Məhkəmə qərarları › İş №2(102)-5210/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5210/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5210/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və İddiaçı İKB ASC (hazırki adı “xxxx Bank”) vəkili Vəkil2 oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)302/2020 saylı qətnaməsindən İddiaçı İKB ASC (hazırki adı “xxxx” ASC) və Cavabdeh1 ayrıayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin x x xxxxxx 2018-ci il tarixli, 2(060)-142/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.A.Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh1 ödəniş vaxtı milli manata məzənnədə 26.980 ABŞ dolları əsas, 4.651 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları dəbbə pulu, olmaqla cəmi 31.725 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın borclu Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, “Samur-ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 56.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan pul vəsaitinin borclu Cavabdeh1 iddiaçıya olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra fərdi-yaşayış evinin satışından artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, iddia tələbinin ipoteka predmeti olan sözügedən fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4nın istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması hissəsində rədd olunması qət edilmişdir. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)302/2020 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov sədrlik edən, məruzəçi, Z.İ.Məmmədova və F.G.Zeynallı) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən- borclu Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 26.980 ABŞ dolları əsas, 4.651 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 31.725 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, borclu Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 8.199,23 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və Cavabdeh1 qətnamədən kasasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmə cavabdehlərə qarşı iddia qaldıraraq, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 26.980 ABŞ dolları əsas, 4.651 ABŞ dolları faiz borcu, 8.094 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 39.725 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka p redmeti olan borclu Cavabdeh1 məxsus olan xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş Sumqayıt şəhəri, “Samur-ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 40.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçının xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin yaşayış sahəsindən çıxarılması və yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayətini onunl a əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçının kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh1 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh1 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kasasiya şikayətlərinə dair etiraz ərizələri daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı İKB ASC (hazırki adı “xxxx Bank” ASC) vəkili Vəkil2 öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1, vəkili Vəkil1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı İKB ASC (hazırki adı “xxxx Bank” ASC) vəkili Vəkil2 izahatını dinləyib, kasasiya şikayətlərinin dəlilləri ni müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən əsas borcun məbləğinin düzgün müəyyən edilməməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəlləni n 442, 448.1, 465.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmiş və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəf indən Cavabdeh1 84 ay müddətinə, illik 27 faiz ödəmək şərtilə 28.000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, “Samur-ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0277 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 120,4 kv.metr olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka qoyulmuşdur. Hazırda iddiaçı iddia edir ki, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə iddiaçıya ödənilməmiş 26.980 ABŞ dolları əsas, 4.651 ABŞ dolları faiz, 8.094 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 39.725 ABŞ dolları kredit borcu vardır. İşə əlavə edilmiş “xxxx” MMC xx xxxx 2018-ci il tarixli rəyinə görə, tərəflər arasında bağlanmış xx xxxxxx 20 14-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1nan xx xxxx 2017-ci il tarixə iddiaçıya olan əsas kredit borcu 26.980 ABŞ dolları, faiz borcu 4.651 ABŞ dolları, hesablanmış dəbbə pulu 8.094 ABŞ dolları olmaqla, cəmi 39.725 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini arışdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması və Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi işin mübahisə olunmayan hallarıdır. İşə əlavə edilmiş “789833” saylı ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 2016-cı il tarixdə ölmüş və bu b arədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2016-cı ildə 140 nömrə ilə qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçı, xx xxxx 2016-cı il tarixdə hazırki iddia ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdən əvvəl Şihniyar Əliyeva ölmüşdür. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh3 ölmüş olduğundan və bununla da sonuncu cavabdeh hesab edilmədiyindən, ona aid hissədə iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Buna görə də, iddia tələbinin Cavabdeh3 aid hissəsində, yəni-ipoteka predmeti olan Sumqayıt şəhəri, “Samur-ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0277 ha torpaq sahəsi və üzərində yerləş ən, ümumi sahəsi 120,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh3 istifadə hüququnun itirilmiş hesab olunmaqla, həmin yaşayış sahəsindən çıxarılması və yaşayış sahəsinin boşaldılması hissəsində iş üzrə icraata xitam verilməlidir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 apelyasiya şikayətini qismən təmin edib, birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, əsas kredit borcunun məbləğini 8.199,23 ABŞ dolları məbləğində müəyyən edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləş dirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələr tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, sözügedən kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan 28.000 ABŞ dolları kredit məbləğini Cavabdeh1 versə də, sonuncu həmin müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini iddiaçıya ödəməmiş və bununla da cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı qarşısında borcu yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 apelyasiya şikayət inin dəlillərini qismən əsaslı sayıb, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərini qismən təmin edərkən, sözügedən kredit müqaviləsi üzrə əsas, faiz borcunun məbləğinin düzgün hesablanıb-hesablanmamasını, ipoteka predmeti olan əmlakların real bazar dəyərinin düzgün müəyyən edilib-edilməməsini tam, hərtərəfli və obyektiv arışdırmamışdır. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən, borclu Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixə iddiaçıya olan əsas borcu 27.043,75 ABŞ dolları, faiz borcu 1.814,96 ABŞ dolları təşkil edir. Eyni zamanda həmin rəydən görünür ki, borclu Cavabdeh1 iddiaçıya olan kredit borcu xx xxxxxx 2016-cı il tarixə hesablandığından hazırki ekspertiza tədqiqatı ilə xx xxxxxx 2016-cı il tarixdən sonrakı 20.689,73 ABŞ dolları ödənişlər nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsi işin bu halını nəzərə alıb, ekspertin rəyini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilmədən qalmış kredit borcunun tələb edilməsinin hüquqi əsasları vardır. Ekspert rəyi ilə də müəyyən edilir ki, faiz borcunun məbləği tələbdən az olsa da, əsas borc tələbdən çoxdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iş tirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apelyasiya instansiyası məhkəməsi qeyd olan prosessual normanın tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayətinin verilməməsini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, əsas borcun məbləği tələbdən artıq ola bilməz və bu məbləğ 26.980 ABŞ dolları müəyyən edilməlidir. Borclu Cavabdeh1 isə tələb edilən məbləğ ilə razı olmadığından, verilmiş apelyasiya şikayətinə əsasən faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən edilmiş həddə, yəni 1.814,96 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Dəbbə pulunun tutulması ilə bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi dəbbə pulunu 94 ABŞ dolları məblə ğində müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi dəbbə pulu tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməyərək, dəbbə pulunu mübahisələndirmədiyində n, dəbbə pulunun məbləğini 94 ABŞ dolları müəyyən etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin xx xxxxxx 2016-cı il tarixdən sonra borclu Cavabdeh1 tərəfindən 20.689,73 ABŞ dolları ödəniş edilməsini nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Ekpsert rəyini və mülki iş materiallarını nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, borclu Cavabdeh1 mövcud tələb üzrə tutulmalı olan borc- 26.980 ABŞ dolları əsas, 1.814,96 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28.888,96 ABŞ dolları təşkil edir. Lakin, xx xxxxxx 2016-cı il tarixdən sonra borclu Cavabdeh1 20689,73 ABŞ dolları ödəniş etdiyindən, əvvəllcə cərimə, sonra faiz, daha sonra əsas borcdan çıxılmaqla onun borcu 8.199,23 ABŞ dolları (28.888,96-20.689,73=8.199,23) məbləğində müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda tutmanın ipoteka predmetlərinə yönəldilməsinə aid hissədə tərəflərin arqumentləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşı sında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddə sinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, borclu tərəfindən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və əsas öhdəlik üzrə faizlərin ödənilməsi mü ddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetlərinin ilkin satış qiymətinin 56.000 manat, “xxxx” MMC xx xxxxxx 2020-ci il tarixli qiymətləndirici rəyində 55.000 manat m üəyyən edilməsini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini 56.000 manat məbləğdə müəyyən edərkən düzgün nəticəyə gəlmiş və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. İddiaçı və borclu Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda verdikləri kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini və sair göstərsələr də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətlərində əsaslandırmamış, tələb və etirazl arının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut e tməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də kasasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə a pelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı İKB ASC (hazırki adı “xxxx Bank” ASC) və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-302/2020 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar