalıdır.

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə ekspertiza təyin etmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli, 9/5711 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materialında olan "xxxx" S.Ş-nin xx.xx.2020-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən 20 12-ci il buraxılışlı, mühərrik tutumu 4395 sm3 markalı, “BMW M6 Kabriolet markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 11.700 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9505 manat təşkil edir, nəzəri hesablama yolu ilə, iş materialında olan xx.xx.2020-ci il tarixli, 59163 №-li çekdə olan məlumata əsasən isə həmin avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 42681 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 34.121 manat təşkil edir.

21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə ekspertiza təyin etmişdir. Məhkəmə əlavə ekspertiza təyin olunması barədə bu qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadında ekspert qarşısında qoyulmuş 2 və 3-cü suallar üzrə heç bir ekspertiza tədqiqatı aparılmamış, mübahisə predmeti olan avtomobilə baxış keçirilməmiş və həmin suallara cavab verilməmişdir. İşdən görünür ki, mübahisəli avtomobilə dəymiş zərərin məbləği ilə bağlı müxtəlif sənədlər mövcuddur. İşə baxan məhkəmə yekun nəticəyə gələrkən Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2021-ci il tarixli, 9/5375 nömrəli rəyinə istinad etmiş, cavabdeh tərəf isə hazırda həmin rəy əsasında qət edilmiş məbləği mübahisələndirmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyy at nişanlı nəqliyyat vasitəsinə baxış keçirməklə hansının-"xxxx" Sığorta Şirkətinin tərtib etdiyi hesabatın, yaxud mağazanın çekində əks etdirilən zədələnmiş ehtiyat hissələrinin miqdarı və dəyərinin hadisə nəticəsində vurulmuş ziyana uyğun olmasını müəyyən etmək mümkündürmü? Əgər mümkündürsə hansı daha uyğun gəlir?

2. İş materialları əsasında müqayisəli təhlil aparıb “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin daha optimal qiymətini müəyyən etmək mümkündürmü? Bu təqdirdə vurulmuş zərərin məbləği nə qədər olar?

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2022-ci il tarixli, 9/8626 nömrəli rəyi də, 27 sentyabr 2021-ci il tarixli, 9/5711 nömrəli ekspert r əyi ilə eynilik təşkil etmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-138/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Qafari Səyyad və Məmmədov Telman) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxrılmaqla Cavabdeh əmlaka dəyən zərərin əvəzi olaraq 9505 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, 175 manat ekspertiza xərcinin 87,50 manatı İddiaçı, 87,50 manatı isə Cavabdeh aid edilmişdir.

24. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlara istinad edərək hesab etmişdir ki, iş üzrə avtomaşına dəymiş ziyanın məbləği ilə bağlı işin hallarına uyğun daha ağlabatan məbləğ ekspert rəyində qeyd olunan 9505 manat məbləğidir.

25. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ona əsaslanmışdır ki, iddiaçı öz iddiasının əsası kimi iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 20 iyul 2020-ci il tarixli, 137 nömrəli qüsur aktına istinad edir ki, kollegiya həmin aktı yaranmış mübahisənin həllində əsaslı sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilmiş avtomaşının fotoşəkillərinə, eləcə də hadisədən dərhal sonra nəqliyyat vasitəsinə baxış keçirib zədələnmiş hissələrə dair tərtib edilmiş hesabata nəzər saldıqda həmin avtomaşının yalnız bir hissəsinin, əsasən sol hissəsinin zədə aldığı müəyyən olunur. İddiaçının işə əlavə etdiyi sübutlardan isə belə qənaətə gəlmək olar ki, iddiaçı avtomaşının, öz istəyinə uyğun şəkildə, digər hissələrini də təmir etdirmişdir ki, həmin xərclərin cavabdehdən tələb edilməsi ə saslı hesab edilə bilməz.

26. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş "xxxx" Sığorta Şirkətinin 10 iyul 2020-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış nəticəsində dəymiş zərərin həcmi 6240 manat məbləğində müəyyən edilmiş və Sığorta Şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində pul ödənilmişdir. İddiaçı həmin hesabatı mübahisələndirməmiş, ödənişi isə qəbul etmişdir. Nəhayət, cavabdeh 9505 manat ödəməli olduqları ilə razılaşır, ödənilmiş 5000 manat sığorta məbləğindən əlavə, maddi imkanlarına uyğun 6000 manat da ödəmək istədiklərini bəyan edir.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, h ər bir halda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına vurulmuş ziyanın 9505 manat məbləğində qəbul edilməsi həm işin tədqiq olunan faktiki hallarına uyğundur, həm də cavabdeh tərəfin də qəbul etdiyi məbləğdir. Belə ki, cavabdeh tərəf də, vurulmuş ziyanın həmin məbləğdə olmasını qəbul edib razılaşdığını, lakin hazırki vəziyyətdə maddi imkanına uyğun olaraq, sığorta ödənişindən əlavə 6000 manat ödəməyə hazır olduğunu bildirir.

28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, MPM-nin 77.1,, 385.1.1, 386,384.0.2, 443.1maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı və vəkili (Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iş materiallarinda olan sübutlara seçmə üsulu ilə yanaşaraq yalnız cavabdehin maraqlarına uyğun olan şübhəli sübuta istinad edir və məhkəmənin gəldiyi nəticəyə uyğun olmayan sübutlara isə istinad etmədən və hansı səbəblərdən həmin sübutları əsaslı hesab etməsini əsaslandırmadan qətnamə qəbul etmişdir. Qətnamədə əsassız olaraq "xxxx" MMC-nin avtomaşının təmiri xərci və təmir materialları, qiymətləri əks olunmuş tərəflərin ("xxxx" MMC və İddiaçı) imzaladığı 17 oktyabr 2020-ci il tarixli sənədə və həmin təşkilatın 19 oktyabr 2020-ci il tarixli görülmüş təmir işlərinə görə İddiaçı tərəfindən ödənişin aparılması barədə ödəniş qəbzinə istinad olunmamışdır.

31. Qətnamədə göstərilmişdir ki, guya iddiaçı "xxxx" Sığorta Şirkətinin dəymiş zərərin qiymətləndirilməsi barədə 10 iyul 2020-ci il tarixli hesabatını mübahisələndirməmişdir. Əvvəla, avtomaşına dəymiş zərəri aradan qaldırmaq üçün iddiaçı tərəfindən Sığorta Şirkətinin ödəmək istədiyi 5000 manat ödəniş qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, 5000 manat ödəniş mülki məsuliyyətin icbari sığortası üzrə maksimum məbləğdir və zərərin miqdarından asılı olmayaraq ən çox ödənilə biləcək məbləğdir və Sığorta Şirkəti hər bir halda “BMW M6 Kabriolet” markalı avtomaşına görə 5000 manatdan çox məbləğ ödəməyəcəkdi. Bu səbəbdən, sığorta şirkəti tərəfindən təqdim edilmiş qiymətləndirmə sığorta ödənişini həyata keçirmiş müştərinin (hazırki halda cavabdehın) xeyrinə rəy bildirməsi mümkün haldır. Bu isə həmin sübut növünün əhəmiyyətini azaldır.

32. Eyni zamanda, iddiaçı tərəfindən "xxxx" Sığorta Şirkətinin qiymətləndirmə hesabatı mübahisələndirilmişdir. Belə ki, bu məsələni cavabdeh tərəf birinci instansiya məhkəməsində qaldırmış və cavabdehin sualı məhkəmə iclasında iddiaçı tərəf cavablandırmış və əlavə sənəd tələb olunmamışdır. Bu səbəbdən apellyasiya instansiyasında cavabdeh həmin məsələyə ümumiyyətlə toxunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz yazaraq, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, mövqeyini məhkəmələrdə verdiyi izahatına uyğun əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtl ə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

37. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə b ağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyul ur.

38. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kass asiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, baxılan iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096, 1097, 1108.1, 1115-ci maddələri təşkil edir və apellyasiya instansiya məhkəməsi də işin hall arını həmin normalar əsasında təhlil etmişdir.

50. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar ümumi norma kimi çıxış edir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Yəni mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə yaranır. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.

51. Hazırki işdə də zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilədənkənar - delikt hüququndan yaranır.

52. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların təhlilindən gör ündüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

53. Kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı zərərin məbləğini mübahisələndirir.

54. İş materiallarından göründüyü kimi iddiaçıya dəymiş ziyan ın müəyyən olunması üçün apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdiyi sübutları, iş üzrə ekspertiza rəylərini qarşılıqlı təhlil edib qiymətləndirməklə nəticəyə gəlmiş, gəldiyi nəticəni əsaslandırmışdır.

55. Məhkəmə kollegiyası xatırladır ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

56. Kassasiya şikayətində sadalanan hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar k assasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-138/2022 nömrəl i, 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar