Məhkəmə qərarları › İş №2(102)-5212/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5212/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5212/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, Cavabdeh3 və vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(105)-354/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 23 fevral 2018-cı il tarixli, 2(012)-800/2018 saylı qətnaməsi ilə (hakim Ş.H.Nəcəfo va) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 01.10.2014-cü il tarixli, 92KD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03.10.2014-cü il tarixli, 92KD/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən 31.01.2017-ci il tarixə “xxxx” KB ASC-yə olan 24.073,53 ABŞ dolları əsas, 4.846,22 ABŞ dolları faiz olmaqla, cəmi 28.919,75 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının əvəzinin tutularaq, “xxxx” KB ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinə və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahələrinin açıq hərracda satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 “xxxx” KB ASC-yə olan cəmi 28.919,75 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının əvəzinin ödənilməsi, ipoteka predmetlərinin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilməsi, “xxxx” KB ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(105)-354/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.Ə.Abbasov, T.Q.Məmmədov və M.Ə.Rzayev) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(012)-800/2018 saylı qətnaməsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24.073,53 ABŞ dolları əsas, 4.846,22 ABŞ dolları faiz olmaqla, cəmi 28.919,75 ABŞ dolları (q ətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcunun tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilməsi hissələrində dəyişdirilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödəniş gününün manat məzənnəsinə uyğun 23.963,69 (iyirmi üç min doqquz yüz altımış üç dollar altımış doqquz sent) ABŞ dolları əsas, 4.576,62 (dörd min beş yüz yetmiş altı dollar altımış iki sent) ABŞ dolları faiz olmaqla, cəmi 28.540,31 (cəmi iyirmi səkkiz min beş yüz qırx dollar otuz bir sent) ABŞ dolları pulun tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 18.000 (on səkkiz min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 21.000 (iyirmi bir min) manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, həmçinin mühasibatlıq ekspertizalarının dəyəri olaraq, ümumilikdə 250 (iki yüz) manat pulun Cavabdeh1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçir ilməsi, Tikintitexniki ekspertizasına görə 600 (altı yüz) manat pulun 200 (iki yüz) manatının iddiaçı “xxxx” KB ASC-dən, 400 (dörd yüz) manatının Cavabdeh1 alınaraq dövlət büdcəsinə aşağıdakı: “xxxx” MMC, Paşa Bank ASC, Cari hesab: AZ53PAHA********************, VÖEN: ********** saylı hesaba keçirilməsi qət olunmuşdur. İşin halları: İddiaçı “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 01.10.2014-cü il tarixli 92KD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03.10.2014-cü il tarixli 92KD/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən 23.963,69 ABŞ dolları əsas, 4.576,62 ABŞ dolları faiz, 1.348,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29.889,25 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinə və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 03.10.2014-cü il tarixli 92KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 29.889,25 ABŞ dolları borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahələrinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” KB ASC iddiasını onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında 01.10.2014-cü il tarixli, 92KD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03.10.2014-cü il tarixli, 92KD/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 03.10.2017-ci il t arixədək illik 23 faizlə 32.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2014-cü il tarixli, 92KDİ/14 saylı əsas ipoteka müqaviləsinə və ona dəyişikliklər edilməsi haqqında 04.12.2015-ci il tarixli sazişə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsi, Cavabdeh3 arasında bağlanmış 04.12.2015-ci il tarixli, 92KDİ/15 saylı əsas ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 03.10.2014-cü il tarixdə, 05.12.2015-ci il tarixdə və 28.12.2015-ci il tarixdə DƏDRX-nin 4 saylı Ərazi İdarəsində dövlət qeydiyy atına alınmışdır. Həmçinin 01.10.2014-cü il tarixli, 92KD/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə iddiaçı bank arasında bağlanmış 03.10.2014-cü il tarixli, 92KD/14 saylı zaminlik müqaviləsinə görə Cavabdeh2 zamin olaraq kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” Kommersiya Bankına ödənilməli olan kreditin və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən edilmiş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 06.01.2017-ci il tarixə 23.963,69 ABŞ dolları əsas, 4.576,62 ABŞ dolları faiz, 1.348,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29.889,25 A BŞ dolları borcu var. 01.10.2014-cü il tarixli, 92KD/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsi və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi “xxxx” KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh3 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenid ən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası hüququn tətbiqində səhv buraxmış, işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, Cavabdeh3 müdafiə hüququ təmin edilməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh3 vəkili Vəkil izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh3 kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsin in tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından göründüyü kimi iddia tələbində düzgün olaraq kredit borcunun yalnız Cavabdeh1 Tarqulu oğlundan və Cavabdeh2 Şahverdi oğlundan müştərək qaydada tutulması xahiş olunsa da, apelyasiya instansiyası məhkəməsi heç bir hüquqi əsas olmadan kredit borcunun həmçinin Həsənli Şənlik Tarqulu oğlundan da müştərək qaydada tutulması nəticəsinə gəlmişdir. Belə ki, Cavabdeh3 Tarqulu oğlu yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə yalnız ipoteka qoyan qismində ipoteka müqaviləsini imzalamışdır. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21 8.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddənin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından göründüyü kimi cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən lazımı qaydada məlumat verilməmişdir. Belə ki, ona ünvanlanmış məktublar ünvanın düzgün göstərilməməsi səbəbi ilə xəbərnaməli poçt qəbzlərinə əsasən geri qaytarılmışdır. Bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2(105)-1380/2020 saylı qərardadı ilə (hakimlər L.Məmmədova (sədrlik və məruzəçi), E.Rəhimov və G.Tağızadə) Cavabdeh3 oğlu tərəfindən verilmiş apelyasiya şikayəti həmin şikayətin verilmə vaxtı ötürülmədiyindən mümkün hesab edil mişdir. Bundan sonra həmin apelyasiya instansiya məhkəməsi mülki kollegiyasının 18 avqust 2002-ci il tarixli qərardadı ilə iş apelyasiya baxışından çıxarılaraq hazırkı kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, şikayətin dəlillərindən asılı olmayaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Buna görə işə yenidən apelyasiya qaydasında baxılarkən Cavabdeh1 Tarqulu oğlu və Həsənov Şənlik Tarqulu oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə birgə hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(105)-354/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar