Məhkəmə qərarları › İş №2(102)-5208/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5208/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5208/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-845/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsindən cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor "xxxx" BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli istehlak krediti müqaviləsinə əsasən, borcalana 48 ay müddətinə illik 32% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir.

2. Kreditor "xxxx" BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən isə, cavabdehə 48 ay müddətinə illik 30% ödəmək şərti ilə 12600 manat məbləğində kredit verilmişdir. 3. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsini təmin etmək üçün 03 sentyabr 2020-ci il tarixli girov müqaviləsi ilə cavabdeh 215,23 manat dəyərində 583 əyarlı 3,1 qram çəkidə 1 ədəd üzük (tək qaş), 719,97 manat dəyərində 585 əyarlı 10,37 qram çəkidə 1 ədəd qolbaq (komplekt), 486 manat dəyərində 585 əyarlı 7 qram çəkidə 1 ədəd sırğa (komplekt), 270,77 manat dəyərində 585 əyarlı 3,9 qram çəkidə 1 ədəd üzük (komplekt), 992,83 manat dəyərində 585 əyarlı 14,3 qram çəkidə 1 ədəd boyunbağı (komplekt), 118,03 manat dəyərində 585 əyarlı 1,7 qram çəkidə 1 ədəd sancaq (kloun əl), 41,66 manat dəyərində 585 əyarlı 0,6 qram çəkidə 1 ədəd sırğa (tək tərəf), 742,89 manat dəyərində 585 əyarlı 10,7 qram çəkidə 1 ədəd sep (zəncir), 310,50 manat dəyərində 750 əyarlı 3,5 qram çəkidə 1 ədəd kişi üzüyü, 275,01 manat dəyərində 750 əyarlı 3,1 qram çəkidə 1 ədəd qadın üzüyü, 1721,06 manat dəyərində 750 əyarlı 19,4 qram çəkidə 1 ədəd sırğa (Brend ağ), 642,86 manat dəyərində 999 əyarlı 5 qram çəkidə 1 ədəd külçə 192,86 manat dəyərində 1 ədəd klondan ibarət qızıl zinət əşyalarını iddiaçıya girov qoymuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2019/00688 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 5.985,22 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 16455 manat və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə borcun ödənilməsi tələbi ilə rəsmi müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxm ayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmir. 6. "xxxx" BOKT MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış hər iki kredit müqavilələrinə xitam verilməsi, kredit müqaviləsinin təminatı qismində çıxış edən qızıl-zinət əşyalarının açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixinə yaranmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cəmi 7.201,30 manat və xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cəmi 22.201,20 manat borcun və 30 manat dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X2 iddianı qismən əsas borc hissəsində qəbul edərək, iddia tələbində əsas məbləğə hesablanmış faiz borcunun və dəbbə pulunun yüksək hesablandığını göstərərək iddianın əsas borc tələbinə aid hissədə təmin olunmasını, faiz və dəbbə borcları tələbi hissəsində isə rədd olunmasını xahiş etmişdir.

8. Məhkəmə həmçinin cavabdehin nümayəndəsi İ.Aqamovun vəsatəti əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 9/5473 saylı rəyi ilə Cavabdeh 11 oktyabr 2019-cu il tarixli, 2Q19/Q0688 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC-yə olan əsas borcu 4682,73 manat, faiz borcu isə 957,36 manat, 03 sentyabr 2020-ci il tarixli, 2020/00806 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC-yə olan əsas borcu 12600 manat, faiz borcu isə 3490 mana t təşkil etdiyi müəyyən edilmişdir.

9. Quba Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(027)-1247/2021 saylı qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia qismən təmin edilmiş, hər iki kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4114,57 manat məbləğində əsas borc, 1566,73 manat faiz, 410 manat cərimə olmaqla, cəmi 6091,30 manat borc və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 12600 manat məbləğində əsas borc, 4536,00 manat faiz, 1260 manat cərimə olmaqla, cəmi 18396 manat borc və 25 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın bank qarşısında girov qoyulmuş cavabdehə məxsus qızıl zinət əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4114,57 manat məbləğində əsas borc, 1566,73 manat faiz, 410 manat cərimə olmaqla, cəmi 6091,30 manat borcun və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 12600 manat məbləğində əsas borc, 4536,00 manat faiz, 1260 manat cərimə olmaqla, cəmi 18396 manat borcun və 25 manat dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir

10. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəlik lər icra olunmamışdır.

11. Məhkəmə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcun 4114,57 manat və faiz borcun 1566,73 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 1520 manat məbləğdə cərimə (dəbbə) pulu məbləğini və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun 12600 manat və faiz borcun 4536 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 5065 manat məbləğdə cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və həmin dəbbə pulunu azaldaraq, müvafiq olaraq 410 manat və 1260 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.

12. Eyni zamanda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00688 nömrəli kredit müqaviləsinə və xx.xx.2020-ci il tarixli, 2020/806 nömrəli kredit müqaviləsinə xitam verilməlidir.

13. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 297, 298, 427.3, 442, 445, 448.1, 449. 739-cu maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin mühasibatlıq ekspertizasına göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, nət icədə hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Bundan başqa, məhkəmə rəqəmlərin iddiaçı tərəfindən şişirildiyi barədə şübhələri aradan qaldırmaq üçün ekspertiza təyin edilməsi barədə vəsatətini təmin etməmiş, bununla da maddi hüquq normasını pozmuşdur.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-845/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər iş üzrə məhkəmə qətnaməsin in iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmadan, kredit borcunun dəqiq müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən qətnamə qəbul etmişdir.

19. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci, Mülki Məcəllənin 425-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

22. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur

23. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

24. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabd eh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirl i pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

30. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandı rılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması z amanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassatorun dəlilləri onun apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsi tərəfindən hər bir dəlil üzrə təhlil aparılmaqla onun dəlilləri rədd edilmiş, məhkəmənin gəldiyi nəticə tətbiq olunmalı maddi hüquq normalarına istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

42. Kassatorun iş üzrə borcun müəyyən olunması üçün ekspertiza təyin olunmaması barədə dəlili açıq- aşkar əsassızdır. Çünki birinci instansiya məhkəməsi borcun müəyyən olunması üçün ekspertiza təyin etmiş və borcun məbləğini ekspert rəyinə uyğun müəyyən etmişdir. Həmin rəy əsas tutulmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra hesablanan faizlər də nəzərə alınmışdır. Borcun düzgün hesablanmadığına dair cavabdeh hər hansı əsaslandırılmış dəlil irəli sürməmişdir.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara a ldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-845/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar